Gənc ədiblərin iştirakı ilə "Poeziya saatı" keçirilir

 

Yanvarın 26-dan fevralın 7-dək Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə "2 fevral Gənclər Günü"nə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı keçirilir.

Gənclərin iştirakı ilə muğam klassik konsertlərin, sərgilərin təşkil olunduğu Festival çərçivəsində, fevralın 5-də saat 12:00-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında gənc ədiblər Fərid Hüseyn, Vüsal Nuru, Xəyal Rza, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı, Günel Şamilqızı, Arzu Hüseyn Ramil Əhmədin iştirakı ilə "Poeziya saatı" keçiriləcək.

Maraqlananlar dəvət olunur, giriş sərbəstdir.

 

525-ci qəzet.- 2014.- 5 fevral.- S.7.