Azərbaycanda vətəndaş cəmiyyəti
təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti
(davamı)
AZƏRBAYCANIN
TANINMIŞ
MİLYONÇU–XEYRİYYƏÇİLƏRİ
HACI
ZEYNALABDİN TAĞIYEV
(1838-1924)
* 1838-ci ildə Bakıda başmaqçı ailəsində
anadan olub .
* On yaşından başlayaraq
palçıq daşımaq,
daş yonmaq və bənnalıqla, podratçılıqla məşğul
olub.
* Sonradan aldığı neft quyusu fontan
vurur və onu məşhur milyonçu edir.
*
1896-cı ildə Bayıldakı
20 milyon dəyərində
olan zavod və mədənlərini
satıb bez-parça
fabriki də tikdirməyə başlayır
və bu işi 1900-cü ildə başa çatdırır.
Bu, Zaqafqaziyada ilk Toxuculuq fabriki sayılırdı.
*
1916-cı ildə H. Z. Tağıyev
Bakı – Şollar Su kəmərini çəkdirib
başa çatdırır.
Hacının təkidi ilə
hələ 1904-cü ildə
ingilis – amerikan firması kəmərin çəkilişinə başlamışdı.
* 1901-ci ildə Zaqafqaziyada ilk Qız Məktəbini tikdirir.
* 1897-ci ildə “Kaspi” qəzetini mətbəəsi
ilə birlikdə alaraq qəzeti öz hesabına çap etdirir.
* Onun vəsaiti ilə 1905-ci ilin iyunun 7-dən Əlibəy
Hüseynzadə və
Əhmədbəy Ağayevin
redaktorluğu ilə
“Həyat” qəzeti,
1906-cı ilin noyabrın
1-dən isə “Füyuzat”
jurnalı çap edilir.
*
1883-cü ildə teatr
binasını tikdirir
və bu, xalq arasında Tağıyev teatrı kimi şöhrət qazanır.
*
1924-cü ilin sentyabrın
1-də 86 yaşında Mərdəkandakı
bağ evində vəfat edib.
H. Z.
TAĞIYEVİN XEYRİYYƏ
CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ
* 1898-ci ildə Peterburqda ehtiyacı olan tələbələrə kömək
məqsədi ilə Müsəlman Xeyriyyə Cəmiyyəti yaradılır.
Fəxri
sədr H. Z. Tağıyev
olur. O, cəmiyyətin
Fonduna böyük
məbləğdə – 11 min rubl pul keçirir.
* Hələ öz fəaliyyətinin başlanğıcında
yetim uşaqları oxutdurmaq üçün
38.848 rubl pul xərcləmişdi.
* Yoxsul uşaqların savadlanmasına orta hesabla 3 000 rubl sərf edirdi.
* Yetim və yoxsul
uşaqlara – 4 məktəbə
hami – müdir olub. Həmin məktəblərə ildə iki min rubl sərf edirdi.
*
1894-cü ildə Mərdəkan
və ətraf kəndlərin uşaqları
üçün kənd
təsərrüfatı meylli
məktəb tikdirərək,
onun inşasına
31.440 rubl vəsait qoymuşdu. Bundan başqa ildə
həmin məktəbin
5 000 rublluq məsrəfini
də ödəyirdi.
* Azərbaycanlı cavanları
Rusiyanın və xarici ölkələrin ayrı-ayrı şəhərlərində
ali texniki
və humanitar biliklər almağa göndərirdi. Bu gənclər sırasında
N. Nərimanov, M. Əzizbəyov,
S. Mehmandarov, F. Rüstəmbəyov
və başqaları
da vardı.
ŞƏMSİ
ƏSƏDULLAYEV
(1840-1913)
*
1840-cı ildə Bakının
Əmircan kəndində
anadan olub.
* Əvvəl əkinçiliklə
məşğul olub,
sonradan isə Suraxanıda neft çıxarılması və
kerosin emalı ilə məşğul olan rus taciri
Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksəlib.
* 15 il müddətində
neft və duz podratçılığı
ilə məşğul
olduqdan sonra xeyli qazanc əldə
edir, kerosin zavodu açır.
*
1890-cı ildə neft
işi ilə məşğul olan bir neçə nəfərlə birlikdə
şirkət təşkil
edir.
* 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınamsı
sahəsində Bakı
neft kapitalistləri arasında ilk dəfə olaraq buxar oxunu
(iki və üç-dörd dorlu yelkənli gəmi) sifariş verir.
* 1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində
neft fontan vurur. Fontan hər gün
altı yüz min pud neft verir.
* Ş. Əsədullayevin Volqa boyu şəhərlərində,
Moskvada, Polşada, habelə Orta Asiyada, İranda çoxlu sayda neft anbarları vardı.
*
1903-cü ildə Moskvaya
köçür. Peterburqda və
Moskvada bir neçə yerdə mülklər tikdirir.
Xeyriyyə işləri ilə
məşğul olur,
yoxsul uşaqlar üçün məktəb
açır.
*
1913-cü ildə Romanovlar
sülaləsinin 300 illiyi
ilə əlaqədar
Tiflis Müəllimlər İnstitutunda
öz adına
iki təqaüd təyin etdirir.
*
1913-cü ilin 21 aprelində
Yaltada günvurmadan 72
yaşında vəfat
edib. Bakıda dəfn olunub.
Parisdə yaşamış azərbaycanlı yazıçı
Ümmülbanu onun nəvəsidir.
* Ş. Əsədullayevin Mərdəkanda
XIX əsrin sonlarında
tikdirdiyi əzəmətli
bağını isə
sovet hökuməti müsadirə edib sanatoriyaya çevirmişdi.
ŞƏMSİ
ƏSƏDULLAYEVİN XEYRİYYƏ
CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ
* Moskvada yaşadığı
dövrdə ciddi xeyriyyə işləri ilə məşğul olur. Yoxsul uşaqlar üçün
məktəb açdırır.
* Moskvada hazırda Kiçik Tatar döngəsində
olan 8 saylı evi də Ş. Əsədullayev tikdirib, o
zaman təzə yaradılmış olan
Tatar mədəniyyət cəmiyyətinə
bağışlamışdı. Vaxtilə bu binada tatar
məktəbi, tatar kitabxanası, konsert salonu və yetimlər üçün
uşaq evi olub.
*
1913-cü ildə Romanovlar
sülaləsinin 300 illiyi
ilə əlaqədar
Tiflis Müəllimlər İnstitutunda
öz adına
iki təqaüd təyin etdirir.
MURTUZA MUXTAROV
(——1920)
* Bakının Əmircan kəndində anadan olub. Adi fəhlədən neft maqnatı səviyyəsinə yüksəlib.
* Onun adı daha
çox Bakıda neft çıxarılması
texnologiyasının inkişafı
ilə bağlıdır.
O, diplomsuz neft mühəndisi kimi şöhrət qazanıb.
*
1890-cı ildə yaratdığı
“Podrat qazma” kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında
böyük rol oynayıb.
*
1896-cı ildə o, qazma
və standartların endirilib qaldırılması
kimi əsas və başqa köməkçi işləri
icra edən xüsusi bir dəzgah yaratmış və bundan ötrü patent almışdı.
* İndi Bakıda
məşhur olan “Səadət” sarayını
1911-1912-ci ildə tikilib
və burada yaşayıb. Mühəndis Ploşkonun layihəsi
əsasında tikilmiş
bu bina indi
də şəhərə
bəzək verir.
*
1905-1911-ci illərdə Cənubi
Azərbaycanda davam edən milli azadlıq hərəkatına
– onun başçıları
olan Səttar xana və Bağır
xana öz rəğbətini bildirib,
onlara gizli yollarla kömək edir.
* 1908-ci ilin 10 oktyabrında Qafqaz
Canişinliyindən Bakıya
göndərilən gizli
məktubda Səttar xana və Məşrutə
inqilabına kömək
edənlər sırasında
onun da adı
hallanır.
* 1920-ci ilin 27 Aprelindən sonra Bakını talan edən hərbi bolşeviklərdən
ikisi onun evinə hücum çəkir. M. Muxtarov onlardan birini silahla vurub öldürür.
Sonra da əsəbi vəziyyətdə özünü
güllə ilə vurur.
MURTUZA
MUXTAROVUN XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ
FƏALİYYƏTİ
* Bakıda fəaliyyət göstərən əksər
xeyriyyə cəmiyyətlərinin
işində fəallıq
göstərir.
* 1910-cu ildə Əmircan kəndində görkəmli
memar Zivər bəy Əhmədbəyovun
daiştirakı ilə
əzəmətli məscid
binası tikdirir.
*
1913-cü ildə Mərdəkanın
Pirhəsən adlanan yerində axund Mirzə Abu Turabın qəbri üstündə
künbəz, Vladiqafqaz
şəhərində məscid
tikdirir.
*
1913-cü ildə Azərbaycan
səhnəsinin böyük
aktyoru Hüseyn Ərəblinski vərəm
xəstəliyinə tutularkən
M. Muxtarov ona 700 manat verib müalicəyə
göndərmişdi. Müalicə olunaraq geri qayıdan
H. Ərəblinski “Bakı”
qəzeti vasitəsi ilə ona minnətdarlığını
bildirmişdi.
* Saratovda olduğu zaman küçədə
oxuyan, sonradan məşhur opera artisti olmuş Fatma Muxtarovanın konservatoriyada
təhsil almasına kömək edir.
* 1908-ci ildə iyun ayının 3-də fəaliyyətə
başlamış “Tərəqqi”
qəzeti “İrşad”
mətbəəsində M. Muxtarovun maddi dəstəyi ilə nəşr edilir. O, “İrşad” mətbəəsini
pulla alıb, daimi istifadə üçün Haşım
bəy Vəzirovun sərəncamına verir.
MUSA
NAĞIYEV
(1842-1919)
* 1842-ci ildə Bakı quberniyasının Biləcəri
kəndində anadan olub.
* İlk təhsilini
kənd mollaxanasında
aldıqdan sonra kənddə atasına köməklik edir.
* İlk topladığı
pula Qaraşəhərdə əli ilə işləyən kiçik
bir kerosin zavodu alır. Sonra neftli
torpaq sahələrini
də alıb neft istehsalına başlayır.
* İndiki İstiqlaliyyət
küçəsində tikdirdiyi
bina da İsveçrədə
vəfat edən oğlu İsmayılın
şərəfinə “İsmailiyyə”
adlandırılır.
* Bundan əlavə o, 28 May küçəsində qoşa
imarətlər, qırmızı
kərpicdən əzəmətli
bina, Səməd Vurğun küçəsində
Qış klubu (Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanalarını
da tikdirmişdir.
*
1913-cü ildə öz
pulu ilə 225 çarpayılıq xəstəxana
tikdirir və o xəstəxana bu gün də qalmaqdadır.
* M. Nağıyev bəhailiyə
daha çox inam göstərir və H. Z. Tağıyevlə
bağlı məhkəmə
prosesində Quran əvəzinə,
“Kitabi-Əqdəs”ə and içmişdi.
* M. Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında vəfat edib.
MUSA
NAĞIYEVİN XEYRİYYƏ
CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ
* M. Nağıyev xeyriyyə
cəmiyyətlərinin əksərində
iştirak edib.
*
1913-cü ildə şəhər
xəstəxanası tikintisi
üçün 300 000 (üç
yüz min) manat, Bakı Realnı məktəbinin abadlığı,
3-cü mərtəbənin tikilişi üçün,
qiraət otağı,
kimya kabineti və məktəbin parket döşəməsi
üçün 30 000 (otuz
min) manat xərcləyib.
* Gəncədə müəllimlər
seminariyası üçün
15 000 (on beş min) manat xərcləyib. Şamaxıda Real məktəbinə 1300 (min üz yüz) manat xərcləyib.
* “Səfa” cəmiyyətinə
ildə 500 manat xərcləyib.
* Tiflis məktəbinə 500 manat
xərcləyib.
* “Nur” mədrəsəsinə
500 manat xərcləyib.
* Semireginsk əyalətində
zəlzələdən zərər
çəkənlərə 1000 manat xərcləyib.
*
1913-cü ildə müsəlman
xeyriyyə cəmiyyətlərinin
kassasına 253 000 (iki
yüz əlli üç min) manat pul köçürüb.
* 1908-ci ildən ölümünüdək
Bakı Realnı məktəbinin hamisi idi.
(Ardı var)
Nəsiman Yaqublu
tarix elmləri namizədi
525-ci qəzet.- 2014.- 8 fevral.- S.30.