Vətəndaş cəmiyyəti və onun qurulmasında qeyri-hökumət təşkilatlarının
rolu
Azərbaycan dövləti ölkədə
vətəndaş cəmiyyəti
institutlarının formalaşmasında
hüquqi dövlət
quruculuğuna xüsusi
önəm verir.
Çünki hər iki amil
güclü dövlətin
əsas meyarlarından
biridir. Lakin bu, bir faktdır ki, istər indi, istərsə də keçmiş dövrlərdə
bütün dünyada
vətəndaş cəmiyyətinin
problemləri də kifayət qədər olub. Əsrlər boyu bəşəriyyətin
ən dahi insanlarının diqqət
mərkəzində olan
vətəndaş cəmiyyəti
problemi fundamental elmi problemlər sırasında
özünəməxsus yer
tutur. Sözügedən problem dövlətin yaranması və cəmiyyətdəki insan
fəaliyyətinin dövlət
və qeyri-dövlət
sahəsinə bölünməsi
ilə meydana gəlib. Məhz o zamandan hakimiyyətlə
cəmiyyətin münasibətləri
ən ümdə məsələlərdən birinə
çevrilib, dəfələrlə
çoxsaylı sosial
münaqişələrə, siyasi çevrilişlərə
və inqilablara səbəb olub. Bütün bunlarla yanaşı müasir zamanımızda
da haqqında danışılan problem dünyanın
bir çox ölkələrində cərəyan
edən qlobal ictimai dəyişikliklərin
təməlini təşkil
edir və dünya birliyinin inkişaf perspektivlərini
müəyyənləşdirir.
Ümumiyyətlə, "vətəndaş
cəmiyyəti" anlayışı
XVII əsrdə, Q.Qrosinin,
T.Hobbsun, J.Lokkun əsərlərində təklif
edilib. Amma bu anlayışın
sələfləri daha
öncə də mövcud olublar. XVIII əsrdə isə
C.C.Russonun, Ş.L.Monteskyenin,
V.Fon Qumboltun yaradıcılığında inkişaf etdirilib. Onlar artıq vətəndaş
cəmiyyətini mövcud
dövlətlə və
yaxud dövlət idarəçiliyinin real formaları
ilə eyniləşdirmirdilər.
Keçmiş alimlərin vətəndaş
cəmiyyəti haqqında
irəli sürdükləri
bəzi fikirləri diqqətə çatdırmaq
maraqlı olar.
N.Makiavelli: "Siyasi orqanizmin
mahiyyəti itaətlə
(dövlətə) azadlığın
(assosiasiyada, cəmiyyətdə)
tənzimlənməsindən ibarətdir. Xalq suverenliyi dövlətlə
müqayisədə daha
üstündür, xalq
mütləqiyyəti devirmək
hüququna malikdir".
Ş.Monteskye "Qanunların ruhu haqqında" adlı əsərində vətəndaş
cəmiyyətini tarixi
inkişafın məhsulu
hesab edir. O, bu əsərində belə
deyib: "Vətəndaş
cəmiyyəti təbii
hal, ailə və qəhrəmanlıq
dövrlərindən sonra
bəşəriyyətin inkişafında
dördüncü mərhələdir".
Ş.Monteskye hesab edir ki, dövlət vətəndaş cəmiyyətinə
xasdır, lakin onunla eyni deyil.
İ.Kant:
"Vətəndaş cəmiyyəti
aşağıdakı prinsiplər
üzərində təşəkkül
tapıb; 1. Cəmiyyətin
hər bir üzvünün azadlığı;
2. Onun digərləri
ilə vətəndaş
hüquqlarında bərabərliyi;
3. Cəmiyyətin hər
bir üzvünün vətəndaş kimi azadlığı".
F.Hegelin
isə vətəndaş
cəmiyyəti ilə
bağlı fikirləri
belədir: "Vətəndaş
cəmiyyəti və
dövlət müstəqil,
lakin əlaqəli institutlardır. Vətəndaş cəmiyyəti ailə
ilə birlikdə dövlətin bazisini təşkil edir. Dövlətdə vətəndaşların ümumi iradəsi cəmlənib. Vətəndaş cəmiyyəti isə ayrı-ayrı fərdlərin
xüsusi maraqlar sahəsidir".
Onların irəli sürdükləri
nəzəriyyəyə əsasən,
yaranmasında yalnız
bütün vətəndaşların
iştirak etdiyi və itaət etməyə söz verdikləri hökumət
qanunidir (dövlətin
razılıq yolu ilə yaranması nəzəriyyəsi). Lakin bu nəzəriyyənin
tərəfdarları yaxşı
anlayırdılar ki, həqiqətdə dövlət
vətəndaş cəmiyyətini
özünə tabe edir, bir çoxlarının
dünyada yeganə hakimiyyət növü kimi qəbul etdiyi mütləq monarxizm, əslində vətəndaş cəmiyyəti
ilə ziddiyyət təşkil edir və deməli, vətəndaş idarəetməsi
forması rolunda çıxış edə
bilməz. Bu isə o deməkdir ki, hələ o dövrdə "vətəndaş
cəmiyyəti" anlayışı
özündə vətəndaşların
razılığı, maraqlarının
hesabatı və həyata keçirilməsi
kimi məhfumları cəmləyirdi.
Vətəndaş cəmiyyəti - obyektiv reallıqdır. Onu hansısa siyasi
rejim nə ləğv etmək, nə də ki, aradan qaldırmaq
gücündə deyil.
Bu və ya
digər vətəndaş
cəmiyyətinin inkişaf
səviyyəsi onun müxtəlif mərhələlərdə
məğzini təşkil
edən ictimai əlaqələr və münasibətlərdən birbaşa
asılıdır. Hakimiyyət vətəndaş
cəmiyyətinin formasını
dəyişdirə, onun
elementlərinin fəaliyyətini
məhdudlaşdıra bilər,
fərdlərin və
sosial təbəqələrin
muxtariyyətini və
müstəqilliyini minimum səviyyəyə
endirə bilər, lakin dövlət insanların maddi və mənəvi həyatını, sosial qrupları, sosial obyektlərə xas olan fəallığı
məcburi ləğv
edə bilməz.
Başqa
sözlə desək,
dövlət bu iqtidara malik deyil.
Vətəndaş cəmiyyəti - insana vətəndaş hüquqlarını
reallaşdırmaq imkanı
yaradan, cəmiyyət
üzvlərinin müxtəlif
maraqlarını, ehtiyaclarını
və dəyərlərini
ifadə edən qeyri-dövlət, ictimai əlaqələr və institutlar sistemidir. Vətəndaş cəmiyyəti dövlətdən
təcrid edilmiş və istənilən formada onunla müxalif olan hansısa sosial məkan deyil. Əksinə,
vətəndaş cəmiyyəti
və dövlət bir-birilə sıx əlaqədədir. Çünki dövlət icimai həyatda idaretmə və vasitəçi funksiyaları həyata keçirərkən, vətəndaş
dəyərləri və
institutları ilə əlaqədə olmağa
məhkumdur. Başqa sözlə
ifadə etsək, dövlət bu məsələdə həddindən
artıq maraqlıdır.
Vətəndaş cəmiyyətinin əsas
atributu hesab edilən "Qeyri-dövlət"
və "qeyri-hökumət
təşkilatları" terminləri
sadəcə olaraq bu təşkilatların dövlət orqanları sisteminə münasibətini
önə çəkir,
yəni onların hökumətdən asılı
olmayan və müstəqil olduqlarını
göstərir. Digər
tərəfdən, bir
sıra ictimai elementlər dövlət strutkturları
və vətəndaş
cəmiyyəti ilə
vahid şəbəkədə
birləşir. Buna bir misal kimi
hakimiyyətdə olan
partiyanı göstərmək
mümkündür. Belə bir
partiya vətəndaş
cəmiyyəti tərəfindən
yetişdirilməklə yanaşı,
hazırda fəaliyyəti
ilə dövlət aparatı ilə sıx əlaqədədir.
Beləliklə, dövlətlə vətəndaş cəmiyyəti
bir-biri ilə ayrılmaz vəhdət və vahid ictimai
orqanizmin iki hissəsini təşkil edir. Normal inkişaf
etmiş vətəndaş
cəmiyyəti azad və demokratik fərdlərarası münasibətlər,
ictimai fərdlərin
müxtəlif maraqlarının
və tələbatlarının
ödənilməsi üçün
şərait yaradır.
Vətəndaş cəmiyyətini təşkil edən institutların dövlətlə
müqayisədə müstəqil
olma dərəcəsi
cəmiyyətdə hakimiyyət
bölgüsünə və
hakimiyyətin xarakterinə
həlledici təsir göstərir. Belə cəmiyyətdə
hakimiyyət bir nəfərin əlində
cəmləşə bilməz.
Ümumilikdə, vətəndaş cəmiyyəti
özündə müxtəlif
sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Bu isə kifayət qədər tez-tez münaqişələrə və
onlar arasında qarşıdurmalara gətirib
çıxarır. Belə vəziyyətləri
aradan qaldırmaq, müəyyən mənada
sosial harmoniyanı yaratmaq vəzifəsi isə yalnız vətəndaşların borcu
deyil. Burada əsas yük ali arbitr
rolunda çıxış
edən dövlətin
üzərinə düşür.
Çünki dövlət olmadan
vətəndaş cəmiyyəti
normal fəaliyyət göstərə
bilməz. Digər
tərəfdən isə
tərəqqi edən
vətəndaş cəmiyyəti
olmadan dövlət heç vaxt demokratik ola
bilməz, belə dövlət quruluşu avtoritar rejimlərin bir növünə çevrilməyə məhkumdur.
Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu sahə üçün əsasən dövlətdə mövcud olan vertikal, ierarxik əlaqələr deyil, horizontal, qeyri-hakim əlaqələr xarakterikdir. Sonuncular olduqca müxtəlifdir və üç təbəqədən ibarətdir.
Birinci təbəqə, ümumilikdə fərdin və cəmiyyətin maraqlarının qorunması şərti ilə, iqtisadi plüralizm üzərində təşəkkül tapmış iqtisadi münasibətlərdir. Vətəndaş cəmiyyətinin tam şəkildə fəaliyyəti üçün onun hər bir üzvü konkret mülkiyyətə sahib olmalı və bu mülkiyyətdən istədiyi kimi istifadə etmək hüququna yiyələnməlidir. Mülkiyyətə sahiblik istər fərdi, istərsə də kollektiv ola bilər. Amma bir şərtlə ki, kollektivin hər bir üzvü həqiqətən də mülkiyyətçi olsun. Bir sözlə, mülkiyyətin mövcudluğu istər vətəndaş, istərsə də hər hansı bir digər cəmiyyətdə şəxsiyyət azadlığının əsas şərtlərindən biridir.
İkinci, sosial-mədəni münasibətlərdir. Bura ailə, qohumluq, etnik, dini və sair davamlı əlaqələr daxildir. Vətəndaş cəmiyyəti yalnız fərqli sosial qruplar və təbəqələrin maraqlar palitrasını tam şəkildə əks etdirən müxtəlif, çoxsahəli sosial struktur üzərində əsaslana bilər. Bu müxtəliflik keyfiyyət və kəmiyyət baxımından stasionarlığını qoruya bilməz. O, obyektiv olaraq daim dəyişikliklərə cəhd edir. Çox sahəli sosial struktur yaxşı inkişaf etmiş, xüsusən də horizontal əlaqələrə mütləq malik olmalıdır. Mükəmməl olmayan sosial struktur mövcud olduqda, fərd birbaşa dövlətlə əlaqəli olur. Bu isə onun şəxsi hüquqlarının və azadlıqlarının icrasını xeyli çətinləşdirir. Vətəndaş cəmiyyətinin sosial konturlarının müəyyənləşdirilməsində mədəni plüralizm əsas rollardan birini oynayır. O, mənəvi həyatın bütün elementlərini özündə cəmləyərək, bu sahədə bütün fərdlərin bərabərhüquqlu iştirakını təmin edir. Mənəvi dəyərlərə məhdudiyyətsiz yolun açılması şəxsiyyətin özgələşmə fenomeninin aradan qalxmasına yardım edir. Vətəndaş cəmiyyəti yalnız üzvlərinin yüksək sosial, psixoloji, intellektual inkişafa, daxili azadlığa malik olduqları və ictimai həyatın bu və ya digər institutuna daxil olduqda müstəqil hərəkət etməyə qadir olduqları halda varlığını qoruya bilər.
(Ardı var)
AQİL
525-ci qəzet.- 2014.- 27 fevral.- S.6.