Səsin gəlsin!

 

 

Əzizim Nizaməddin, 60 yaşın mübarək!

 

Yəqin bu 60 yaşa hamıdan çox təəccüblənən sən özünsən. Çünki sən zahirən , daxilən öz yaşından çox cavansan. Amma bu 60 yaşın həqiqət olduğunu təsdiqləyən bu günəcən ədəbiyyatımız üçün gördüyün işlər, yazdığın cild-cild kitablardır.

 

Sən ədəbi tənqidə səksəninci illərin əvvəlində gəlmisən. O vaxt ədəbiyyatımızda olduğu kimi, ədəbi tənqidimizdə təzə, maraqlı imzalar az deyildi. o cavan tənqidçilərin arasında ən çox mübahisələrə, səs-küyə səbəb olan yazıların müəllifləri ədəbiyyatçılardan daha çox dilçilər idi; Aydın Məmmədov, Kamil Vəli, Kamal Abdulla...

 

Görünür, bu da təbii idi. Çünki o illərdə təsvirçilikdən, nağılçılıqdan, ideoloji konyukturadan xilas olmağa, insanın daxili aləmini açmağa can atan cavan şairlərimiz, yazıçılarımız kimi, cavan tənqidçilərimiz təhlil etdikləri ədəbi mətnlərin alt qatlarına baş vurmağa, bəzən hətta müəlliflərin ağlına gəlməyən sətiraltı mənaları tapıb çıxarmağa can atırdılar. bu baxımdan, elmi, analitik düşüncələri daha güclü olan dilçilərimizn ədəbi təhlilləri daha maraqlı görünürdü.

 

Əslinə qalsa, o vaxt bədii əsərləri içəridən təhlil etməyə çalışan bunu bacaran cavan ədəbiyyatçılarımız da yox deyildi; Akif Hüseynov, Nadir Cabbarov, Rəhim Əliyev...

 

Səksəninci illərin əvvəlində bu qoşa siyahıya iki imza da əlavə olundu; dilçilərin siyahısına Nizami Cəfərov, ədəbiyyatçıların siyahısına Nizaməddin Şəmsizadə.

 

Əzizim Nizaməddin! Mən çox şadam ki, sən o vaxtdan bu günəcən öz imzanı ədəbi mühitdə kölgədə qalmağa, unudulmağa qoymadın. Bir-birinin ardınca bir-birindən sanballı  kitabların, elmi monoqrafiyaların çıxdı: “Ədəbi mübahisələr” (1986), “Türk təfəkkürü məcrasında” (1998), “Əli Nazim” (2003), “ Tənqidin ədəbi prosesdə rolu” (2004), “Azərbaycançılıq” (2006) s... Üç cildlikSeçilmiş əsərlər”in nəşr olundu. Hətta”Dumanadlı şeirlər (2010), “Bürküadlı hekayələr (2003) kitabların da çap edildi. Doktorluq dissertasiyası müdafiə Etdin, professor oldun, səsin universitet auditoriyalarından gəldi.

 

Savadsız müəllim sərt olar”. Bu ifadə səninMüdriklər bunları deməyib” (2014) adlı kitabındandır. Mənim müəllimlik təcrübəm səninkindən  qat-qat az olsa da, bu fikrinlə yüzdə yüz şərikəm. Öz ağlı biliyi ilə tələbələri ram etməyi, onların sevgi hörmətini qazanmağı bacarmayan müəllim, təbii ki, onlara qarşı sərt olacaq, o çatışmayan sevginin hörmətin yerini qorxuyla doldurmağa çalışacaq. Əzizim Nizaməddin, mən inanıram ki, sən tələbələrin sevimli müəllimisən.

 

Əylənmək imkanı az olanın öyrənmək imkanı çox olar”. Bu ifadə sənin kitabındandır. Amma mən sənin bu fikrinlə tam razılaşa bilmirəm. bunun səbəbkarı da sən özünsən. Çünki sən öyrətməyə öyrənməyə həmişə imkan tapdığın kimi, dost məclislərini bəzəməyə, əylənməyə, şənlənməyə imkan tapırsan. Həyatın rəngarəngliyi, dolğunluğu, bütövlüyü yəqin elə budur.

 

Əzizim Nizaməddin, sənə bundan sonra da, çox-çox illər, beləcə bütöv, dolğun, rəngarəng həyat arzulayıram. Səsin universitet auditoriyalarından, televiziya ekranlarından dost məclislərindən gəlsin. 

 

Ramiz RÖVŞƏN

525-ci qəzet.- 2014.- 27 dekabr.- S.26.