Azərbaycanda vətəndaş cəmiyyəti
institutlarının inkişaf yolu və perspektivləri
Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Konsepsiyasının
qəbulu və Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
yaradılmasının vətəndaş
cəmiyyəti institutlarının
inkişafında yeni mərhələnin əsasına
qoydu. Bu mərhələ
aşağıdakı xüsusiyyətlər
ilə əvvəlki dövrlərdən fərqlənir:
a) vətəndaş cəmiyyəti institutları
- dövlət münasibətlərinin
uğulru modeli yaranıb. Bu model vətəndaş
cəmiyyəti institutları
və dövlətə
bərabərhüquqlü tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə
mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları
neytrallaşdırmaqla cəmiyyəti
narahat edən problemlərin həllində
əməkdaşlıq etməyə
imkan verir;
b) cəmiyyətdə vətəndaş cəmiyyəti
institutlarına olan münasibət bir qədər dəyişildi.
Vətəndaş cəmiyyəti
institutları ilə bağlı daha çox sovetlər sistemindən qalma ənənələri dağıtmağa
imkan verdi.
Hazırda QHT-lər cəmiyyətlə
dövlət orqanları
arısında etimadlı
münasibətlərin yaradılmasında
körpü rolunu oynayan əsas instituta, təsisatlara çevrilməkdədirlər.
c) QHT hərəkatı daha da genişlənib. Bu və ya digər səbəblərdən
indiyə qədər
xarici donorların dəstəyindən məhrum
olan QHT-lər yeni imkanlar əldə
ediblər. Üçüncü sektorun "kölgədə"
qalmış tərəfi
inkişaf üçün
stimul əldə edib. Həmçinin, regionlarda QHT-lərin
yaranması və fəaliyyət göstərməsi
istiqamətində irəliləyiş
müşahidə olunmaqdadır.
d) QHT-lərin fəaliyyətində,
ümumilikdə III sektor
daxilində şəffaflığın,
üzvləri, cəmiyyət
və dövlət qarşısında hesabatlılığın
artması istiqamətində
müsbət meyllər
müşahidə olunur.
e) Cəmiyyətin özündə
vətəndaş cəmiyyəti
institutlarına inam artıb. Vətəndaş cəmiyyəti ideyaları,
bu institutların fəaliyyəti, nə istədikləri, hədəfləri
cəmiyyət tərəfindən
daha yaxşı aydın şəkildə
qavranılmağa başlayıb.
VƏTƏNDAŞ
CƏMİYYƏTİ İNSTİTUTLARININ İNKİŞAF
PERSPEKTİVLƏRİ
Son 20 ildən artıq
müddət ərzində
vətəndaş cəmiyyəti
institutlarının keçdiyi
yol və əldə edilmiş uğurları qısa olaraq təsvir etdik. Şübhəsiz ki, əldə
edilə uğurlar hər bir üşüncü
sektor təmsilçisini
sevindirir, eyni zamanda əldən verilən, istifadə edilməyən imkanlar barəsində də QHT nümayəndələri tərəfindən
düşünülür və bunlarla bağlı diskussiyalar aparılır. Bu da təbiidir, gələcək inkişaf
perspektivlərini müəyyənləşdirmək,
mövcud imkanlardan daha səmərəli istifadə edilməsi üçün bu gün vətəndaş cəmiyyəti institutlarının
üzləşdiyi problemlərin,
onların həlli yollarının müzakirəsi
olduqca vacibdir. Təbii ki üçüncü sektor nümayəndələri
bu zaman rasional düşünməli,
mövcud situasiyaya obyektiv baxmalı və ən vacibi yalnız vətəndaş cəmiyyəti
institutlarının inkişafının
sürətləndirilməsini hədəf götürməklə
çıxış yolları
üzərində fikirləşməlidirlər.
DÖVLƏT
ORQANLARI İLƏ ƏMƏKDAŞLIĞIN YENİ
MƏRHƏLƏSİ
Yuxarıda qeyd etdiyimiz kimi vətəndaş cəmiyyəti institutları
- dövlət münasibətlərinin
uğurlu modeli yaranıb. Bu model vətəndaş cəmiyyəti
institutlarına və
dövlətə bərabərhüquqlu
tərəfdaşlar kimi
bir-birinin fəaliyyətinə
mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları
neytrallaşdırmaqla cəmiyyəti
narahat edən problemlərin həllində
əməkdaşlığa imkan verir. Dövlət orqanları ilə
vətəndaş cəmiyyəti
institutları arasında
əməkdaşlıq prosesində
institusional səviyyəyə
keçid baş verməkdədir. Artıq
Azərbaycan Respublikası
Korrupsiyaya Qarşı
Mübarizə üzrə
Komissiyası, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi yanında İctimai Şuralar və müxtəlif istiqamətlər
üzrə QHT nümayəndələrindən
ibarət İşçi
qruplar yaradılıb,
Ədliyyə Nazirliyi
yanında Penitensiar Xidmətə Nəzarət
üzrə İctimai
Komitə fəaliyyət
göstərir. Şübhəsiz ki, bu dövlət
orqanları ilə vətəndaş cəmiyyəti
institutları arasında
əməkdaşlıq istiqamətində
yeni və daha pozitiv tendensiyadır.
Bununla belə vətəndaş
cəmiyyəti institutları
ilə dövlət orqanları arasında əməkdaşlığın dərinləşməsi prosesi
davam etdirilməlidir.
Bu proses "yuxarıdan"
"aşağılara" doğru dərinləşməlidir.
Dövlət orqanları sisteminin
aşağı həlqələrində
üçüncü sektor
təmsilçiləri hələ
də QHT-lərlə
əməkdaşlığa maraq və meyl
görmürlər. Həmçinin, bir sıra mərkəzi
icra hakimiyyəti orqanları QHT-lərlə
əməkdaşlığa özlərinin PR fəaliyyətinin
bir komponenti kimi baxırlar. Yerli icra hakimiyyəti orqanları səviyyəsində
isə vətəndaş
cəmiyyəti institutları
ilə əməkdaşlıq
məsələlərində problemlər müşahidə
edilir. Dövlət
tərəfindən vətəndaş
cəmiyyəti institutlarının
tərəfdaş elan
olunmasına baxmayaraq,
bir sıra mərkəzi və yerli icra hakimiyyəti
orqanları hələ
də sovet sisteminə xas bürokratik buxovlardan azad ola
bilmirlər. Bu isə üçüncü
sektor üçün
əlavə problemlər
yaradır, onlara fəaliyyət sferalarını,
fəaliyyət coğrafiyasını
genişləndirməyə imkan vermir. Eyni zamanda regionlarda QHT hərəkatının genişlənməsinə
süni əngəllər
yaradır.
Vətəndaş cəmiyyətinin böyüməsi
və daha da inkişaf etməsi üçün
bu sahədə də mövcud problemlər həll edilməlidir. Dövlət orqanları ilə
vətəndaş cəmiyyəti
institutları arasında
əməkdaşlığın institusional səviyyəyə
keçməsi təcrübəsi
daha geniş yayılmalıdır. Bunun üçün
əlverişli siyasi mühit və əsasən qanunvericilik bazası mövcuddur.
QHT-lər bu
istiqamətdə təşəbbüskar
olmalı və mövcud imkanlardan maksimum yararlanmalıdırlar.
Dövlət orqanları tərəfindən
isə xüsusilə
regionlarda dövlət
qulluqçuları üçün
vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlıq mövzusunda
təlimlər, məlumatlandırma
və maarifləndirmə
kampaniyaları daha da genişləndirilməlidir.
ÖZƏL
SEKTOR VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ
Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda özəl sektorla vətəndaş cəmiyyəti
institutları arasında
inkişaf etmiş, müasir dövrün tələb və çağırışlarına cavab verən tərəfdaşlıq münasibətlərindən
danışmaq bir o qədər də mümkün deyil. Vətəndaş cəmiyyəti institutlarının
bütün səylərinə
baxmayaraq özəl sektor üçüncü
sektorla əməkdaşlıq
etməyə bir o qədər də maraq göstərmir.
Müasir dünyada vətəndaş
cəmiyyəti institutlarının
maliyyələşdirilməsində özəl sektor böyük rol oynayır. Qonşu Türkiyədə dərnək
və vəqflər əsasən özəl sektor tərəfindən dəstəklənirlər, son illər
Rusiya Federasiyasında
bu praktika çox böyük sürətlə genişlənməkdədir,
həmçinin Avropa
ölkələrində biznes
üçüncü sektorun
əsas donorlarından
biri kimi çıxış edir.
ABŞ-da özəl sektor və iş adamlarından daxil olan ianələr
qeyri-kommersiya təşkilatlarının
aldıqları maliyyənin
20 fazini, İtaliya və Almaniyada 4 faizini təşkil edir. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində
Azərbaycanda bu praktika geniş yayılmış və dövlətin diqqətindən
kənarda qalan sosial problemlərin həlli iş adamlarının dəstəyi
ilə ictimai birliklər, dərnəklər
tərəfindən həyata
keçirilirdi. Çox təəssüf
ki, biz bu gün bu ənənənin
davamını görmürük
və özəl sektor vətəndaş cəmiyyəti institutlarının
dəstəklənməsində passiv mövqe tutur. Bu isə
öz növbəsində
vətəndaş cəmiyyəti
institutlarını əlavə
imkanlardan məhrum edir, onlara öz
potensialını da geniş miqyasda nümayiş etdirməyə
imkan vermir. Özəl sektor nümayəndələri
ən yaxşı halda özlərinin
PR-ı üçün birdəfəlik
aksiyaları, ayrı-ayrı
təşəbbüsləri dəstəkləyirlər.
Milli özəl sektorla yanaşı Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər də ardıcıl olaraq, sistemli şəkildə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa və tərəfdaşlığıa maraq göstərmirlər. Onlar bir qayda olaraq özləri tərəfindən seçilən ayrı-ayrı QHT-lərə qrantlar ayrırlar. Lakin onların dəstəyi yalnız konkret istiqamət və konkret QHT-lərə yardım göstərilməsi ilə məhdudlaşır. Transmilli şirkətlərin cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində, vətəndaş cəmiyyətinin özünün inkişafına yönəlmiş sərmayə proqramları yoxdur.
Müasir dünyada biznesin sosial məsuliyyətlə bağlı məsələlərə diqqətlə yanaşmasının nümayiş etdirilməsi rəqabət imkanlarını artırmağa kömək edən əsas vasitələrdən biri hesab olunmasına baxmayaraq milli özəl sektor və ölkədə fəaliyyət göstərən transmilli şirkətlər bu tendensiyaya laqeyd yanaşırlar.
Düşünüruk ki, artıq bu problemin həlli üçün dövlət tərəfindən müəyyən stimullaşdırıcı addımlar atılmasının vaxtı çatıb. Bu təşəbbüslərdən biri kimi vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi, sosial problemlərin həlli, müxtəlif xeyriyyəçilik fəaliyyətinə vəsaitlər yönəldən şirkətlər, iş adamlarına vergi güzəştləri tətbiq edilməsi ola bilər. Bununla yanaşı digər həvəsləndirici və təşviq xarakterlı tədbirlər də həyata keçirilə bilər. Eyni zamanda vətəndaş cəmiyyəti institutları da öz növbəsində fəal olmalı və daha böyük enerji ilə özəl sektorla tərəfdaşlıq əlaqələrinin qurulmasına çalışmalıdır.
(Ardı var)
AQİL
525-ci qəzet.- 2014.- 19 fevral.- S.6.