Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin təbliğini uğurla davam etdirir

 

 

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

Fonddan verilən məlumata görə, dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubiley layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Strasburqda keçirilmiş tədbirlər silsiləsi fevralın 14-dək beynəlxalq konfransla davam edib.

Konfrans Strasburq şəhərinin Rin sarayında 3 ay ərzində (19 noyabr 2013-19 fevral 2014) təşkil edilmiş “XII-XXI əsrlərin ümumbəşəri mədəniyyət körpüsü: Nizami Gəncəvi yaradıcılığı” sərgisinin yekun mərhələsində keçiriləcəkdir.

Fransanın Alzas regionunun mədəniyyət məsələləri üzrə direktoratının baş direktoru Alain Hauss, Strasburq MilliUniversitet Kitabxanasının inzibatçısı Albert Poirot kimi qonaqların qatılacaqları konfransda Strasburq MilliUniversitet Kitabxanasının əlyazmaların saxlanılması və irs bölməsinin rəhbəri Frederik BlinNizami Strasburqda”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi”, Prinseton Universitetinin Yaxın Şərq araşdırmalar departamentinin professoru, Nizami Gəncəvinin əsərlərini fransız dilinə çevirən Michael BarryNizami Gəncəvi-könül şairi” mövzularında çıxış edəcək.

Elmi müzakirədə Avropanın bir sıra nüfuzlu ali məktəb professorlarının “Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmalarının orijinallığı”, “HöteninNizaminin şərqşünaslığı”, “Psixoloji terapiya qismində olan hekayə: Nizami Gəncəvinin “Yeddi gözəli”, “Nizami Gəncəvi-bütün zamanların və bütün məkanların şairi” mövzularında məruzələri dinləniləcək.

Layihə çərçivəsində ötən ilin noyabrın 12-də Parisin Əlyazmalar və Məktublar Muzeyində Nizami Gəncəviyə həsr olunmuş sərgi, noyabrın 13-də Parisdə, Azərbaycan Mədəniyyəti evində Nizaminin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunmuşdur. Mədəni-kütləvi tədbirlər ötən il noyabrın 19-da Strasburqda davam etdirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 15 fevral.- S.14.