BİR AZ ARALIDAN
Bu da bir
dünyadır dünyadan gendə,
Bir az gözdən uzaq, könüldən uzaq.
Qismət
ayrılanda, pay bölünəndə
Görünür
mənə də belə yazılıb,
Belə yaşamaq.
Sinəmin
üstündə bölgü hasarı,
Özüm öz aramdan axan olmuşam.
Elə vətəndə
də vətənə sarı
Aradan-bərədən,
Dağdan-dərədən,
Bir az aralıdan baxan olmuşam.
Əlim
yetirənə ərkim yetirmir,
Yoxsa
haqqım çatmır,
yoxsa
haxlıyam
Yaxına
görüntüm – görküm yetirmir,
hələ uzaqlardan umacaqlıyam...
Hər
ilgək üstündə bir cin düyünü,
Yoluma tökülən yol daşı özüm.
Gələn
yox, gedən yox,
Bir
sözyetən yox,
Özüm
öz yolumam,
Yoldaşım özüm.
Bəlkə
belə yaxşı,
Bəlkə
belə pis,
O buna, bu
ona qarışıb axır.
Qovuşan
çayların qazancı dəniz,
Bəs yetim damla nə?
O da belə
də...
Öz əli,
öz başı, neyləsin axı...
Budur
axıtdığı şərik
arxının,
Əsillər-nəsillər qalır yarıda.
Ocalaq
toxumlar,
Qarışıq
tumlar
Nə o
axınındır, nə bu axının,
Kökü də özgədir, budaqları da.
Hər
ortaq bir ovqat qatdı ruhuma,
Tək elə
təkdir də, cüt ola bilməz.
Sarmaşıq
gülü də yaddı ruhuma,
Birbaşa
gərək
Oda bir
ağaca sırmaşa gərək,
Yoxsa dizlərindən güc ala bilməz.
Calana-calana
qarğı şam oldu,
Çox da ki, bir qatı qamışdı, baba.
Eh, mən
də deyirəm...
Gör nə
deyirəm:
Nə mən bir kimsəyə
qarışan oldum,
Nə bir kimsə mənə qarışdı, baba.
Yoxsa bu da
qismət, tapa kim-kimi,
Boşuna
can atmaq cəhdi əbəsdir.
Günlər
günə qalsa,
Düzünə
qalsa
Kimsə
çəkə bilməz mənim yükümü,
Heç
mən də özgə yük çəkə bilmərəm,
Onsuz da öz yüküm özümə bəsdir.
Hər əsim
küləyin bir qatı müşkül,
Altında, üstündə nələr var imiş.
Getmə
çox dərinə,
Bəzilərinə
Bu dünya elə
bir ocaq imiş ki,
Yaxına
durduqca xumarlandırar,
Uzağa
durduqca yandırar imiş...
... Meyvə
yeyəninki,
Sən də
de əhsən,
Nə
bağçı, nə bağban, kimdir onlar ki!
Demək
belə ha!
Ay
atam-qardaşım,
Özün
bil daha,
Bu qaynar
qazanın içində sənsən,
Mən
gendən baxanam,
Mənə
nə var ki...
O QAPI – BU
QAPI
(Özündən
muğayat ol, özünü qoru, deyirsən)
Qapısı-bacası
hasar içində,
Ev özü hasarın çölündə qalıb.
Hasarı
çəkən də azar içində,
İki əl bir başın əlində qalıb.
Əl belə,
baş belə,
Ağıl-huş
belə,
Sən də
deyirsən ki...
Bütöv
sevdasımı kəm-kəsirdə mən,
Yoxsa bu da bəlgə, bu da bəhanə?
Dörd
divardı, bir çarpayı, bir də mən,
Bir də
dava-dərman,
Gündəlik
normam:
Bir ovuc həb,
iynə,
Nə bilim ta nə.
Nə bir
ayaq çatan, nə bir əl yetən,
Boş yerə boylanan dolu göz mənəm.
O üz də Vətəndir, bu
üz də Vətən,
Arada kəc qalmış Vətənsiz mənəm.
Həsrətim
bar verməz qara daş olub,
Elə ha
su ver ki bu daşa, görüm...
Vətəni
olmayan vətəndaş olub,
Gəl
qoru özünü,
Gəl
yaşa görüm...
Bəlkə
mən böyüdüb Kür eləmişəm,
Bir damla boydaymış seçim yoxsa ki?
Yüz dəfə
ah deyib,
Ya Allah
deyib
Güclə
ayağıma yer eləmişəm,
Yurdumdan
bir küncə umacaqlıyam,
Bir gorgah
yerincə umacaqlıyam,
Çoxdan
yol üstədir köçüm yoxsa ki...
O
qapı-bu qapı,sorma hardayam,
Gəlib çatmayıbdır izim özümə.
Mən
adam deyiləm,ipək qurduyam,
Qəfəs
toxuyuram özüm özümə,
Qapısı
bağlı,
Görənlər haxlı.
Haradı
avandı,haradı tərsi?
Ölçüsü
əyninə gəlməyə, gələ,
Sudan
islanmışın nə pəhsinməsi,
Qaradan artıq da rəng var ki, hələ?!
Əl
qabar,bel qabar,yük də ki,ağır,
Hər yarım addım da son gümanımtək.
Bir də
astarı bu,bir də üzü bu,
Sözün
düzü bu:
Sən
kimsən,mən kiməm, biz kimik axı,
Adamı
qoruyan qoruya gərək!
Yəqin
ki,halıma yanıb deyirsən,
Ya nəsə
qəlbinə damıb deyirsən,
Sən də
deyirsən ki...
O NAŞI
Sən
Allah,bir ona bax e,
Düyünü dişinə salıb.
Düz-
dünya qalıb
belədə,
Gedib
çıxıb sıldırıma,
Sıldırımda
binə salıb,
O
naşı mənə oxşayır.
Nə
göz olub,nə qaş olub,
Görən niyə çaş- baş olub.
Bir az belə birtəhərdir,
Qəm- qüssəyə yoldaş olub.
Özünü
deyə bilmərəm,
Yoldaşı mənə oxşayır.
Nəsə
gəzir,nəyi,kimi?
Açıq süfrədir görkəmi.
O yolun iki
başı var:
Bir
başı çoxuna doğma,
Lap elə
bu dünya kimi,
Bir başı mənə oxşayır.
Nə bir
yerdə,nə bir göydə,
Tədbir
yerdə,səbir göydə,
Yer
üzündə yeri yoxdur,
Qalıb
havadan asılı,
Firlanır
bir qəbir göydə,
Baş
daşı mənə oxşayır...
YENƏ
HƏMİN YUXU
Yenə
doldu bulud,boşaldı bulud,
Közərdi hər dəfə bağrımın
başı.
Yenə həmin
yuxu, o dəli sükut,
Həmin
lal baxışlar,həmin göz
yaşı.
Nə qaldı deməsin o dəli sükut?
Necə açıqlayım hər sirri burda?
Nə təhər
yada sal,nə təhər unut,
Cəhənnəm əzabı hər biri burda.
İllər
barmaq- barmaq gözümə durdu,
Deşdi sal qayanı su dama-dama.
Onda
yuxularım ətir dadırdı,
İndi
yağış yağır yuxularıma...
Hər bəlkə
– bəhanə,
Hər bəlgə
– əngəl,
Gör məni təzədən hara çəkdi bu?
Döndərdin
üzünü otuz il əvvəl,
İndi
qayıdırsan,
Nə deməkdi bu?
Yoxsa
yaşamağın dəyişir tamı,
Ya nədən bu sayaq hopdun yuxuma?
Bəlkə
bəyənmədin cavanlığımı,
Bəlkə vurulmusan qocalığıma?!
Hər addım bir
düyün, açması çətin,
Nə qədər sual var hələ kölgədə.
O gedən
bir ayrı sən idin yəqin,
Bu gələn bir ayrı sənsən bəlkə də.
Hardadı
həqiqət, hardadı yalan,
Daha önəmlidir baxır kimdə nə.
Mən səni
günahkar saymıram,inan,
Bir günah görmürəm heç özümdə
də.
Bəlkə
bu məqamda xoş söz də tənə,
Sözün də məqamla təmənnası var.
Təzədən
nə günah, nə səbəb, ya nə,
Ta
günah gəzməyin nə mənası var?!
Olan bu –
Çinarın yarpaq durumu,
O toxluq
payızı görüncə getdi.
İtirir
bir ucdan yarpaqlarını,
Hər əsim küləkdə bir çəngə
getdi.
...Bəs
o kim? Unutdu vaxtı-vədəni,
Fərqinə varmağa haqqım yox daha.
Yenə gəl
yuxuma,aparım səni
Ömür
baxçasına xəzəl yığmağa...
HƏLƏ
DİLİM GÖDƏK...
Demə
çox şeyləri dərk elədim ta,
Hələ üzülürəm bu darda, ana.
Qohum yox,qardaş yox, ya bir həyan yox,
Səni
tanıyan yox,sən tanıyan yox
Başın
ağrıyanda qolundan tuta,
Mən
burda yalqızam,
Sən orda, ana.
Mülk məzar
mülküdür,əl-ətəyi
gül,
Dərd çiçək içində, neyləyək,
axı.
Bu da bir təsəlli,
Hamıya
bəlli,
Hərə
bir baş daşı, durub elə bil
Baxır məzarına üstdən aşağı.
Cavanı,
qocası, kamı,nakamı,
Dodağı sükutdur sözün-söhbətin.
Bu
sükut elə bil danışır nəsə,
Söz
olub hamı,
Ancaq kim nə
deyir,anlamaq çətin.
Hava qəm
qoxuyur,gözləri dolub,
Hər nəfəs çəkəni ardınca çəkər.
Hər qəbir bir kitab,
örtülü qalıb,
Aç
oxu,
Keç oxu bacarsan əgər.
Tutmadı calağım, bitmədi əhdim.
Ömür nəsə belə boş olub, ana.
Üzümü-gözümü
qəbrinə çəkdim,
Elə
bil əllərin daş olub, ana...
Sual
çox, cavab yox, hər duyğu bir sirr,
Sən də tıncıxmısan elə bil nəsə.
Şəklinə
baxıram, şəklin həminki,
Di gəl
gözlərimə birtəhər dəyir,
Bir az sınıxmısan elə bil nəsə.
Hələ
çox döyəcək bu dolu bizi,
Kül töküb bir yerdə qala bilmirik.
Verdik əlimizlə
yurd yerimizi,
Söz
yağır havası iyirmi ildir,
Gedir
söz davası iyirmi ildir,
Bir qəbir
yeri də ala bilmirik..
Yönsüzdür
bu həyat,
Yoxsa
yönü var?-
Bir ucu
vağzalı, bir ucu cəngi
Bəlkə
məzarın da qürbət günü var,
Yerlisi,yersizi,didərgini var,-
Xiffət eləməyib neyləyəsən ki?!...
Torpaq
övladıyla gərək barına,
Bizki kəc baxmadıq bu anda, ana.
Məzarın
hələ də
Qalıb
belədə,
Doğrulda
bilmədim vəsiyyətini,
Apara bilmədim
torpaqlarına,
Hələ
dilim gödək, üzüm qaradı
Yanında, ana.
Sən
varsan,mən yoxam,boşdur bu dünya,
Hardasa bu boşluq dolur yoxsa ki?
Nə
ölüb yanına gələ bilirəm,
Nə
yatıb yanında
qala bilirəm,
İçi
mən qarışıq,
Həmən
qarışıq,-
Heçdi
bu dünya,
Heç olmaq nə təhər olur yoxsa ki?!...
AXI HARAMA
YARAŞIR
Çarxın
əlindən çıxar,
Çox
müşkülü arama,
Dərdin alım.
Bu
axşamlar-sabahlar
Hamısı
qurama,
Dərdin alım.
Özgədir
ömrün tamı,
Bilir ki,
bunu hamı,
Halal gəzən
nə gəzir,
Hər
şey çəkir adamı
Harama, dərdin alım.
Daş da
yanır, deyəsən,
Nəsə
qanır, deyəsən,
Mənim
dərd çiçəklərim
Mayalanır,
deyəsən,
O da mənim
barımdı,
Dəymə barıma, dərdin alım.
Gecə
boyuma biçilir,
Boyum hər
geçə kiçilir,
Qaytar o
paltarı, canım,
Onu geyənlər
seçilir,
Axı o
mənim
harama
yaraşır,
Harama, dərdin
alım...
DE
Kİ...
Hər ömürün mayası sirr,
Bizimlə o sirr yeriyir.
Hardasa axına dönür,
Hardasa axından dönür,
Təklənir, bir-bir yeriyir.
Bərə
var yetə bilmirik,
Dərə
var ötə bilmirik,
Hara ki,
çatmır əlimiz,
Hara ki,
gedə bilmirik
O yerə
fikir yeriyir.
Boşaldı,
ya doldu, de ki,
Nə
bilim nə oldu, de ki,
Əzəli
bu, axırı bu,
Yol elə
bir yoldu, de ki,
Hər
gedən bir cür yeriyir...
Bərdə
Xasay Mehdizadə
525-ci qəzet.-
2014.- 8 fevral.- S.29.