Con F.Kennedi: "Mərdliyin profilləri" (davamı)

 

 

 

Və beləliklə, həmin taleyüklü yanvar gecəsi Deniel Uebster Henri Kleyə etibarlı qaydada dəstək vəd etdi və özü barəsindəki böhranın ixtiraçısı oldu. İlk dəfə o, 1950-ci il ayrılmasının mümkünlüyünə gülən tənqidçilərin və tarixçilərin baxışlarına şərik idi. Lakin o, Cənub liderləri ilə danışdıqca və “ölkənin şəraitini” müşahidə etdikcə “mən düşünürəm ki, həll olunmayan ziddiyyətlərin mövcudluğunun davam etməsi hökmən Vətəndaş müharibəsi olmalıdır” deyirdi. O, öz oğluna yazırdı ki, “Mən zəhmət və qayğı ilə gücümü tamamilə itirməyə yaxınam. Mən indiki fövqəladə vəziyyəti necə qarşılamağı və indi bərabər ölçüdə qəzəblənən Şimalın və Cənubun səfehlərini hansı silahlarla dağıtmağı bilmirəm... Mən kasıb ruhlara və kiçik igidliyə malikəm”.

1850-ci ildə iki qrup Amerika Birləşmiş Ştatlarını dağıtmaqla hədələdi. Yeni İngiltərədə Qarrison açıq şəkildə bəyan etdi ki, “mən abolitsionistəm və ona görə də Birliyin buraxılmasının tərəfdarıyam”. Və Şimal abolitsionistlərinin mitinqində elan etdi ki, “Konstitusiya ölümlə sazişdir (o, Bibliyadakı Allahla saziş barədə işlənən sözdən istifadə edirdi – tərcüməçi) və cəhənnəmlə razılaşmaqdır”. Cənubda isə 1850-ci ilin fevralında Kalhoun dostuna yazırdı ki, “bizim üçün qalan yeganə alternativ Birliyin parçalanmasıdır”. Və Senata yazdığı axırıncı müraciətdə, bu mətn, onun əvəzinə 4 martda oxunmuşdu, ölümündən bir neçə həftə əvvəl özünü o qədər zəif hiss etdiyinə görə o, bu vaxt oturmuşdu, bəyan etdi ki, “Cənub quldarlığın ləğv edilməsi ilə ayrılma arasında seçim etməyə məcbur ediləcəkdir”.

Cənublularla əvvəlki razılıq, hansı ki, Kalhoun tərəfindən təhqiq edilmişdi, iyunda Neşvilldə tam miqyasdakı razılığın olacağını təsdiq edirdi və buna görə də həmin qorxulu ildə ayrılma ideyası populyarlıq qazanmalı idi.

Ayrılma üçün vaxt yetişmişdi və az sayda adam birlik barədə danışmağa hazırlaşmışdı. Hətta Corciyadan olan Aleksandr Stifens Birliyi qoruyub saxlamağa qayğı göstərərək, Cənubdakı dostuna yazırdı ki, kim onun baxışına rəğbətlə yanaşırsa “Cənub üzvləri arasında Birliyin parçalanması hissi... daha çox ümumi bir hissə çevrilir. Onun barəsində adamlar necə ciddi danışmağa başlayacaqlar ki, on iki ay əvvəl bu barədə fikirləşməyi belə çətinliklə özlərinə rəva bilirdilər... Bu respublikanın parçalanmasını indi mən zəruri hesab edirəm”. Uebsterin çıxışından əvvəlki həlledici ayda altı Cənub ştatı, onların hər biri on il sonra Birlikdən ayrıldılar, Neşvill Qurultayındakı məqsədləri bəyəndi və nümayəndələrini təyin etdi. Horatsi Qriiley 23 fevralda yazırdı:

“Konqressin altmış üzvü vardır ki, onlar bu gün arzu edirlər və Birliyin parçalanması ideyasının effekti üçün qəsd düzəldirlər. Biz heç də şübhə etmirik ki, qul ştatlarının ayrılması, onun müəlliflərinin aparıcı niyyəti olmaqla Neşvill Qurultayı tərəfindən müstəqil konfederasiyanın yaradılması ilə müdafiə ediləcəkdir”. 1850-ci ilin ilkin aylarında millətin təhlükəli vəziyyəti belə idi.

Fevral ayının sonundan Massaçusetsdən olan Senator öz xətti barədə qərara gəldi. Deniel Uebster qərara aldı ki, yalnız Kley Kompromissi parçalanmanın və vətəndaş müharibəsinin qarşısını ala bilər; o, dostuna yazırdı ki, planlaşdırır ki, “həqiqəti deyən şərəfli çıxış və Birlik çıxışı etsin və təmiz vicdanını yüngülləşdirsin”. Öz qeydlərini hazırlamaq işinə girişərkən o, öz müraciətinin əmələ gətirəcəyi hücumlar barədə bol sayda xəbərdarlıqlar aldı. Seçiciləri və Massaçusets qəzetləri onun möhkəm qaydada anti-quldarlıq hisslərini dalğalandırmayacağını xəbər verirdilər və çoxları ona təlqin edirdilər ki, Cənuba qarşı indiyə qədər olan kobud tonundan istifadə etsin. Lakin Massaçusetsdən olan Senator öz qərarını vermişdi və dostlarına martın 6-da deyirdi ki, “mənim skifimi sahildən təkcə atın”. O, bir neçə il əvvəl Senata çağırışında səslənən inamına müvafiq olaraq hərəkət edəcəkdi:

“Rəyin ziddiyyətliliyi çox hallarda üzürlü şəraitlərdən qalxır. Lakin bir növ ziddiyyət vardır ki, bu cinayətdir; adamın məsləki ilə onun səsverməsi arasındakı, vicdanı ilə davranışı arasındakı ziddiyyətdir. Heç kəsi bu növ ziddiyyətə görə nə vaxtsa ittiham etməyəcəkdir”.

Və bu vəziyyət 1850-ci ilin 7 martında yarandı, tarixin bir günü Senat zalında edilən çıxışın başlığına çevrildi. Heç kəs həmin gün və hətta 1851-ci ildə Uebsterin öz müraciətinə verdiyi rəsmi başlığı dəyişə bilmədi, çünki İstiqlaliyyət günü iyulun dördü tək tanınan kimi, bu çıxış da “Martın Yeddisinə” çevrildi.

Sonrakı ayların yuxusuzluğundan sonra o, qərara gəldi ki, əgər onun sağlamlığı icazə versə, bu, onun axırıncı böyük cəhdi olmalıdır. Uebster çıxış etmək üçün arsen oksidi və digər həblərlə özünü möhkəmləndirirdi və səhər vaxtlarını öz qeydlərini cilalamağa həsr edirdi. Silahlı serjant şən qaydada onun yolunu kəsib dedi ki, Senat öz iclasına başlamamışdan iki saat əvvəl zal, qalereyalar, zalın qabağı, hətta Kapitolinin dəhlizləri Deniel Uebsteri dinləmək üçün, millətin bütün hissələrindən bir neçə gün ərzində səfər etməklə gələn adamlarla doludur. Əcnəbi diplomatların çoxu və Nümayəndələr Palatasının üzvlərinin əksəriyyəti daimi otaqda rəqabət aparanların arasındadırlar. Senatın iclası başlayanda üzvlər müşahidəçilərin və müvəqqəti skamyaların arasından keçərək, öz yerlərini tuta bildilər. Onların hər birini stolun üstündəki ictimai sənədlər topası görünməz edirdi. Senatorların çoxu öz yerlərini xanımlara verirdilər və cərgə aralarında dayanıb Uebster tərəfindən açılacaq partlayışı gözləyirdilər.

Vitse-prezident çəkici ilə sessiyanın açıldığını bildirəndə Viskonsindən olan senator Uoker bir gün əvvəl etdiyi çıxışı bitirmək üçün söz istədi, sədrə dedi ki, “bu geniş auditoriya məni dinləmək üçün gəlməyib və bir adam vardır ki, o, məclisi auditoriyaya çevirə bilir. Onlar onu dinləməyi gözləyirlər və hiss edirəm ki, mənim borcum belədir və bu, mənə xoş gəlir ki, çıxış imkanını Massaçusetsdən olan Senatora verim”.

Deniel Uebster aramla ayağa qalxanda, camaat sakitləşdi; onun qeyri-adi fiziki görünüşünün təəssürat yaradan bütün cəhətləri – böyük, qara, fikrə dalmış gözləri, tuncdan tökülmüşə bənzəyən gözəl bədən quruluşu, sehrli qaydada qübbələnən alnı – otuz ildən çox müddətdə olduğu kimi eyni qorxu ilə zala ağalıq edirdi. Özünün bürünc düymələri olan tanış mavi frakında, bizon dərisindən olan jiletdə və şalvarda idi, o, qəsdən bir qədər fasilə verdi, elə bil ki, bu zalda yığılmış ən böyük Senatorların məclisinə – Kley, Benton, Hyuston, Cefferson Deyvis, Heyl, Bell, Kass, Çeyz, Stifen A.Duqlas və digərlərinə bir anlığa baxdı. Ancaq bir sifət yox idi – o, yadlaşmış Con K.Kalhoun idi.

Bütün gözlər çıxış edənə dikilmişdi. Öz oğlundan başqa heç bir müşahidəçi bilmirdi ki, o, nə deyəcəkdir. Qəzet müxbiri yazırdı: “Mən əvvəllər heç vaxt təsadüfən burada keçirdiyim dərin hissə məruz qalmamışdım və ya natiqin səsindəki daha fərqli əks-sədanı tutmaq üçün daha çox hərtərəfli həyəcan keçirməmişdim”.

Emersonun onu bir dəfə təsvir etdiyi kimi, özünün cəzbedici ilhamlanması anlarında Uebster həqiqətən də “dodaqlarına mərmi doldurulmuş böyük top” idi. Axırıncı dəfə valehedici natiqlik qabiliyyətini cəmləyərək, o, özünün ərazilərdə quldarlığa qarşı olan əvvəlki mövqeyini tərk etdi, Qaçmış Qul Qanununa öz seçicilərinin nifrətini tərk etmişdi. Tarixdəki öz yerini və öz həmvətənlərinin ürəklərini tərk etmişdi və iyirmi il ərzində ondan qaçan bir məqsədi – Prezidentlik üçün olan son şansını tərk etmişdi. Deniel Uebster Birliyə risq etməkdənsə, öz karyerası və öz nüfuzu ilə risq etməyə üstünlük vermişdi. O, çıxışına belə başladı: “Mister Prezident (Senata sədrlik edənə müraciət qaydasında – tərcüməçi), mən bu gün Massaçusets əhli kimi deyil, Şimal adamı kimi deyil, Amerikan kimi və Birləşmiş Ştatlar Senatının üzvü kimi çıxış etmək istəyirəm... Mən bu gün Birliyin qorunub saxlanması üçün danışıram. Öz səbəbimə görə məni dinləyin”.

O, danışırdı, lakin qısa müddət idi ki, danışırdı, bu vaxt qara plaşına bürünmüş arıq Kalhoun başını əyən kimi göründü, öz yerinə oturmaqda ona nümayişkaranə surətdə kömək edirdilər. O, titrəyə-titrəyə öz yerinə oturdu. Azacıq hərəkət etməyə qadir olduğundan, çıxış edən onu sezmirdi. Xəstəlik Cənubi Karolinadan olan Senatorun iştirakının qarşısını almışdır, sözlərini deyən Uebsterin bir neçə peşimançılıq ifadələrindən sonra, Kalhoun kürsünün qollarından yapışaraq mübarizə aparıb aydın və kabus səsi ilə iftixarla elan etdi ki, “Cənubi Karolinadan olan Senator öz yerindədir”. Uebster tutuldu və gözlərindəki yaşla Kalhouna tərəf əyildi, axırıncı taqətdən düşmüş və zəifləmiş kimi kürsüyə batan kimi oldu, Massaçusets natiqinə sfinksə bənzər bir ifadə ilə baxdı, bu, onun bəyənib ya bəyənmədiyini adi bir işarə ilə də hiss etdirmirdi.

Üç saat on bir dəqiqəlik çıxışında yalnız öz geniş qeydlərinə hərdən baxıb Deniel Uebster Birliyin səbəbini müdafiə edirdi. Hər iki tərəfdən olan kədərlə əlaqədar o, vətənpərvərlik adı naminə barışmağı və bir-birini başa düşməyi xahiş edirdi. Senatın başlıca qayğısı, o, təkid edirdi ki, nə quldarlığı irəli aparmaq, nə də onu qadağan etmək deyildir, yalnız Amerika Birləşmiş Ştatlarını qoruyub saxlamaqdır. Məntiq və ustalıqla irəlini görmək qaydasında danışmaqla o, “dinc şəkildə ayrılma” ideyasına sərt hücumlar edirdi:

“Ser, sizin və mənim gözlərimə heç vaxt həmin möcüzəni görmək nəsib olmayacaqdır. Bu geniş ölkənin parçalanması konvulsiyasız mümkün olmayacaqdır! Kim o qədər səfehdir ki, belə bir şeyi görməyi gözləsin?... Ayrılmanın mümkünlüyü və ya faydalılığı barədə danışmaq əvəzinə, cəhalətin belə macəralarında məskunlaşmaq əvəzinə... Qoy biz azadlığın və birliyin təzə havasından həzz alaq... Qoy biz öz nəslimizi layiq olduğu qızıl zəncirin güclü və aydın həlqələrindən biri edək. Mən bir sevən adam kimi inanıram ki, bu Konstitusiya üçün bütün ştatların xalqlarının birləşib mübarizə aparması illər ərzində gələcəkdir”.

Heç bir alqış səslənmədi. Hay-küy və təəccüblü pıçıldaşma var idi, lakin alqış yox idi. Reportyor teleqraf idarəsinə cumdu. “Mister Uebster öz üzərinə böyük məsuliyyət götürdü” sözlərini öz qəzetinə göndərdi və o, uğur qazansa və uğursuzluğa düçar olsa, onun mərdliklə özünü irəli verməsi ən azı ona bütün ölkənin hörmətini qazandıracaqdır.

Deniel Uebster məqsədinə çatdı. Onun çıxışının Şimalda çoxları tərəfindən təkzib olunmasına baxmayaraq, fakt orasında idi ki, belə döyüşən seçiciləri təmsil edən adam birlik və vətənpərvərliyi başa düşmək naminə çağırış edirdi, bu isə Vaşinqtonda və bütün Cənubda Cənubun hüquqlarının bona fide (vicdanla – latın dilində, tərcüməçi) sığortalanması kimi qəbul ediləcəkdi. Kalhounun özünün barışmazlığının əksinə onun Çarlstondakı “Mercuri” qəzeti Uebsterin müraciətini “dildə nəcib, tonunda alicənab və barışıqlıq” kimi tərifləyirdi. “Mister Kalhounun aydın və qüdrətli izahatı, əgər mister Uebsterin ustalıqla oynadığı roldan az sonra gəlməsəydi, müəyyən həlledici effektə malik olardı”. Və Nyu-Orleanın “Picayune” qəzeti Uebsteri özlüyündə ədalətli hesab etdiyi sülh və ölkə üçün, təhlükəsizlikdən ötəri isə zəruri olmağa inandığı bir şeyi etmək üçün göstərdiyi mənəvi mərdliyə görə təbrik etdi.

Və beləliklə, tez parçalanma və qan tökmə təhlükəsi ötüb keçdi. Senator Uintropun qeyd etdiyi kimi, Uebsterin çıxışı “Cənubu tərksilah etdi, sakitləşdirdi (və) Neşvill qurultayını xoruz damına soxdu”. “Journal of Commerce” qəzeti sonrakı aylarda qeyd etməyi lazım bildi ki, “Uebster bütün ölkədə hansısa bir başqa adamın gördüyündən daha çox iş görmüşdür və öz şəxsi populyarlığını böyük risqə qoymuşdur ki, 1850-ci ildə Konstitusiyanın və Birliyin dayaqlarını uçurmaqla hədələyən sektsionalizm axınını dayandırsın və geri döndərsin”.

Bəzi tarixçilər – xüsusən, on doqquzuncu əsrin sonrakı yarısında yazanlar abolitsionist düşmənlərinin, Uebsterin mənəvi qazancları barədə tələffüz etdiklərinin təsiri altında idilər və Allan Nevins, Henri Still Kommager, Cerald Conson və digərləri ilə razılaşmırdılar, axı axırıncılar yeddi mart çıxışını “yüksək dövlət xadiminə xas olan kimi,... Uebsterin millətə axırıncı böyük xidməti kimi” tərifləmişdilər. Çoxları parçalanmanın belə kompromisslər olmadan 1850-ci ildə baş tutmasını danırdılar; və digərləri kompromissin nəyə nail olduğuna məhəl qoymadan, sonrakı hadisələrin parçalanmanın labüd olduğunu sübut etdiyi barədəki fikri dəstəkləyirdilər. Lakin indiyədək digərləri təkid edirlər ki, müharibənin on il təxirə salınması Şimalla Cənub arasındakı nəticəni daraltdı və uzun müddətli davam etmə Birliyi qoruyub saxlamağa kömək etdi. Uebsterin çıxışındakı barışıq ruhu Şimala düzgün bir hiss verdi ki, bu da Cənubla yaxşı münasibətin hər bir cəhdini etməyə imkan verdi və Birliyin müdafiəçilərini, bununla da on il sonra həmin kompromisslərə qarşı onların hiss etdikləri kimi, Cənubluların zorakılıqlarına qarşı daha möhkəm birləşdirdi. Hətta Şimalın hərbi nöqteyi-nəzərindən döyüşün on il təxirə salınması Şimal ştatlarını öz əhalisinin sayında, səsvermə gücündə, istehsalda və dəmir yollarında aparıcılığını nəhəng qaydada yüksəltməyə qadir etdi.

 

(Ardı var)

İngiliscədən Telman Orucov tərcümə edib

525-ci qəzet.- 2014.- 8 fevral.- S.14.