Bakıda “Yunus İmrə:
eşqin səsi” filminin
qala-gecəsi olub
Nizami
Kino Mərkəzində Türkiyədə
ekranlaşdırılmış “Yunus İmrə: eşqin səsi” filminin qala-gecəsi keçirilib.
Filmin təqdimat
mərasimi Türkiyənin
Azərbaycandakı səfirliyinin
mədəniyyət və
turizm müşavirliyinin,
Türkiyənin Türk
Əməkdaşlıq və
Əlaqələndirmə Agentliyinin
təşkilatçılığı ilə baş tutub. Təqdimat mərasimində
çıxış edən
Nizami Kino Mərkəzinin
direktoru Vüqar Zeynalov bu cür
tədbirlərin ortaq
türk dəyərlərinin
formalaşmasına, eyni
zamanda, yaradıcı
insanlar arasında əlaqələrin inkişafına
öz töhfələrini
verəcəyini bildirib.
Daha sonra çıxış
edən Türkiyənin
ölkəmizdəki səfiri
İsmail Alper Coşkun “Yunus İmrə: eşqin səsi” filminin təqdimatının Bakıda
keçirilməsini Azərbaycan
və Türkiyənin
əbədi qardaşlığının
bariz nümunəsi kimi dəyərləndirib.
Səfir bu cür tədbirlərin
dostluq, həmrəylik
və birlik körpülərinin daha da möhkəmlənməsinə
zəmin yaradacağını,
o cümlədən Azərbaycan-Türkiyə
mədəni əlaqələrinə
əhəmiyyətli töhfə
verəcəyini vurğulayıb.
Filmin çəkilişi Yunus İmrənin məmləkəti olan Əskişəhərin – ötən il türk dünyasının mədəniyyət paytaxtının – “Qalıcı əsərlər” layihəsi çərçivəsində reallaşdırılıb.
Ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilən, humanizm carçısı, Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, Türkiyə Anadolusunun ən böyük övliyalarından biri, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı Yunus İmrənin həyatından bəhs edir.
Üç il müddətinə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir. Bir çox məşhur sənətkarın çəkildikləri filmin rejissoru Kürşat Kızbazdır. Yunus İmrə obrazını əvvəllər də tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırıb. Filmdə, həmçinin Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Əhməd Mekin iştirak ediblər. Qala-gecəyə filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Evin, Altan Gördüm, Milli Məclisin deputatları, Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da qatılıblar.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 15 fevral.- S.14.