Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf yolu və perspektivləri

 

 

Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq azadlıqlarının qorunması, cəmiyyətin harmonik sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri olaraq vətəndaş cəmiyyətinin  inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç hər zaman hamar deyil, enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu mövzuların işıqlandırılmasına yönələn bu yazının hazırlanmasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin bizə təqdim etdiyi materialdan istifadə edilib.

 

VƏTƏNDAŞ CƏMİYYƏTİ

İNSTİTUTLARININ İNKİŞAF YOLU VƏ ONUN ƏSAS

XÜSUSİYYƏTLƏRİ

 

Yaxın keçmişə nəzər salaraq deyə bilərik ki, müstəqillik illərində Azərbaycanda inkişafında bir neçə mərhələdən keçən vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları (QHT) son 20 ildə vətəndaş cəmiyyəti quruculuğu, totalitar sistemdən demokratik cəmiyyətə keçidin, cəmiyyətin demokratik transformasiyası prosesinin, ictimai həyatın vacib institutlarından birinə çevrilib. Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən, fondlardan digər QHT-lərdən ibarət qeyri-hökumət sektoru, üçüncü sektor formalaşıb. Bu illər ərzində davamlı təkamül inkişaf prosesləri hazırda müxtəlif istiqamətlər üzrə QHT-lərin sabit qruplarının formalaşmasına gətirib çıxarıb. Ümumilikdə 3000-dən artıq QHT dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatından keçməyən, lakin üçüncü sektorda geniş fəaliyyəti ilə seçilən müxtəlif sahələr üzrə ixtisaslaşan yüzlərlə QHT fəaliyyət göstərməkdədir. Ölkədə mövcud QHT-lərin sayını  nəzərə alsaq, orta hesabla hər 3000 vətəndaşa təxminən bir QHT düşdüyünü qeyd etmək olar. Kəmiyyət prizmasından qiymətləndirsək, Azərbaycan kimi müstəqillik yoluna yeni qədəm qoymuş ölkələr üçün bu heç pis göstərici hesab olunmamalıdır.

 

Bu gün hətta ən qatı skeptiklər ictimai həyatın bütün sferalarına dərindən nüfuz etməyə çalışan vətəndaş cəmiyyəti institutlarının cəmiyyətin inkişafına, tərəqqi proseslərinə töhfə vermək səylərinin nəticəsiz qalmadığını etiraf etmək məcburiyyətindədirlər. Bütün çətinlik maneələrə baxmayaraq ölkəmizdə üçüncü sektor nümayəndələri irəli çıxmağa, onları qəbul etməyənləri özləri ilə hesablaşmağa məcbur etdilər, bir sözlə özlərini təsdiqləməyə nail oldular. Son 20 ildən artıq zaman kəsimini obrazlı şəkildə ifadə etsək, vətəndaş cəmiyyəti institutlarının məhz özünütəsdiq, cəmiyyətin aparıcı qüvvələrindən biri kimi qəbul edilmək tanınmaq dövrü kimi xarakterizə etmək olar. Keçilmiş yola nəzər salsaq görərik ki, vətəndaş cəmiyyəti institutları demək olar ki, bir çox istiqamətlərdə neqativ təsirlərə məruz qalır bunlarla mübarizə aparmalı olurdular. Siyasi təsisatlar vətəndaş cəmiyyəti institutlarını onların ideyalarının başqa formatda müdafiəçisi təbliğatçısı, dövlət orqanları öz qərar addımlarının, mənafelərinin dəstəkləyicisi,  bəzi xarici qüvvələr özlərinin ruporu, nüfuz agentləri PR təsisatları kimi görmək istəyirdilər. Təsadüfi deyildi ki, vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin missiyası, məqsədləri, məramları ilə bağlı qızğın müzakirələr, diskussiyalar son zamanlara kimi gündəmdən düşmürdü. Bu müzakirələr diskussiyalar bu gün zaman-zaman davam etdirilməkdədir. Lakin artıq qəti şəkildə, inamla söyləmək olar ki, Azərbaycanda öz missiyasını cəmiyyət qarşısında məsuliyyətini anlayan, hansı hədəfləri seçdiyini, cəmiyyəti hara səslədiyini, aydın şəkildə dərk edən ictimai həyatın müstəqil vahidi kimi çıxış edən üçüncü sektor formalaşıb. 2007-ci ildə isə vətəndaş cəmiyyəti institutlarının, üçüncü sektorun özünütəsdiqləmə mərhələsinin sonu növbəti, keyfiyyətcə yeni inkşaf mərhələsinin əsasını qoyan addım atıldı. QHT-lərin bütövlükdə üçüncü sektorun möhkəmlənməsi onların dövlət orqanları ilə münasibətlərinin inkişafına da təsirsiz ötüşməmişdi. Ardıcıl sistemli səylərdən sonra dövlət orqanları ilə QHT-lər arasında tərəfdaşlıq münasibətləri, əməkdaşlığın inkişaf etməsi sahəsində müəyyən müsbət nəticələr təcrübə əldə olunmuşdu. 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndi. Vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün yeni perspektivlər açan bu konsepsiyanın qəbul edilməsi üçüncü sektrorun böyük tarixi uğuru, Azərbaycan dövlətinin isə demokratik inkişaf yolunda irəliyə atılmış mühüm addımı kimi qiymətləndirilə bilər. Nəhayət ki, dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına tam dəstək ifadə edildi, üçüncü sektor tamhüquqlu tərəfdaş elan oldu. 

Konsepsiyanın qəbulunu Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti institutlarının 16 ildə keçdiyi inkişaf yolu qarşılıqlı münasibətlərin təcrübəsi əldə edilmiş nailiyyətlər zəruri edirdi. Yuxarıda qeyd etdiyimiz kimi, üçüncü sektor öz bacarığını nümayiş etdirməklə sınaqlardan uğurla çıxdı. Dövlət isə cəmiyyətin sosial, iqtisadi, humanitar, mənəvi-əxlaqi, insan hüquq azadlıqlarının qorunması digər sahələrdə problemlərin həllində böyük potensiala malik yeni qüvvənin formalaşdığını gördü. Beləliklə, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsi, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit effektiv sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının dövlət cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb olunması, vətəndaş cəmiyyətinin inkişafının sürətləndirilməsi məqsədi ilə sözügedən Konsepsiya qəbul edildi.

Konsepsiyanın qəbulundan sonra dövlət başçısının 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı və Şuranın Əsasnaməsi təsdiq edildi. Nəhayət, QHT nümayəndələri arasında aparılmış demokratik, şəffaf seçkilərdən sonra dövlət başçısının 16 aprel 2008-ci il tarixli sərəncamı ilə Şura üzvləri təyin edildibununla da Şura fəaliyyətə başladı.

Konsepsiyanın qəbulu, Şuranın yaradılması cəmiyyətdə və ictimai sektorda əksəriyyət tərəfindən vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcək, yeni üfüqlər açacaq addım kimi qiymətləndirilsə də, pessimistlər də yox deyildi. Konsepsiyanın qəbulu ilə dövlətin üçüncü sektora total nəzarəti ələ almağa çalışacağı, ayrıseçkilik siyasətinin yürüdüləcəyi, QHT-lərin sərbəst fəaliyyət imkanlarının məhdudlaşdırılacağı ilə bağlı fikirlər səslənməyə başladı. Lakin Şuranın fəaliyyəti bu fikirlərin həqiqətdən uzaq olduğunu nümayiş etdirdi. Şura birmənalı olaraq fəaliyyətində şəffaflıq, qərəzsizlik, obyektivlik prinsiplərini rəhbər tutaraq ayrı-ayrı maraqlara deyil, ümumilikdə üçüncü sektorun mənafeyinə, inkişafına xidmət etdiyini göstərdi. Şura fəaliyyəti ilə sübut etdi ki, onun əsas prioriteti vətəndaş cəmiyyəti ideyasının daha geniş yayılması və möhkəmlənməsi, QHT hərəkatının inkişafı, dövlət tərəfindən ayrılan maliyyənin rasional istifadə etməklə vətəndaş cəmiyyəti institutlarının potensialının artırılması, onların bilik və bacarıqlarının yüksəlməsinə yardım göstərməkdir. Təsadüfi deyil ki, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin uğurlu nümunəsi kimi Şuranın fəaliyyəti digər ölkələr tərəfindən öyrənilməkdədir.

(Ardı var)

 

AQİL

525-ci qəzet.- 2014.- 18 fevral.- S.6.