"Nar çiçəkləri"

 

KAMAL ABDULLANIN ŞEİRLƏR KİTABI BELƏ ADLANIR

 

 Bu günlərdə yazıçı Kamal Abdullanın "Nar çiçəkləri" adlı şeirlər kitabı işıq üzü görüb.

"Mütərcim" nəşriyyatında Əliş Mirzallının redaktorluğu ilə çap olunan kitabda müəllifin müxtəlif illərdə qələmə adlığı şeirləri və kiçik poemaları toplanıb.

Kamal Abdullanın çoxşaxəli yaradıcılığının mühüm qolunu təşkil edən bu şeirlərdə illüziyalar dünyası ilə real həyat stixiyaları arasındakı insanın yaşantıları əks olunur. Müəllifin məşhur romanlarının, pyeslərinin, esselərinin genezisini izləyərkən bu əsərlərdəki motivlərin və süjet peripetiyalarının bu şeirlərdə də yer aldığını görmək olar.   

 

Məhəbbət  HACIYEVA

525-ci qəzet.- 2014.- 4 fevral.- S.7.