Azərbaycanda turizm: ilin
yekunları
2014-cü il üçün
Azərbaycanda turizmin əsas statistik göstəriciləri
Başa çatmaqda olan ilin turizmə dair statistikasına nəzər saldıqda, bir sıra göstəricilər
üzrə artımın
olduğunu müşahidə
edirik. Turizm müəssisələrinin sayı,
müəssisələrdə çalışan işçilərin,
əhaliyə satılmış
turizm yollayış blanklarının və göndərilmiş turistlərin
sayında, o cümlədən
müəssisələrin əldə
etdiyi gəlir, əhaliyə satılmış
turizm yollayış blanklarının dəyəri
və turizm fəaliyyəti üzrə
çəkilən xərclər
üzrə göstəricilər
son illərin nümunəsində
olduğu kimi cari il ərzində
də yalnız artım dinamikasının
müşahidə edildiyini
göstərir. Təsadüfi
deyil ki, 2014-cü ildə ölkəmizdə
fəaliyyət göstərən
turizm müəssisələrinin
sayı 10,5 faiz artaraq 276 olub.
Bununla yanaşı, keçən
il ilə
müqayisədə cari
il ərzində turizm şirkətlərində
işçilərin sayında,
məhsulun və xidmətlərin satışından
əldə olunan gəlir və turizm agentliklərinin komisyon və digər mükafatlarının
məbləğində artım
baş verib. Əvvəlki illərdə olduğu
kimi, Bakıda fəaliyyət göstərən
turizm şirkətlərinin
sayı ölkədəki
turizm şirkətlərinin
böyük əksəriyyətini
(95 faiz) təşkil edib.
2011-2014-cü illər ərzində ölkə ərazisindəki yerləşdirmə
obyektlərinin sayı
508-dən 527-yə kimi artıb.
2011-ci ildən etibarən
yerləşdirmə obyektlərindəki
yerlərin, nömrələrin,
yerləşdirilmiş şəxslərin
və işçilərin
sayında, həmçinin
müəssisələrin əldə
etdiyi gəlirdə artım baş verib. Müqayisə üçün
qeyd edirik ki, mövcud statistik göstəricilər
cari il ərzində
yerləşdirmə obyektlərindəki
yerlərin sayında
6 faiz, otaqların sayında 7 faiz, yerləşdirmə vasitələrində
çalışanların sayında isə 5,8 faiz artımın olduğunu göstərir.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə
yerləşdirilmiş şəxslər
və gecələmələrin
sayına gəldikdə,
istər gecələmələrin
istərsə də yerləşdirilmiş şəxslərin
sayında artım olub. Məlumat üçün bildiririk ki, Respublika üzrə yerləşdirilmiş şəxslərin
80 faizi turizm məqsədilə gələnlərin
payına düşüb.
Bununla yanaşı
qeyd edək ki, 2008-2014-cü illər ərzində Azərbaycanda
fəaliyyət göstərən
mehmanxana və bu tipli obyektlərdə
qalmağa üstünlük
verən xarici vətəndaşlar arasında
Birləşmiş Krallıq,
Türkiyə, Rusiya Federasiyası və İranın vətəndaşları
üstünlük təşkil
edib. Təsadüfi deyil
ki, bu illər
ərzində sözügedən
ölkələrdən Azərbaycana
gələn xarici vətəndaşlar arasında
işgüzar turistlərin
özünəməxsus çəkisi
var. 2014-cü təqvim ilini
nümunə üçün
götürsək, təkcə
bu 4 ölkədən
Azərbaycana işgüzar
məqsədli səfər
edənlərin sayının,
işgüzar turistlərin
ümumi sayının
25 faiz-ni təşkil
etdiyini görərik.
Turizm sahəsində
çalışan işçilərin
sayını 2 kateqoriya
üzrə qiymətləndirsək,
hər bir kateqoriya üzrə artımın olduğunu müşahidə edə bilərik. Belə ki, Turizm sahəsində çalışanların
sayı (turizm şirkətləri və
yerləşdirmə vasitələri
üzrə) 2009-2014-cü illər
ərzində 7330-dan 9874-ə çatıb. Qeyd edək
ki, sözügedən
illər ərzində
digər xidmət sahələri (turizm sahəsinə xarakterik 14 sahə üzrə) də daxil olmaqla
turizm sahəsində çalışanların sayı
36 103-dən 40 010-a çatıb. Bununla yanaşı, turizm sahəsində çalışan işçilərin
sayının keçən
illə müqayisədə
3,0 faiz artdığını
qeyd etmək yerinə düşər.
Xarici ölkələrdən ölkəmizi
ziyarət edən xarici vətəndaşların
böyük əksəriyyətini
əvvəlki illərdə
olduğu kimi, Rusiya (36,3 faiz),
Gürcüstan (31,4 faiz)
və Türkiyə
(13,6 faiz) vətəndaşları
təşkil edib. Keçən illə müqayisədə Fransa,
İspaniya, İtaliya,
Norveç, Yunanıstan,
Xorvatiya, Böyük Britaniya, Almaniya, Belçika və bir sıra digər
Avropa və dünya ölkələrindən
gələnlərin sayında
artım müşahidə
edilib.
Buna baxmayaraq, ölkəmizə
gələn xarici vətəndaşların və
turistlərin böyük
hissəsinin payına
düşdüyü Rusiya
Federasiyası, Ukrayna və İran vətəndaşlarının sayında məlum səbəblərə görə
(Rusiyada rublun məzənnəsinin düşməsi
və iqtisadi böhran, Ukraynada müşahidə edilən
qeyri-stabil siyasi vəziyyət və İranda sosial-iqtisadi vəziyyətin gərgin olması) nisbi azalmanın olması faktına əsaslanaraq
2014-cü il ərzində
Azərbaycana gələn
xarici vətəndaşların
ümumi sayında azalmanın müşahidə
ediləcəyini güman
etmək olar. Buna baxmayaraq, 2015-ci ildə ölkəyə gələn turistlərin sayında artımın olacağı proqnozlaşdırıla
bilər. Buna əsas
səbəb olaraq, tarixdə ilk dəfə olaraq keçiriləcək
I Avropa Oyunlarına ölkəmizin ev
sahibliyi etməsini göstərmək olar. Ölkəmizdə keçiriləcək bu beynəlxalq tədbir bütün dünyanın və xüsusilə Avropa ölkələrinin diqqətinin
Azərbaycana yönəlməsində
mühüm rol oynayacaq.
Mehmanxanalar və turizm xidmətlərilə bağlı
monitorinqlər aparılıb
Turizm şirkətləri
və mehmanxanalarda turistlərə göstərilən
xidmət səviyyəsinin,
maddi-texniki bazasının
yoxlanılması, mövcud
problemlərin aradan qaldırılması və
bu sahədə nəzarətin gücləndirilməsi
məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
İl ərzində Bakı şəhərində fəaliyyət
göstərən 211 turizm
şirkətində və
128 mehmanxanada, həmçinin
respublikamızın regionlarında
fəaliyyət göstərən
131 mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər
aparılıb.
Monitorinqlər zamanı mehmanxanalarda təhlükəsizlik, infrastruktur,
mətbəx və restoran bölməsi, işçilərin peşə
hazırlığı və
digər sahələr
yoxlanılıb.
Turizm şirkətlərində isə
şirkət tərəfindən
bağladığı müqavilələr,
işçilərin bilik
bacarıqları və
iş təcrübələri,
göstərdikləri xidmətlər
nəzərdən keçirilib.
Monitorinqlər zamanı Nazirliyin əməkdaşları tərəfindən turizm şirkətləri və mehmanxanalara xidmətin yaxşılaşdırılması məqsədilə müvafiq tövsiyələr verilib, ciddi nöqsan aşkar edilmiş obyektlərə qarşı mövcud çatışmamazlıqların aradan qaldırılması ilə üçün müvafiq qaydada xəbərdarlıq edilib.
Nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilmiş turizm obyektlərinə təkrar baxışlar keçirildikdən sonra nöqsanları aradan qaldırmayan obyektlərə qarşı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulub.
Nəzərə alsaq ki, 2015-ci ildə Bakı şəhərində keçiriləcək “I Avropa Oyunları” ilə bağlı ölkəmizə gələcək xarici turistlərin sayı artacaq və bu turizm obyektləri gələn qonaqlara fəal şəkildə xidmət göstərəcək, Nazirliyin keçirdiyi monitorinqlər bu sahənin inkişafına, xidmət səviyyəsinin artırılmasına və mövcud nöqsanların aradan qaldırılmasına ciddi təsir edəcək.
Turizm obyektləri tərəfindən turistlərə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması və göstərilən xidmətin dövlət standartlarına uyğunluğunu təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu cür monitorinqlərin 2015-ci ildə də keçirilməsi nəzərdə tutulur.
525-ci qəzet.- 2014.- 27 dekabr.- S.9.