ÖZÜMDƏ SAXLADIM
UŞAQLIĞIMI
Özümdə
saxladım uşaqlığımı,
Özümdə saxladım bu yaşımacan.
Gözümdə,
könlümdə bir oldu hamı,
Sevildim, özgədən qardaşımacan.
İnandım
hamıya bir uşaq kimi,
Salıb zarafata quzu dedilər.
Bütün
sözlərimi, söhbətlərimi
Bütün söhbətlərin duzu dedilər.
Bilmədim
dünyada qurd var, quzu var,
Canavar göründü tazı donunda.
Yaxınlar,
uzaqlar qılıqladılar,
Qarılar nazlandı qızı donunda.
Barındım
arzumdan, xəyallarımdan,
Qarşımda əyilib sındı çoxusu.
Gözümdə
oxunan suallarımdan
Özünü, sözünü dandı çoxusu.
Özümə
xoş gəldi öz uşaqlığım,
Nə tökdüm, həmişə aşıma
çıxdı.
Mənim
uşaqlığım, mənim paklığım
Dönüb yaxşılara qarşıma
çıxdı.
Yaxşı
ki, əyrini daim düz kəsir,
Örəyim özümə göz qoyur məni.
Mənim
uşaqlığım mənimlə gəzir,
Mənim uşaqlığım qoruyur məni.
29.09.2013
DAHA BU
DÜNYANIN SONU GƏLİBDİ
Kriminal
hadisələrdə atasını, anasını öldürən
oğulların adı çəkiləndə dedim
dünyanın axırıdı.
Daha bu
dünyanın sonu gəlibdi,
Dünyanın axırı çatıbdı daha.
Adamlar
şeytanı Tanrı bilibdi,
O ki var
günaha batıbdı daha.
Qurumuş
ağactək qabıqlamışıq,
Nələr düşünmüşük günahdan
qabaq?
Biz ki axirəti
qabaqlamışıq,
Axirət sahibi Allahdan qabaq.
Ağıldan
o qədər uzanmışıq ki,
Qolumuz mənasız gücə dönübdü.
O qədər
günahlar qazanmışıq ki,
Ata da, ana da heçə dönübdü.
Oğul
da anaya əl qaldırarmış,
Necə qazanarmış qatil adını.
Ataya,
anaya tük saldırarmış,
Necə daşıyarmış batil adını.
Ana
düşünməyib: süd verdiyi kəs
Böyüyüb, evində yad olacaqdır.
Öyünə-öyünə nər
dediyi kəs
Ana öldürəcək, ad alacaqdır.
Pozulub
dünyanın axar-baxarı,
Adamlar şeytanı Tanrı bilibdi.
Daha bu
dünyanın çatıb axırı,
Daha bu dünyanın sonu gəlibdi.
27.10.2013
ANALAR
QOCALANDA
Şirin
sözdən bal çəkər,
Pay
ayırar, bol çəkər.
Gözləri
hey yol çəkər
Analar qocalanda.
Qırışlaşır,
sirləşir,
Ocaqlaşır, pirləşir.
Uşaq
kimi kürləşir
Analar qocalanda.
Ər
kişini sel eylər,
Yığdığını göl eylər.
Oğlu,
qızı el eylər
Analar qocalanda.
Qonşulara
hay verər,
Gələnlərə çay verər.
Balalara pay verər
Analar qocalanda.
Yaşayırlar,
solurlar,
Dillərdə dad olurlar.
Bir elə
ad olurlar
Analar
qocalanda
08.10.2013
İNDİ
BİLMİŞƏM
İşıqdan
salmışam söhbət-sözümü,
Gəzdiyim
həmişə
nur, işıq olub.
Elə
unutmuşam bəzən özümü,
Gözümü tutan da gur işıq olub.
Vaxt olub
gözümdə sökülübdü dan,
Açılan sabahlar səsləyib məni.
Üstümə
atılan çirkab-çamurdan
İşıqlı olmağım gözləyib məni.
Nə
deyim, çoxuna bəlkə xitabdı
Göylərdə ağaran samanlı yolum.
Gələcək
adında böyük kitabdı
Sabahlı, səhərli, zamanlı yolum.
Çox
küllər altında qorlar sezmişəm,
Eşmişəm, hər biri bir işıq olub.
Hərədə
bir cürə işıq gəzmişəm,
Gözümü ilk çəkən yaraşıq olub.
Fərəhlər
duymuşam mən dincliyimdə,
Bilmişəm Ay doğur gecə qoynunda.
Sevdiyim
gözəl də ilk gəncliyimdə
Görünüb gözümə işıq donunda.
Qara deməmişəm
hər qaraltıya,
Bilirəm qara nə, qaraltı nədir.
Uymuran
işaran hər parıltıya,
Görürəm işıq nə, parıltı nədir.
Kimsəyə
sevgimi, sayğılarımı
İçimdə nur kimi saxlayıram mən.
Fikrimi,
hissimi, duyğularımı
İşığa tuturam, yoxlayıram mən.
Gecələr
yerini verir Günəşə,
Açılır dünyanın mübhəm sirləri.
Çəmənlər
şehini sərir Günəşə,
Görünür gecənin öpüş yerləri.
Qaranlıq
gecəni vec bilmirəm mən,
Bilirəm dalınca gələcək səhər.
Ötən
anlarımı heç bilmirəm mən,
Bilirəm üzümə güləcək səhər.
İşıqlı
ümidlər mən bəslədim ki,
Yaman acıqlıyam qara sözündən.
Yarımı
sevirəm, nə gizlədim ki,
Baxmayın öpürəm qara gözündən.
İşığa
tuturam mən çox dibləri,
Çoxları düşünür səhv eyləyirəm.
Üstümə
yeriyən qara divləri
Mən öz işığımla məhv eləyirəm.
İşıqlı
adamlar çəkir fikrimi,
İşıqlı adamda xoş niyyət olur.
Parlayır
hər biri bir ulduz kimi,
Parlayır hər biri, şəxsiyyət olur.
Zülmətin
bağrını sökən, dağlayan
Qəlbimdə sevgidi, söz işığıdı.
İnsanı
insana çəkən, bağlayan
Mən indi bilmişəm öz
işığıdı.
22.10.2013
TAMAŞA
DÜNYADA TAMAŞAYIQ
BİZ
Tamaşa
dünyada tamaşayıq biz,
Tamaşa edirik bir-birimizə.
Qüdrətdən
yaranmış elə payıq biz,
Baxanlar
mat qalır hər birimizə.
Bir kimsə
aramır söz dünyasını,
Gözündə özüdür, həm sairləri.
Bir
şair dəyişir öz dünyasını,
Yasına gəlməyir xalq şairləri.
Çətirdi,
kölgədi hər yaşıl budaq,
Bulaqlar başında aslanıq, şirik.
Allah eləməsin
vəzifə tutaq,
Vəzifə tutduqmu – dahiləşirik.
Sinəmiz
qabarır tərif dinəndə,
Tərifdən – tərifə daşınırıq biz.
Şişirik
şar kimi təriflənəndə,
Tərifsiz qalanda qaşınırıq biz.
Üzümüz
zəy dadır kin daşıyanda,
Sanırıq sadəcə bir ahıq daha.
Vəzifə
alanda, çin daşıyanda
Biz elə bilirik Allahıq daha.
Dözmürük
adicə boğmaya belə,
Sinələr çatladıb ad oluruq ki.
Işimiz
düşəndə doğmaya belə,
Elə özgələşir, yad oluruq ki.
Tamaşa
dünyada tamaşayıq biz,
Tamaşa edirik bir – birimizə.
Qüdrətdən
yaranmış elə payıq biz,
Baxanlar
mat qalır hər birimizə.
27.01.2014
QUMA
YAZMIŞAM
Adını,
sevgini quma yazmışam,
Adından,
sevgindən qalmayıb heç nə.
Külək
əllərimlə elə pozmuşam,
Elə
bil əzəldən olmayıb heç nə.
Elə
bil ömrümə gəlməmisən heç,
Elə bil günümdə yaşamamısan.
Mənimlə
bir deyib-gülməmisən heç,
Qəlbində sevgimi daşımamısan.
Necə
bilməmişəm kimliyini mən,
Necə aldanmışam, yazıqlar mənə.
İçimin,
çölümün təmizliyindən
Hecə aldanmışam, yazıqlar mənə.
Zərrəcə
əsər yox dəyanətindən,
Xatırla nəfsinə qul olduğunu.
Andına,
eşqinə xəyanətindən
Ayaqlar altında çul olduğunu.
Çağlayan,
köpürən selə dönərdim,
Elə soyuyubdu qəzəbim indi.
Haraylar
qoparan yelə dönərdim,
Elə sakitləşib əsəbim indi.
İnanma
bir kimsə sənə inansın,
Harayın, həşirin saxlasın məni.
Bacı
istəyirəm halıma yansın,
Ana istəyirəm ağlasın məni.
Hiylələr
qoynunda gələn məhəbbət
Beləcə qumlara yazılmalıydı.
Qumlara
yazılan, ölən məhəbbət
Küləklər əlində pozulmalıydı.
23.11.
2013.
DODAQQAÇMALAR
Elçin
O atlı yol gedir, yolu dag aşır,
Boylanır göynəkli, dağlı kölgələr.
Sahibli
olanlar gəzir, dolaşır,
Haraylar qoparır bağlı kölgələr.
Musa Yaqub
Bir kimsə
görmədi gözümdə eynək,
Qaya parçasıyam, belə də sayın.
Möhürlər
vurdunuz çöllərə, neynək,
Bircə bu dağları hasarlamayın.
Məmməd
İsmayıl
Təpərim
qoluma, dizimə güldü,
Üstümə yeriyən çəndən xəbərsiz.
Bir
qarı çay verdi, üzümə
güldü,
İç, məni sevmisən məndən xəbərsiz.
Məmməd Aslan
Taleyim həsrəti
boyuma biçdi,
Enişsiz, yoxuşsuz həyat sürmədim.
Gözəllər
gözümdə sayrışdı keçdi,
Şəkərdən savayı xanım görmədim.
Ramiz Rövşən
Yüküm
kitab, iliyim nur,
“Burax gedim, Ay işığı!”
İstəyirsən
ələyim nur,
İşıgına yay işığı.
Sabir Rüstəmxanlı
Qoşuldum
siyasətə,
Həqiqətlə bir oldum.
Başımı
qanatdılar,
Səbr etdim, Sabir oldum.
Tofiq Abdin
Çoxları
bilmir hələ
Yavan, yavanlıq nədir.
Silin illər
tozumu,
Deyim cavanlıq nədir.
Rüstəm Behrudi
Azadlığın
gülü solmaz,
Qurban istər
bar ağacı.
Salam verib
salam almaz
Hər adama dar ağacı.
Əjdər Ol
Bu nə
sözdü: özgə, yad. . .
Hamı doğma kəsimdi.
Ummuram da
yüksək ad,
Əjdər Oldum, bəsimdi.
Aqil Abbas
Mən
torpağa bağlıyam,
Bağbanım var, gülçüm var.
Kimsə
məndən inciməz, –
Bir “Ədalət” ölçüm var.
Rəşad Məcid
Xəyallı
görünürsən,
Unut dərdi – səri gəl.
Yaxşı şeir yazmısan?
Qıraq durma, bəri gəl.
Yaşar
Mütərciməm,
nasirəm
Gecə – dan arasında.
Nə bəxtəvər
nazirəm
İki
can arasında.
Vaqif Yusifli
Başlar
yaman çoxalıb
Janrlar hasarında.
Tənqid
atım çaş qalıb
Təriflər bazarında.
İlham Rəhimli
Çox
sadiqəm dostluga,
Sınanmışam darda mən.
Hər bir sənət gözəldir,
Harda sənət – orda mən.
Vilayət Quliyev
Nə
imiş bu siyasət,
Göylər kimi dolmuşam.
Ədəbiyyat
bir yana,
Tamam qərib olmuşam.
Məhərrəm
Qasımlı
Sevənlər
sözlərimdən
Əhdləşir, bağlaşırlar.
Dağlar
dönür ozana,
Ozanlar dağlaşırlar.
Şirindil
Alışanlı
Dayaq
durdum çoxuna,
Yüksək ada çatdılar.
Dartıb
axır məni də
Özlərinə qatdılar.
Nizaməddin Şəmsizadə
Məxməridi
tənqidim,
Ürəyinə salan yox.
Baxış
satır “Ayğır”ım,
Heyif, lentə
alan yox.
Vaqif Bəhmənli
Yanım
– yörəm qarıdı,
İçində bir sənəm yox.
Nənəm
sizə gəlmişdi,
Özün gəldin, nənəm yox.
27-28.12.2013
Cavad
Zeynal
525-ci qəzet.-
2014.- 1 fevral.- S.29.