"Yarımçıq əlyazma"
Berlində
Londonun məşhur "Voterstones"
kitab evi və Avstriyanın"Dradivaberl"
nəşrlər evində
keçirilən təqdimatların
ardınca yazıçı
Kamal Abdullanın
"Yarımçıq əlyazma"
romanı Almaniyanın
Berlin şəhərində yerləşən Humboldt universitetində
də oxuculara təqdim olunub.
Bir il öncə
Avstriyada çap olunmuş əsərin təqdimat müzakirəsini
Universitetin Azərbaycan
tarixi kafedrasının
müdiri şərqşünas
alim professor Yeva Mariya Aux açıb. O, giriş sözündə
Azərbaycanın tarixi
və ədəbiyyatı
haqqında danışıb,
"Yarımçıq əlyazma"nın tarixi-mədəni
qaynaqları, əsərdə
cərəyan edən
hadisələrin ümumi
fonu barədə söz açıb.
Professor Aux çap olunduğu
vaxtdan bu yana romanın
geniş müzakirələrə
səbəb olduğunu,
artıq dünyanın
bir çox dillərinə tərcümə
edildiyini qeyd edib. O, əsərin Avropa oxucuları üçün Azərbaycan
ədəbiyyatına, tarixinə
və mədəniyətinə
açılan əhəmiyyətli
bir pəncərə olduğunu deyib. Daha sonra o, Kamal Abdullanın bədii yaradıcılığının özəllikləri haqqında
danışdıqdan sonra
söz müəllifə
verilib. Kamal Abdulla romanın yazılma
tarixi və onun sonrakı taleyi barədə danışıb. Romana göstərilən
marağa və təqdimatının təşkilinə
görə təşkilatçılara
öz təşəkkürünü
bildirib. Bundan sonra
universitet tələbələri
ifadəli oxu ilə romandan parçaları səsləndiriblər.
Tədbir müəllifin iştirakçıların
suallarını cavablandırması
ilə davam edib. Sonda imzalama mərasimi
keçirilib və müəllifin tələbələrlə
söhbəti qeyri-rəsmi
şəraitdə davam
edib. Tədbirin sonunda prof.
Y.M. Aux bu görüşdə
iştirak etdiyi üçün yazıçıya
təşəkkür edib
və ona yeni yaradıcılıq uğurları arzulayıb.
Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri də
iştirak ediblər.
Qeyd edək
ki, əsəri alman dilinə Aygün Mehbalıyeva tərcümə etmişdir. Kitaba önsözü
tanınmış filoloq
prof. Ziqlinde Hartmann yazıb. Roman Avstriyanın nüfuzlu
"GOLDEGG VERLAG" nəşriyyatında
işıq üzü
görüb.
Günay ƏLİYEVA
525-ci qəzet.-
2014.- 13 fevral.- S.7.