Şabran
(nəğmə)
Min illərə yaşıd,
şəhərlər şahı,
Turan torpağıdı,
ocaqdı Şabran.
Tarixlər şahidi, mərdlər
oylağı,
Vətən qalasıdı, qucaqdı Şabran.
Uca zirvəsində çıraqdan
tacı,
Doğma
diyarımın nur ehtiyacı,
Gilgilçay səddidir arxası,
gücü,
Şöhrətdən, qeyrətdən ucadı Şabran.
Dəhnədə istisu həyat cövhəri,
Dumduru çeşməsi, alagöz
pəri
Kim əziz saxlamaz belə gövhəri,
Pirdi, məbədgahdı,
ocaqdı Şabran.
Səyridib atını, qalx
Şəhərgaha,
Boylan Nohurrara, bax Çəməngaha,
Xəzəri qucmaqçün en Qələgaha,
Dağların belində bir tağdı Şabran.
Qalaaltı suyu şəfa
yuvası
Tanrı
ünvanıdı, haqqın
duası
Sirli, möcüzəli neçə
qalası
Qorqud qiyafəli
qocadı Şabran.
Dosta mehmandardı Ağzıbir
düzü
Taxtakörpü gölü yeni
ulduzu
Dillərdə əfsanə nəğməsi,
sözü
Sabaha açılan səhərdi
Şabran
Şəhərlər şəhəri
şəhərdi Şabran
Dostuma
Daha Uzundərə oynama, oğlan,
Dərənin başına tanrı daş salıb.
Qaytağı çaldırıb yaylıq
yelləmə,
Yallı gedənlərin yurdu boş qalıb.
Quzğun
xislətlilər çoxalıb
yaman,
Belə minval ilə gedirik hara?
Elə ağırlaşıb dünyanın
yükü,
Nə ata bilirik, nə də apara.
Qorxunu, hürkünü atıb bir yana,
Axşamı ümidlə bağlamaq asan.
Keçib təvəkküldən bom-boş gümana,
Daha öz özünü ağlayacaqsan.
Vədəsiz sədalar kar edib səni,
Qəlbin həsrətindən doyub elə bil.
Gecənin laylası kiridib
səni,
Xoruzun
ban tutan sübh çağı deyil.
Arzular, istəklər azalıb nədən
Daha ümidləri
oxşamır könül.
Bir az səbr
eləyib dözməlisən
sən
Çünki hələ ömrün o çağı deyil.
Ümid
içində
Bir yozulmaz yuxu oldum,
Ürək yandı od içində.
Yenə
özümdən yıxıldım,
Yıxılmadım yad içində.
Dustaq edib hisslərimi,
Söndürmədim yanan şəmi.
Alov dilli işıq kimi,
Asıldım sükut içində.
Dünya fani, kimə qalıb?
Çörək verdim, süfrə salıb.
Ölsəm də bədgüman
olub,
Doğmadım ümid içində.
Yazdan doğdu bu oyanış,
Bağça doğma, bağban
tanış.
Ruhum göydə damla yağış,
Dolanır bulud içində.
Qəribsəmişəm
Çox
düşünürəm hərdən...
Axı
o doğma yurda
bağlı doğulmuşam
mən.
Gəlir
gözüm önünə,
dağ yamaclı vadilər,
Ayrılmaq olmur nədən,
Gəncliyimi verdiyim
meşə ətəklərindən?
Qarlı
qış gecələri
yuxuma girir hər dəm,
Məndən səni soruşur,
çox yaşlı,
ahıl adam.
Yayla başı, bölgələr,
bu yurdlar qədər qədim.
Qoynunda torpaq olub,
canım tək sevdiklərim.
Darıxma, yal-yamacım,
buz bulaqlı gur meşəm,
Gələcəyəm qoynuna,
Yurdum,
qəribsəmişəm...
Keçir
Ömür var yolları çıskin-yağışdır,
Döngələrdən ötür, dumandan keçir.
Ömür var yolları naxış-naxışdır,
Doğrudan dolanır, yalandan keçir.
Bəzən kövrək olur,
ipək olur o,
Bəzən də tikanlı çiçək olur o.
Ruha layla çalan mələk olur o,
Xəyaldan süzülür, gümandan
keçir.
Gah zərə bürünür,
gülüstan olur,
Meydanda nər olur, canda can olur.
Söz olur, saz olur,
həyəcan olur,
Yaxşıda haqlanır, yamandan keçir.
İçim sözdü bütün,
kəfəndi üstüm,
Çıxardım əynimi vicdana asdım.
Ömür oxunmamış nəğmədi,
dostum,
İnləyən, sızlayan kamandan keçir.
Qalaydım
Nəfəsimə sığal çəkən
ləçəkdə,
Ürkək, şəffaf, tər şeh olub qalaydım.
Bir gözəlin unutduğu ürəkdə,
Yuxulayıb, dincliyimi alaydım
Səpiləydim dodağına su
kimi,
Yox edəydi
baxışıyla qəmimi.
Xəyal
adlı, ümid adlı gəmimi,
Sevgi adlı
dəryasında bulaydım.
Çıxaraydım məhəbbətin
dadını,
Yaşayaydım alovunu, odunu.
Çiçəklərə nəqş edəydim adını,
Hisslərinə əmanəti olaydım.
Nəğmə olsam
Nəğmə olsam bal dodaqda,
Qısqanma bülbülə məni.
Meh əsdikcə al yanaqda,
Göz yaşına
bələ məni.
Sübh
şəfəqi qovsa
qəmi,
İtsə gözlərin sitəmi,
Dəyirman ol, buğda kimi,
Üyüd məni, ələ məni.
Bitməz qəlbin nur işığı,
Ruhum eşqin yaraşığı.
Gəl öldürmə bu aşiqi,
Qoyma həsrət silə məni.
Nə fərqi
Səni sevən könlümün,
Gözlərini oy, gülüm.
Zülmət keçən ömrümün,
Qaranlığın soy, gülüm.
Bağladığın boğçanı,
Gül açmamış qonçanı,
Bircə cüt düyünçəni,
Sinəm üstə qoy, ölüm.
Yar yolum üstdə çıxsa,
Pərişan halda baxsa,
Nə fərqi, sevgi yoxsa,
Ay həyatım, ay ölüm?!
Kaş
Ümid əldə fürsət kimi,
Qoyma onu hədər ölə.
Bu gününə şükrlə bax,
Sabahına ümid elə.
Ürəkdən süzülüb gələn,
Sevdiyini sezib gələn,
Həsrətindən bezib gələn,
Ümidin bitməmiş hələ.
Yolların günəşə rəvan,
Varlığından doğub zaman.
Kaş ki, gözlədiyin canan,
Can mülkünə qonaq gələ.
Yorma gözlərini
(İllərdir barmaqları gözlərinə dincliyi
unutdurmuş sevimli Şükufə xanıma)
Nə dikmisən gözlərini əlimə,
Mənim əlim əllərinə yad deyil.
İlmə-ilmə toxuduğun illərin,
Naxışını daşımırmı əllərim?
Ovxarlanıb, şırımlanıb süst düşüb,
Qabar-qabar qazanıbdı alqışı.
Nə sorarsan baxışlarla əlimdən,
Bir nisgildir, bir kədərdir hər qışı.
Xatirələr baxışından asılı,
Qəhər yumaz ömrün qoşa illərin.
Sözüm çatmaz, gücüm yetməz durduram,
Səni gəzər barmaqlarım, əllərim.
Dikmə gözlərini əllərimə gəl,
Yorma gözlərinin həsrət yuxusun.
Odunu alışdır ocağımızın,
Bərəkət qoxusun, zəhmət qoxusun.
Novruz Nəcəfoğlu
525-ci qəzet.- 2014.- 22 fevral.- S.29.