Azərbaycanda sənayeləşdirilmənin
müasir mərhələsi nələr
vəd edir
Bazar iqtisadiyyatına keçid dövrü yaşayan Azərbaycan son
20 ildən artıqdır ki,
dünya sivilizasiyasına,
iqtisadiyyatına inteqrasiya prosesini şaxələndirir və
genişləndirir. Qloballaşma şəraitinin geniş, şaxəli, səmərəli,
məhsuldar mühitinin
əvəzedilməzliyindən bəhrələnmək, ondan
maksimum istifadə etmək fundamental məsələlərinin
qoyuluşu və həllindən keçir. Geniş səpgili
sosial-iqtisadi prblemləri
əsas götürərək,
2014-cü ilin 10 yanvar
tarixində Azərbaycan
Respublikasının Prezidenti
cənab İ.Əliyev
2014-cü ilin "Sənaye
ili" elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir
ki, Azərbaycan iqtisadiyyatının bütün
sahələrində olduğu
kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsullarının istehsalının
həcmi 2,7 dəfə artıb. Rəqabətqabiliyyətli müasir
sənaye sahələrinin
yaradılması, sənaye
infrastrukturu təminatının
yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr
icra edilir, yeni iş yerləri
açılır, ölkə
iqtisadiyyatı yeni inkişaf mərhələsinə
qədəm qoyur.
Prezident
İ.Əliyev öz sərəncamı ilə
müvafiq nazirliklərə
göstəriş verdi ki, "Azərbaycan Respublikasında
sənayenin inkişafına
dair 2015-2020-ci illər
üçün"Proqramın layihəsini 3 ay müddətinə
hazırlasınlar. Sənayeləşdirmə kursunun elmi-metodoloji cəhətdən sistemləşdirilməsi
və həyata keçirilməsi, çevik
manevr qabiliyyətinə
malik dövlət və özəl strukturlar tərəfindən
qarşılıqlı və
səmərəli, innovativ
yanaşma əsas aparıcı xətt olmalıdır.
Təbii
ki, indiki qloballaşma şəraitində
yaranan məhsuldar mühitin əvəzedilməzliyindən
bəhrələnmək XXI əsrin fundamental məsələlərindəndir.
Bu əvəzedilməzlik Azərbaycanı həm iqtisadi, həm də geosiyasi-geostrateji baxımdan vacib, unikal təbii sərvətlərə və
iqlimə malik olması ilə dünya üçün daha cəlbedici edir.
Qeyd etmək
lazımdır ki, Azərbaycan iqtisadiyyatının
inkişaf tarixində
sovet dövlətinin sənayeləşdirmə kursu
həyata keçirilib. 1920-30-cu illərdə sənayeləşdirmə
kursu ətrafında elmi-metodoloji, praktiki
regional xüsusiyyətlər təhlil edilib və 30 minə qədər elmi-praktiki metodoloji əsər yazılıb. Bununla
yanaşı qeyd etmək lazımdır ki, 1926-cı ildə Azərbaycanda sənayeləşdirmə kursunun
hazırlanması üzrə
xüsusi komissiya yaradılıb. Komissiya Azərbaycan SSR-də sənayeləşdirmə ilə
əlaqədar olaraq aşağıdakı istiqamətdə:
1. Pambıq-parça və ipəkçilik;
2. Dağ-mədən sənayesi;
3. Meşə sənayesi;
4. Balıqçılıq sənayesinin
formalaşdırılması və inkişaf etdirilməsini nəzərdə
tuturdu.
Müasir Azərbaycan demokratik, qlobal, innovativ dünyanın tədəblərinə
cavab verən qanunlar-standartlar qəbul edir, əksər təşkilatlara üzv olur, idxal-ixrac işlərində yaxından
iştirak edir. Sənayeləşdirmə kursunun son məqsədi olan vahid struktur
xarakterini ÜDM-u formalaşdıran
iqtisadiyyatın konturları
müəyyənləşdirməlidir.
Ümumi Daxili Məhsulun sahəvi quruluşunda sənayenin payı 2005-2010-cu illərdə 49,4%-dən
52,6%-ə yüksəlmiş, kənd təsərrüfatı
9,2%-dən 5,4%-ə enmiş,
tikinti və xidmət sahələri
24,4%-dən 27,4%-ə qalxmışdır.
ÜDM-un quruluşunun tədricən sənayeləşməsi
tendensiyası yuxarıda
qeyd etdiyimiz sənayeləşdirmə və
aqrar-sənaye komplekslərinin
genişləndirilməsi üçün
real Dövlət Proqramının
işlənməsini tələb
edir.
Yeni inkişaf
şəraitində Azərbaycan
iqtisadiyyatının yeni
əsaslarla qurulması
uzun müddətli gərgin əmək, yeni təfəkkür tələb edir.
Azərbaycan iqtisadi ədəbiyyatında
belə bir sual hökm sürür. Respublika üçün hansı inkişaf modeli seçilməlidir.
İqtisadiyyatımız üçün hansı model-yəni Qərbi Avropa, Asiya, Yaponiya, yoxsa Türkiyə məqbuldur? Ölkələrin
inkişaf səviyyəsindən
asılı olaraq bu inkişaf istiqamətləri də müxtəlifdir.
Azərbaycan Respublikasının Prezidenti
İ.Əliyevin sözlərinə
görə, bizim əsas məqsədimiz yeni iqtisadiyyatın yaranmasında neft gəlirlərinin səmərəli
istifadə edilməsi,
yüksək texnologiyalara
əsaslanan yeni sahələrin yaradılmasıdır. Azərbaycan dünya
üçün həm
iqtisadi, həm də geosiyasi-geostrateji baxımdan vacib, unikal təbii sərvətlərə və
iqlimə malik ölkədir.
İnnovasiya fəaliyyətinin dövlət
tərəfindən formalaşması,
tənzimlənməsi, əhatə
dairəsinin genişlənməsi,
məqsədli həvəsləndirilməsi
sosial iqtisadi siyasətin tərkib hissəsidir. "İnnovasiya
anlayışı" ingilis
sözu olan "innovasion" sözündən
yaranmış "yeniliklərin
həyata keçirilməsi",
"yeni qayda",
"yeni üsul",
"yeni hadisə"
və.s. mənanı verir. İnnovasiya cəmiyyətin ictimai həyatında keyfiyyət
göstəriciləri ilə
üstünlük təşkil
edən yeni, daha mütərəqqi dəyişiklikləri özündə
akkumliyasiya edən ictimai, iqtisadi-sosial hadisədir. Bu eyni
zamanda sosial siyasətin fərqləndirici
cəhəti və yeniliyin dünya standartlarına cavab verən tələb və tövsiyələrə
sürətlə qovuşmaq,
onları praktiki cəhətdən nəzərə
almaqla uzlaşır.
İqtisadi nəzəriyyədə
və təcrübədə
əhalinin yaşayış
durumu sosial siyasətin strateji məqsədi olmalı və bu məqsədə
çatmaq üçün
ölkələrin daxili
elmi, texniki-texnoloji, idarəetmə mənbələri
üzə çıxarılmalıdır
və ya ona çatmaq yolları müəyyənləşdirilməlidir.
Müasir Azərbaycan iqtisadiyyatının yeni prinsiplər əsasında formalaşmasının başlıca istiaqəmlərindən biri- istehsala yararlı xammalın hazır məhsula qədər emal prosesi elmi-texnoloji, elm, təhsil və elm tutumlu köməkçi istehsal sahələrinin, xidmətlərin yaranmasıdır. Qeyd etmək lazımdır ki, maddi istehsalın, xidmət sahələrinin strukturunun hərtərəfli formalaşması və regionlar üzrə tarazlı, təbii resurslara uyğun sistemləşməsi, müstəqil Azərbaycan iqtisadiyyatının xarakterini diktə edən zərurətdir.
Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan respublikasında bazar münasibətləri və sahibkarlığın genişlənməsi istiqamətində regionlarda emal sənayesinin dərinləşdirilməsinin mühüm sosial-iqtisadi əhəmiyyəti var.
Azərbaycanda ixtisaslaşdırılmış regionlarda azad iqtisadi zonaların (AİZ) yaradılması üçün əlverişli coğrafi potensial, zəngin xammal ehtiyatları, əlverişli təbii-iqlim şəraiti, məhsuldar torpaq sahələri mövcuddur. Azərbaycanın bir sıra regionlarında texniki-iqtisadi bazaya malik emal sənayesi, istehsal sahələri və infrastruktur obyektləri, elmi potensial və ixtisaslı kadr ehtiyatı mövcuddur. Bunun müqabilində Xammalın hazır məhsula qədər istehsal prosesinin, onun infrastrukturunun yaradılması regionlarda ixtisaslı kadr hazırlığına, onun sosial-iqtisadi nəticələrinə müsbət təsir edən önəmli amillərdəndir. Bölgələrdə yeyinti və yüngül-sənaye sahələrinin genişləndirilməsi yeni iş yerlərinin açılması ilə bərabər bir çox sosial-iqtisadi problemləri həll etmiş və edəcəkdir.
Regionlarda tarazlı inkişaf siyasətinin həlli üçün güclü təbii-iqtisadi potensial, ixtisaslı kadr hazırlığı dövlətin və sahibkarlığın maliyyə köməkliyinə çıxış imkanları kifayət qədərdir.
Akif ƏSGƏROV
iqtisadiyyat üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2014.- 7 fevral.- S.6.