Mənəvi dəyərləri və milli maraqları
ön plana çıxaran teleradio
Bu yaxınlarda dəyərli
elm adamlarımızla toplaşdığımız
bir məclisdə söhbət televiziyalardakı
verilişlərdən və
onların baxımlılıq
və milli-mənəvi
dəyərlərimizə bağlılıq
səviyyəsindən söhbət
düşdü. Orada söylədiklərimi oxucularla
da bölüşməyin
doğru olacağı
qənaətində olduğum
üçün fikirlərimi
qələmə almaq qərarına
gəldim.
İTV qısa zamanda sürətlə inkişaf
edərək, təkcə
ölkəmizdə tamaşaçı
rəğbəti qazanmadı,
həm də müsəlman- türk dünyasına, Avropaya və digər qitələrə Azərbaycan
dövləti və xalqı haqqında dolğun, maraqlı formada ətraflı məlumat verməyə başladı.
Razılaşmaq lazım gəlir
ki əttökən şouların, bezdirici qeybətlərin baş alıb getdiyi bir zamanda reytinqi
çox da nəzərə almadan, insanları düşündürən,
narahat edən ölkənin və xalqın uzaq gələcəyi ilə, bu qədim
xalqın keçmişi
yaranışı, türk
və müsəlman dünyası ilə ortaq bağlılığı
və digər bu kimi məsələləri
müzakirəyə çıxarmaq
heç də asan deyildi. Nə qədər
əhəmiyyətli olsa
da, insanları bilgiləndirmək, maarifləndirmək,
hər zaman çətinliklərlə başa
gəlmiş, müqavimətlərlə
müşayiət olunub.
Taleyimiz elə gətirib ki, xalqımızın övladları bu gün obyektiv və subyektiv səbəblərdən demək
olar ki, dünyanın müxtəlif
ölkələrində yaşamaq
məcburiyyətində qalıb. Vətəndən, el-obadan uzaq düşüb.
Qərib ölkələrdə
özləri və övladları daha çox milli-mənəvi, əxlaqi
dəyərlərimizdən uzaq olan televiziyalara
baxmaq zorunda qalıb. Belə bir şəraitdə canlı olaraq "Qərib axşamlar"da milli musiqimizi dinləmək, elm, mədəniyyət
adamlarımızın, sadə
peşə sahiblərinin
söhbətlərinə qulaq
asmaq, verilişə birbaşa qoşulmaq, xaricdə yaşayan həmvətənləri dinləmək,
müxtəlif ölkələrdəki
diaspor nümayəndələrini
eşitmək və görmək, onların uğuru və problemləri ilə tamaşaçı və
müvafiq dövlət
orqanlarına tanış
etmək, onu aradan qaldırmağa çalışmaq təqdirəlayiqdir.
Ölkəmizdə yaşayanlarla bərabər,
xaricdə məskunlaşan
həmvətənlərimizin bu verlişə baxarkən necə duyğulandığının dəfələrlə şahidi
olmuşam. Verlişlərdə imkan daxilində iştirakçılara sərbəstlik
verilməsi, süni patetikadan, nəsihətdən
uzaq durulması, səmimilik mühitinin yaradılması tamaşaçılarda
bir məhrəmlik, yaxınlıq, özünü
vətəndə olmaq
kimi nəcib hisslər yaradır.
Nəticədə insan
qəriblikdə olduğunu
bir zaman kəsimində olsa da unudur, tək
olmadığını başa
düşür, vətəni
üçün lazım
ola biləcəyini
anlayır, arxasında
Azərbaycan dövlətinin
dayandığını öyrənir.
Vətənlə belə insanların
arasında bir körpü yaranmış
olur.
İctimai Televiziyanın əhəmiyyətli
verilişlərindən biri
türk respublikaları
ilə ortaq ərsəyə gətirdiyi
səhər verilişləri
idi. Türküstanda, Anadoluda,
Azərbaycanda yaşayan
insanların həyatı,
məişəti, mədəniyyəti,
tarixi haqqında bu bölgələrdəki
insanlara iki saat ərzində canlı məlumat verilməsi düşündürücü
və həyəcanverici
idi. Belə verilişlər əlaqələrin
qurulmasına, ortaq kökün üzə çıxarılmasına və
yada salınmasına,
qan yaddaşının
təzələnməsinə yaxşı kömək edirdi.
40 ilə yaxın elmi-pedaqoji fəaliyyətim
nəticəsində belə
qənaətə gəlmişəm
ki, insanlarımızın
çox az
məlumatlı olduğu
sahələrdən biri
xalqımızın yaranışı,
onun formalaşmasına
təsir edən amillər, bu prosesdə iştirak edən tayfalar, onların yayıldığı
areal və sairədir.
Belə nəcib və çox vacib məsələlərin
aydınlaşdırılmasında "Bir kəndin nağılı"nın
gördüyü iş
alqışalayiq idi. Dəfələrlə tanıdığım
adamların verilişdən
sonra zəng vuraraq, yaxud görüşərkən öz
razılıqlarını, mülahizələrini bildirib,daha geniş məlumat almaq üçün hansı ədəbiyyatlara baxmağın
düzgün olduğunu
soruşub. Problemlə bağlı fərqli
fikirlərin yaranma səbəbləri ilə
maraqlanıblar. Bir
sözlə bu veriliş insanları öz kökünü arayıb axtarmağa, daha çox məlumat əldə
etməyə sövq edirdi.
Bizim nəsil
çox böyük hadisənin - dünyaya meydan oxuyan şər
imperiyası SSRİ-nin
dağılmasının, sosializm
sisteminin çökməsinin
şahidi oldu. Bu sistemin
çökməsi ilə
vaxtı ilə onun möhkəmlənməsinə
xidmət edən iqtisadi, mənəvi sahələrində nöqsanlar,
yarıtmazlıqlar da
üzə çıxdı.
Belə sahələrdən biri təhsillə bağlı
idi. Təhsil sisteminin məzmun
və mahiyyətini dəyişməyin, onu müstəqillik dövrünün
tələblərinə uyğulaşdırmağın
zəruri olduğuna həm adamları, həm də təhsil sahəsinə rəhbərlik edənləri
inandırmaq çox çətin, ancaq olduqca vacib idi.
Çünki insanların əksəriyyəti
gördüyü ancaq
əsl məqsədindən,
məzmunundan çox
da məlumatlı olmadığı və ya diqqət yetirmədiyi sovet təhsil sistemindən əl çəkməyi düşünmək belə
istəmirdi. Bu baxımdan
elmi-pedoqoji ictimaiyyətin
nümayəndələri ilə
birlikdə vəziyyətdən
çıxmaq üçün
görülməli işlərlə
bağlı aparılan
müzakirələri əhəmiyyətli
sayıram. Dövlətin
və millətin gələcəyi kimi strateji bir sahə
ilə bilavasitə bağlı olan təhsilin problemlərini aradan qaldırmaq üçün
irəli sürülən
təkliflər, ümumiləşdirilmiş
nəticələr bəzən
müəllimlərin, bəzən
də təhsilə rəhbərlik edənlərin
xoşuna gəlməsə
də, amma bunlar qərəzsiz, vicdanlı yanaşmanın
əsl vətəndaş
mövqeyinin nəticəsi
olduğu üçün
hüç kim incimir, özü üçün nəticə
çıxarırdı. Bu məsələlərə
həsr olunan hər veriliş sözün gerçək
mənasında "Açıq
dərs" idi.
Heç
kəs inkar etməz ki, indiki dövrdə ehtiyacı olduğumuz çox vacib məsələlərdən biri
bizi ayıran, birləşməyə qoymayan
düşüncənin, fikirlərin
mümkün qədər
yumşaldıması, insanları
birləşdirən, yaxınlaşdıran "qızıl"
ortanın - "Ortaq məxrəc"in tapılmasıdır.
Cəmiyyətimizi düşündürən, aradan
qaldırılması çox
vacib olan problemləri açıq
müzakirəyə çıxarmaq,
müzakirələrdə bitərəf
və obyektiv mövqe ortaya qoymaq, yol göstərmək
cəsarət, intellektual
səviyyə, vətəndaş
yanğısı tələb
edən mənəvi-əxlaqi
keyfiyyətlərdəndir. Fikrimcə, İTV-nin rəhbərliyi və ətrafına topladığı gənc
və istedadlı adamlar məhz bu cür tərbiyəyə,
əxlaqa, savada malik olan adamlar
idi.
Məlumdur ki, millətin var olmasında, yaşamasında torpağın,
Vətənin, dinin və dilin əhəmiyyəti
ölçüyə gəlməzdi. Mütəfəkkirlər haqlı olaraq bildirirlər ki, əgər bunlardan ikisi yoxsa, millətin
qolları qırılmış
kimidir. Əgər dil yoxsa, millət yoxdur. Bu səbəbdən İTV-də
dilimizə, ayrı-ayrı
sözlərimizə həssaslıq,
tələbkarlıq və
qayğı ilə yanaşması razılıq doğurur. Ayrı-ayrı az
işlədilən, yaddan
çıxarılan, bu
səbəbdən özgə
dillərdən aldığımız
sözlərin qarşılığını
öz dilimizdən tapıb üzə çıxarmaq da onların gördüyü
yaxşı işlərdən
biridir. Bəzən belə sözlər
süngü ilə qarşılanır, lağa
qoyulur, bəyənilmirdi.
Ancaq zaman keçdikdən sonra haqq yerini
tapır. İctimai TV-nin
ümumişlək vəziyyətə
gətirdiyi belə sözlərdən biri də "Carçı"dır.
İstirahət günü insanların
yaxşı əhvala
köklənməsinə, ovqatının
müsbət istiqamətə
yönlənməsinə, ailədə , ictimaiyyət içərisində
müsbət auranın
formalaşmasına cəhd
etmək bu teleradionun gördüyü
təqdirəlayiq işlərdən
biri olmuşdur. Belə verlişlərin tamaşaçı
və dinləyicilərə
çatdırılması üslubu onu digərlərindən fərqləndirən
cəhətlərdən idi.
Bir sözlə
qaldırdığı problemlərə
yanaşma tərzində
orjinallıq, işə
peşəkar və vicdanlı yanaşma, həmişə arayıb
axtarmaq nail olduqları
ilə arxanlaşmamaq
burada çalışanların
xarakterik cəhətlərindən
olmuşdur.
Heç kəsə sirr deyil ki, sıfırdan,"quru yerdən" başlayaraq qısa zamanda işçilərdə belə keyfiyyətlərin ortaya çıxarılması və formalaşmasında İTV-yə rəhbərlik edən İsmayıl Ömərovun mühüm xidməti olub. Əməkdaşlara yaradıcılıq işlərində axtarışlar aparılmasına imkan və şərait yaradılması, mümkün olanlar daxilində sərbəstlik verilməsi, inanılması, müəyyən çətinliklərə baxmayaraq bir çox verilişlərin canlı olaraq tamaşaçı və dinləyicilərə çatdırılması kimi zəhmətli, məsuliyyətli işi təşkil edə bilmək İsmayıl müəllimin rəhbərlik fəaliyyətində aparıcı cəhətlər kimi yadda qalıb.
Heç şübhəsiz, bu işlər yuxusuz gecələrin, gərgin əməyin, teleradio işlərini yüksək səviyyədə bilməyin, bilik və bacarığını bu işləri reallaşdırmağa sərf edərkən çətinliklərdən, müxtəlif formalardakı maneələrdən, "badalaqlardan" qorxmamağın onları aradan qaldırmaq bacarığının, cəsarətinin, dövlətə, millətə bağlılıq və sədaqətin nəticəsidir.
Yeri gəlmişkən, indi İsmayıl müəllim ömrünün altıncı onilliyinə daxil olur. Bu münasibətlə onu təbrik edir, cansağlığı, könül xoşluğu arzulayıram. İTV-yə isə fəaliyyətində yeni uğurlar diləyirəm.
Boran ƏZİZ
Bakı Dövlət Universitetinin
dosenti
525-ci qəzet.-
2014.- 14 fevral.- S.2.