Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yaradılması mühüm və uğurlu addım kimi
Respublikamızda aparılan uğurlu hərbi islahatların bir mərhələsi də Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin yaradılması
oldu. Ölkə Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin 13
fevral 2012-ci il
tarixində imzaladığı
fərmanla "Hərbi
vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqinə başlanıldı.
Prezidentin imzaladığı
fərmana əsasən
Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
tabeliyində olan Azərbaycan Respublikasının
Hərbi Komissarlığı,
Naxçıvan Muxtar
Respublikasının Hərbi
Komissarlığı, rayon, şəhər, hərbi komissarlıqları ləğv
edilərək onların
əsasında Azərbaycan
Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti yaradıldı.
Qanuna əsasən, Azərbaycan Respublikasının
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının
hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli
həqiqi hərbi xidmətə çağırışaqədərki
hazırlığı, həqiqi
hərbi xidmətə
çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik
hazırlığı və
səfərbərlik üzrə
çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali
təhsil müəssisələri
tələbələrinin zabitlər
hazırlanan xüsusi
proqram üzrə hərbi hazırlığını
həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanıdır.
Həmçinin bu qurum Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
və qanunvericiliklə
nəzərdə tutulmuş
digər silahlı birləşmələrin sülh
dövründə çağırışçılarla,
səfərbərlik zamanı
və müharibə dövründə Silahlı
Qüvvələrin və
digər silahlı birləşmələrin, habelə
xüsusi birləşmələrin
hərbi vəzifəlilərlə
və hərbi-nəqliyyat
vasitələri ilə,
eləcə də mülki heyət vəzifələrində işləmək
üçün vətəndaşlarla
komplektləşdirilməsi sahələrində dövlət
siyasətini və tənzimlənməsini həyata
keçirir. Yeni orqan hərbi
xidmətə çağırış
sahəsində şəffaflığın
artırılmasına, vətəndaşlara
daha keyfiyyətli xidmət göstərilməsi
məqsədilə yaradılmışdı.
Fəaliyyətə başladığı qısa müddətdə
Səfərbərlik və
Hərbi Çağırış
üzrə Dövlət
Xidmət bir sıra yeniliklər həyata keçirdi.
Həyata keçirilən islahatlar hərbi xidmətə çağırış
sahəsində mövcud
problemləri aradan qaldırmaq məqsədi daşıyırdı və
yeni orqan bu işin öhdəsindən
uğurla gəlir.
Ölkə rəhbərliyi
dövlət xidmətlərinin
şəffaflığının artırılması məqsədilə
yaradılan bu orqanı diqqətdə saxlayır və təsadüfi deyildir ki, 2013-cü ilin 30 avqust tarixli sərəncamı ilə
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının
maaşları qaldırıldı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin funksiyalarından
biri də Silahlı Qüvvələr
üçün ixtisaslı
kadrların hazırlanmasıdır. Məlumdur ki,
hərbi xidmətə
qədər çağırışçıların
böyük bir hissəsi hərbi xidmət və xidmət müddətində
nələrlə üzləşəcəkləri
barədə məlumatlı
olmurlar. Orduda bir sıra sahələr
üzrə ixtisaslı
kadrlara ehtiyac var,
bu ehtiyacı
qarşılamaq üçün
hərbi çağırışçıların
hərbi xidmətə
başlayana qədər
qazandıqları bilik
və təcrübədən
istifadə olunur. Bu sahədə olan
mövcud problemləri
aradan qaldırmaq üçün Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin təşəbbüsü
ilə bir sıra ixtisaslar üzrə hazırlıqların
həyata keçirilməsinə
başlanılıb. İlkin olaraq
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Vətənpərvərlik və
Mütəxəssis Hazırlığı
Mərkəzi"ndə sürücü
və aşpaz kursları təşkil edildi. Bu kurslar
hər cür avadanlıqla təchiz edildi və məqsəd Ordumuzun bu kadrlara olan
ehtiyacını ödəmək
idi. "Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Mərkəzi"
ordumuzun zirehli texnika sürücüləri,
snayper, mühəndis-istehkamçı,
rabitəçi, paraşütçü-desantçı
kimi ixtisaslara olan ehtiyacını da ödəməyə hazırlaşır. Silahlı Qüvvələr
üçün ixtisaslı
çağırışçıların
hazırlanmasının bir
çox müsbət
tərəfləri vardır.
Bu hazırlıq kurslarını bitirənlər
artıq fiziki və psixoloji cəhətdən hərbi
xidmətə hazır
olurlar, hərbi xidmətə demək olar ki hazır
gedirlər. Eyni zamanda
ordu sıralarına qoşulan ixtisas kurslarını keçmiş
çağırışçılar öz işlərinin öhdəsindən daha yaxşı gəlirlər.
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin ciddi nailiyyətlərindən biri
vətəndaşlara elektron
xidmət göstərilməsidir.
Xidmətin ilk yeniliklərindən biri hərbi xidmətə çağrılanlara
hansı hərbi hissəyə göndəriləcəkləri
barədə qısa mesajla (SMS) məlumat göndərilməsi idi.
Nazirlər Kabinetinin
2012-ci il 17 oktyabr tarixli qərarı ilə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən
elektron xidmətlərin
siyahısında bu xidmət də göstərilmişdir. Bu qərara əsasən hərbi xidmət çağırışçılarına
hərbi xidmətlərini
keçəcəkləri hərbi
hissə barədə
məlumatlar internet və
ya SMS-lə göndərilir.
Bu istiqamətdə işlər
davam etdirildi və az
bir müddət ərzində elektron xidmətlərin sayı artırıldı. Bu ilin yanvarında əlavə 4 elektron xidmət istifadəyə verildi.
Yeni xidmətlərin istifadəyə
verilməsi nəticəsində
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin internet saytı
üzərindən hərbi
xidmətkeçmə haqqında
arayışın verilməsi
üçün müraciətin
və sənədlərin
qəbulu, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinə həqiqi
hərbi xidmətə
(işə) qəbulla
əlaqədar müraciətin
və sənədlərin
qəbulu, arxiv arayışlarının verilməsi
üçün müraciətin
və sənədlərin
qəbulu, itirilmiş
hərbi biletlərin
(ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin)
əvəzinə yenisinin
verilməsi üçün
müraciətin və
sənədlərin qəbulu
elektron qaydada aparılması mümkün
oldu.
Hərbi komissarlıqları əvəz
edən yeni qurumun üstün cəhətlərindən biri
mətbuatla münasibətlərin
daha çevik formada nizamlanmasıdır. Qurum rəhbərliyi
fəaliyyətin mətbuatda
işıqlandırılmasına və məlumatların ictimaiyyətə çatdırılmasında
həmişə maraqlı
olub. Buna nümunə
olaraq ötən ilin dekabrında Sumqayıt şəhərində
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun birgə təşkilatçılığı ilə "Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti ilə kütləvi informasiya vasitələri arasında
əməkdaşlığın inkişaf etdirilməsi"
mövzusunda konfransın
keçirilməsini göstərmək
olar. Konfrans zamanı Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin rəisi,
general-leytenant Arzu Rəhimov bildirdi ki, rəhbərlik etdiyi təşkilat mediaya açıq qurumdur və media ilə işlərin lazımi səviyyədə
qurulmasına çalışılır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin
yaranmasından qısa
müddət keçməsinə
baxmayaraq, bu qurum qarşıya qoyulmuş vəzifələri
yerinə yetirən, qabaqcıl, müasir texnologiya və vasitələrdən istifadə
etməklə çağırış
prosesinin təşkilindən
başlayaraq ixtisaslı
kadr hazırlığına
qədər bir neçə istiqamətdə
uğurlu fəaliyyət
göstərən orqana
çevrilib.
Emin HƏSƏNLİ
"Silahlı Qüvvələrə İctimai
Nəzarət" İctimai
Birliyinin sədri
525-ci qəzet.-
2014.- 12 fevral.- S.5.