Akademik Ramiz Mehdiyevin 20 Yanvar faciəsi ilə bağlı oçerki Litvada yayımlanıb

 

Bir müddət öncə xəbər verildiyi kimi, 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı bu günlərdə dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif formatlı tədbirlər keçirilir. Həmin tədbirlər çərşivəsində tanınmış azərbaycanlı alim, görkəmli ictimai-siyasi dövlət xadimi, akademik Ramiz Mehdiyevin 20 Yanvar qırğını barədəAzərbaycanlılara qarşı soyqırım gerçəklikləriadlı tarixi oçerki diasporumuzun xətti ilə Litva dilində yayımlanıbdır.

Oçerk Litva azərbaycanlıları cəmiyyətinin təşəbbüsü ilə bu ilin 27 29 yanvar tarixlərində Litvanın populyar www.slaptai.lt portalında dərc olunub. Əsəri Litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas publisist, Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə edib. Sözügedən publikasiyaya tərcüməçi tərəfindən yazılmış giriş məqaləsində Litva oxucularına akademik R. Mehdiyevin həyat yaradıcılığı haqqında ensiklopedik bilgilər təqdim olunub.

Akademik R.Mehdiyev 2000-ci ildə yazdığı bu əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini geosiyasi köklərini dərindən araşdırıb üzə çıxarıb, qanlı hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı amillərini prosesləri müxtəlif aspektlərdə geniş təhlil edərək mühüm elmi ümumiləşdirmələr aparıb.   

Litvalı siyasət adamları tarixçilərin fikrincə, R.MehdiyevinAzərbaycanlılara qarşı soyqırım gerçəkliklərikitabı 20 Yanvar qırğını tarixinin dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisədir. Onlar hesab edirlər ki, geniş tarixi kontekstdə qələmə alınmış bu əsərdə digər elmi-tarixi məziyyətlərlə yanaşı, 20 Yanvar hadisələrinin həm müstəqil Azərbaycan xalqı dövləti, həm ən yeni dövr Ümumdünya tarixi üçün kəsb etdiyi taleyüklü əhəmiyyət çox dəqiqliklə qələmə alınıb.

Litva xalqı azadlığa gedən yolda dinc əhaliyə qarşı sovet hərbi təcavüzünün olduğunu öz təcrübəsi ilə bilir. Belə ki, 20 Yanvar Bakı hadisələrindən bir il sonra, 13 yanvar 1991-ci ildə litvalılar Vilnüs qanlı hadisələrini yaşamışlar. Buna baxmayaraq, indiyədək Litva dilində 20 Yanvar faciəsini elmi-tarixi geosiyasi planda belə yığcam şəkildə dərin məzmunlu formada təhlil edib açıqlayan əsər yox idi. Buna görə , akademik R.MehdiyevinAzərbaycanlılara qarşı soyqırım gerçəklikləriəsərinin litvacaya tərcümə edilib dərc olunması Litvada azərbaycanşünaslığın irəliləyişi üçün verilmiş əhəmiyyətli bir töhfədir.

Azərbaycanın Litvadakı dostlarının fikrincə, geniş oxucu dairələri akademik R.Mehdiyevin göstərilən əsəri ilə litva dilində tanış olduqdan sonra Azərbaycan xalqının tarixi taleyini daha yaxından başa düşəcək Azərbaycan-Ermənistan münasibətlərində həm keçmişdə baş vermiş hadisələrin, həm indi gedən mürəkkəb proseslərin əsl səbəblərini daha dərindən öyrənmək imkanı əldə edəcəklər.  

 

İmantas MELYANAS,

Litva tarixçisi politoloqu, “Litva-AzərbaycanAssosiasiyasının prezidenti

Vilnüs-Bakı, 30 yanvar 2014-cü il

525-ci qəzet.- 2014.- 1 fevral.- S.10.