Azərbaycan poeziyasının Milan təntənəsi

 

 

 

 

Fevralın 8-də Cüzeppe Verdi adına Milan Konservatoriyasının 2 min nəfərlik böyük zalında Azərbaycanın Xalq şairi Fikrət Qocanın şeirlərindən ibarət geniş konsert-kompozisiya təşkil olunub. Konsertdə Azərbaycan Yazıçılar Birliyinin katibləri Fikrət Qoca Rəşad Məcid iştirak ediblər.

Layihənin müəllifi Milan Konservatoriyasının professoru, İtaliyanın tanınmış şairi bəstəkarı Davide Qualtieridir. Davide Qualtieri Azərbaycanın dostu, təəssübkeşi olmaqla yanaşı, ədəbiyyatımızın, mədəniyyətimizin fədakar təbliğçisidir. Bir müddət əvvəl Bakıda olan Qualtieri, Xocalı faciəsi ilə bağlı şeir yazıb həmin mətnə musiqi bəstələyib.

Konsertin açılışı Fikrət Qocanın Cüzeppe Verdi haqqında yazdığı şeirin italyancaya tərcüməsinin Davide Qualtierinin ifasında səslənməsilə gerçəkləşib.  Davide Qualtieri öz bəstələrinin fonunda Fikrət Qocanın şeirlərini italyanca oxuyub. Fikrət Qoca tədbirin təşkilində əməyi keçən hər kəsə, müvafiq qurumlara minnətdarlığını ifadə edib. Əsir İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxış edib, daha sonra o, Azərbaycandan apardığı hədiyyə  kitabları Davide Qualtieriyə bağışlayıb. Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Davide Qualtieri tədbir haqqında ürək sözlərini bölüşüb: "Davide Qualtieri çox istedadlı olmaqla yanaşı, öz sənətinə, poeziyaya böyük məhəbbət bəsləyən yaradıcı insandır. Belə bir istedadlı, sözə, musiqiyə sevgi dolu şəxsiyyətin Azərbaycana maraq, rəğbət göstərməsi, ölkəmizi sevməsi, mədəniyyətimizin təbliği ilə məşğul olması bizim üçün böyük şansdır. Çox sevindiricidir ki, italyan xalqının belə bir istedadlı nümayəndəsi Azərbaycana bu cür sevgiylə yanaşır".

Sonra Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Aytən Abuşova çıxış edərək Azərbaycan poeziyasına göstərilən yüksək münasibətə görə Qualtieriyə təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan incəsənət ustaları Elşən Həmidov, Elşad Şəfiyev, Vidadi Zəkizadə Elman Şəfiyevin ifaları da səslənib. Xalq şairinin şeirləri səslənərkən səhnədə italyan rəssamı xanım Alessandra Vahid tablolar işləyib. Konsert boyu həm italyan, həm Azərbaycan musiqisinin sintez şəkildə müşayiəti ilə şeirlər həm italyanca, həm Azərbaycan dilində tamaşaçıların diqqətinə çatdırılıb. Həmçinin Azərbaycan milli geyimində olan italyan rəqs ustaları musiqiçilər improvizə olunmuş rəqs balet kompozisiyaları ilə tamaşaçıların zövqünü oxşayıblar. Konsertin bir məqamında həmin incəsənət ustaları zaldakılarla ünsiyyət quraraq kompozisiyanı daha da canlandırıblar. Təxminən 40 nəfərdən ibarət uşaq xorunun ifasında şeirlər Azərbaycan dilində qonaqlara təqdim edilib. Konsert gur alqışlarla qarşılanıb.

 

 

 

FİKRƏT QOCA: "MİLANDAKI KONSERT BÜTÖVLÜKDƏ AZƏRBAYCAN POEZİYASINA GÖSTƏRİLƏN EHTİRAMIN MÖHTƏŞƏM İFADƏSİ İDİ"

 

Konsertlə bağlı fikirlərini öyrəndiyimiz Xalq şairi Fikrət Qoca bu hadisənin yaxşı mənada onun üçün gözlənilməz olduğunu dilə gətirib: "Düzünü desəm, Milan Konservatoriyasındakı görüşün mənə həsr olunduğunu bilmirdim, yaxşı mənada bu, mənim üçün əsl sürpriz oldu. Milandakı konsert tək Fikrət Qocaya yox, bütövlükdə Azərbaycan poeziyasına göstərilən ehtiramın, isti münasibətin möhtəşəm ifadəsi idi. Çox gözəl tədbir idi. Tədbirin özəlliyi şeirə bir neçə cəhətdən zövqlü yanaşma nümayiş etdirilməsində idi: eyni vaxtda səhnədə şeir oxunurdu, sonra onun italyan dilinə tərcüməsi bizim musiqinin - tarın, kamançanın, balabanın müşayiəti ilə səslənirdi, şeirin məzmununa uyğun olaraq rəssam səhnədə öz fantaziyasından bəhrələnməklə tablo yaradırdı. Tədbirin sonunda Azərbaycan mənzərələrini təsvir edən üç möhtəşəm rəsm əsəri artıq hazır idi: ölkəmizi simvolizə edən köklü-köməcli qoca çinar, arxa fonda dağlı-dərəli Azərbaycan mənzərəsi xüsusilə diqqətəlayiq idi. Bəzi məşhur opera teatrlarından dəvət olunmuş bir neçə nəfər balet ustası şeirlər oxunduqca öz improvizasiyalarına uyğun müəyyən məzmunlu bir rəqsin opera balet variantını səhnədə təqdim edirdilər. İtaliya qədim mədəniyyət, qədim sivilizasiya məkanıdır. Onlarda şeirə yanaşma da fərqlidir. Şeir sadəcə mətn kimi deyil, komleks şəkildə "həzm olunur". İndiyə qədər bir sıra ölkələrdə müxtəlif səpkili tədbirlərdə olmuşam. Kubada da Çe Gevara haqqında yazdığım şeirin başqa-başqa variantlarda təqdimatına da heyrətlənmişdim. Amma Milan Konservatoriyasında keçirilən tədbir kimi şeirə yüksək fəlsəfi yanaşmanı heç bir yerdə görməmişdim: Səməd Vurğun, Məmməd Araz mənim hərəmizin şeirlərindən bir hissə seçərək musiqinin fonunda tərcüməçi onları tamaşaçıya çatdırır. Balet ustaları isə şeir səslənərkən tamam başqa ideyanı təqdim edirlər: deməli, bir oğlan özünə oxşayan canlı yaratmaq istəyir. Səhnədə plastilin kimi bükülüb qalmış qızdan bir obraz yaradır. Onun əllərini, qollarını, bədənini yaradıb onu ayağa qaldırır. Qız oynayır tam açılışandan sonra oğlanı yaxalayıb boğmaq istəyir. Oğlanın yaratdığı özünə qənim kəsilir. Ona görə Yaradan - oğlan öz yaratdığını öldürmək məcburiyyətində qalır. Sonra isə yenidən onu daha gözəl xeyirxah obraz kimi yaradır. şeir bitir... Mən indiyə kimi belə təqdimat izləməmişdim... Yaxud məni

 

         

 

Ay şöhrətim-şanım mənim,

Halı pərişanım mənim,

Küsüb məndən, özgələrdən

Məni soruşanım mənim

 

 

 

- misralarımla başlayan məşhur mahnı bizim musiqiçilərin ifasında tədim olunur, bu vaxt Azərbaycan milli geyimində olan italyan rəqs ustası səhnədə özünəməxsus yozumla məxsusi rəqs ifa edir. Arada muğam parçası ifa olunur, həmin vaxt rəqs edən sənətçi yerə uzanır uzaq yol görüntüsü yaradır. Çox qəribə təsiredici mənzərə canlanır... Tamaşaçılar da konserti dərin maraqla izləyirdilər, ifaları gurultulu alqışlarla qarşılayırdılar.

Davide Qualtieri çox yüksək səviyyəli insandır, istedadlı sənətkardır. Orada mənə bir epizod da çox gözəl təsir bağışladı. Deməli, Davide Qualtieri Rəşad Məcidlə üz-üzə gələndə onun adını yadına salmamışdan öncə, əlini Rəşad Məcidə uzadıb şeiri ilə ona müraciət etdi: "Kimsən, ey doğulan?!" Hər bir yazıçı, şair Allahdan istəyir ki, onun adından əvvəl əsəri gəlsin, əsəri xatırlansın. Bu çox incə məqamdı.

Düşünürəm ki, biz gələcəkdə tanınmış şəxsiyyətlərin yubiley tədbirlərini təşkil edəndə bu konsertdəki motivləri tətbiq edə, bu ənənədən yararlana, şeirə, musiqiyə kompleks yanaşma nümayiş etdirə bilərik.

 

Orada Milan bələdiyyəsində Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimatında da bələdiyyə müşavirləri çıxışlarında qeyd etdilər ki, bələdiyyə binasında çox uzun vaxtdan bəri mədəniyyət tədbirləri keçirilmirdi. Uzun fasilədən sonra ilk tədbir kimi "Çağdaş Azərbaycan poeziyası" kitabının təqdimatı gerçəkləşir burada. Müşavirlər onu da bildirdilər ki, onlar Azərbaycan mədəniyyətindən özlərinə bir körpü tikdilər. Gələcəkdə də bunu davam etdirmək niyyətində olduqlarını açıqladılar".

 

 

 

RƏŞAD MƏCİD: "MİLANDAKI KONSERTDƏ SƏNƏTİN HEYRƏTLƏNDİRMƏK GÜCÜNƏ YENİDƏN ŞAHİD OLDUM"

 

 

Milan səfəri ilə bağlı təəssüratlarını bölüşən AYB-nin katibi Rəşad Məcid konservatoriyada təqdim olunan konsert haqqında vəcdlə söhbət açıb: "Bu konsert məni son dərəcə təsirləndirdi, xeyli həyəcanlandırdı. Son vaxtlar yazılarımda da, şeirlərimdə də , verdiyim müsahibələrdə də tez-tez deyirəm ki, artıq bu dünyada məni təəccübləndirəcək, heyrətləndirəcək bir şey qalmayıb. Amma Davide Qualtierinin fevralın 8-də Milan Konservatoriyasında nümayiş etdirdiyi sənət, onun qeyri-adi musiqi ilə Fikrət Qocanın şeirləri əsasında yaradıb sərgilədiyi möhtəşəm harmoniya məni çox həyəcanlandırdı. Şeiri adi tərzdə oxuyanda insana o qədər də təsir göstərmir, ona güclü reaksiya olmur. Amma şeirin arxa fonunda həm rəqs, həm musiqi, həm təsviri incəsənət, həm də səhnənin özü olanda o, sadəcə mətn olmaqdan çıxır və gözəl bir formada teatrallaşır. Dünyanın qədim və nüfuzlu musiqi məktəblərindən biri olan Milan Konservatoriyasında Azərbaycan şairinin şeirlərindən ibarət belə möhtəşəm bir konsert təşkil etmək Davide Qualtierinin böyük istedadının, güclü həvəsinin göstəricisidir. Milandakı konsertdə sənətin heyrətləndirmək gücünə yenidən şahid oldumDavide Qualtieriyə - onun varlığında, ruhunda olan sevgiyə, istedada, coşquya heyran qaldım. Çox sevinirəm ki, belə bir insan Azərbaycan poeziyasına bu qədər maraq göstərir. Mənim fikrimcə, Azərbaycan hökuməti, dövləti, bizim hamımız Davide Qualtierinin qədrini bilməliyik, ölkəmizlə əlaqələrini daha da sıxlaşdırmalıyıq. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun timsalında bütün komissiya əməkdaşlarına David Qualtieri ilə belə səmərəli əməkdaşlıq nəticəsində möhtəşəm işlər həyata keçirdiklərinə görə minnətdaram".

 

 

 

"ÇAĞDAŞ AZƏRBAYCAN POEZİYASI" MİLANI FƏTH ETDİ

 

 

Fevralın 9-da isə Milanın görkəmli bir yerində, La Skala teatrı ilə üzbəüz yerləşən qədim Milan bələdiyyə binasında Azərbaycan şairlərinin şeirlərindən ibarət "Çağdaş Azərbaycan poeziyası" ("La poesia Azera contemporanea") toplusunun təqdimatı keçirilib. Kitaba önsözü İtaliyanın məşhur türkoloqu Giampiero Bellingeri yazıb. Önsözdə Nizami Gəncəvi, Saib Təbrizi, Qövsi Təbrizi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Mirzə Əli Möcüz, Məhəmmədhüseyn Şəhriyar kimi dahi şairlər yetirmiş  Azərbaycanın əsrlərə söykənən poeziya ənənələrindən bəhs edilir. Kitabda Davide Qualtierinin yazısı da yer alıb. Müəllif yazıda kitabın ərsəyə gəlməsində göstərilən köməyə görə, Şahin Sayılovun şəxsində, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasına, eləcə də Nuriyevlər ailəsinə - pianoçu Nəzakət xanıma və xoreoqraf, İtaliyadakı "Azəri" Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyevə minnətdarlığını ifadə edib.

Davide Qualtieri, Azərbaycan Yazıçılar Birliyi, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov, Mais və Nəzakət Nuriyevlərin birgə təşəbbüsü və səyi nəticəsində işıq üzü görmüş topluda Xalq şairləri Məmməd Araz, Fikrət Qoca, şairlər Tofiq Abdin, Zakir Fəxri, Əjdər Ol, Vaqif Bəhmənli, Rəşad Məcid, Ədalət Əsgəroğlu, Qulu Ağsəs, Elçin Mirzəbəyli, Laçın Məmişov, Rəfail Tağızadə, Həyat Şəmi, Elşad Ərşadoğlu, Sevinc Mürvətqızı, Bəsti Əlibəyli və Feyziyyənin şeirləri yer alıb.

Sözügedən tədbir İtaliya mediasında da geniş şəkildə əksini tapıb. İtaliyanın bir sıra qəzet və internet saytlarında tədbirlərlə bağlı informasiyareportajlar çap  olunub.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 12 fevral.- S.7.