Fəridə Hacıyevanın şeirləri
KÖNLÜMÜN SAHİBİ OL
Qəlbim
əsir əsim-əsim,
Düşmüşəm eşqin sehrinə.
İlahi!
Necə acizəm,
Görən bunun səbəbi nə?
Gözlərindən od
püskürür,
Alışıb yanan özüməm.
Gözəlliyi gəzən mənəm,
Bu yollarda bir dözüməm.
Gəl könlümün sahibi ol,
Varlığımız qoşalaşsın.
Nə vaxtsa solan arzular.
Pöhrə verib yaşıllaşsın.
VƏTƏN MƏNƏM
Vətən mənəm,
Vətən
sənsən,
Vətən milyonlar.
Vətən torpaq,
Vətən
göydür,
Vətən qanunlar.
Hər birimiz
Bir vətəndaş,
Vətən övladı.
Namus,
Qeyrət,
Rəmzimizdir.
Vətən mənim
Dalğalanan
Od bayrağımdır.
Mənə hünər,
Qürur verən,
Qərərgahımdır!
ÜZƏN
MƏNƏM
Yorulmadan
yol gedirəm,
Ağrılarla bol gedirəm,
Sağollaşıb bil, gedirəm,
Öz-özümü üzən mənəm.
Bu zamanla barışmıram,
Bir kimsəyə qarışmıram,
Eh.., nələrə alışmıram,
Olmuşları çözən mənəm.
Şükr edimmi itənlərə,
Od-alovlu
sitəmlərə,
Hayım
yetmir ötənlərə,
Əllərimi üzən mənəm.
MƏNİM
ŞUŞAM
Azadlığım
Çox uzaq.
Əsir
Düşmüsən
anam!
Ürəyim
Qaysaqlanıb,
Dərddən
Sağalmır yaram.
Mənim
Gözəlim Şuşam!
Ellər
Bəzəyi
Şuşam!
Əlim
Yetmir dağlara.
Ağrılarım
Dil açıb.
Həsrətəm
O bağlara.
Xarı
bülbül
Gül açıb.
Mənim
Gözəlim
şuşam,
Ellər
Bəzəyi Şuşam.
Fəryadım
Göyə çatır.
Diləyim
Pərən-pərən.
Yuxularda mənimsən.
Aşkarda
Yoxdu görən.
Mənim
Gözəlim
Şuşam
Ellər
Bəzəyi
Şuşam!
Yolların
Çarpazlanıb,
Ahım
Göylərə çatır.
Bir nalə var
Səsimdə.
Mənim
Gözəlim
Şuşam!
Ellər
Bəzəyi
Şuşam!
KÖÇÜM
ÇATMIR
Bu yolların ağrısıdı,
Şəhidlərin yarasıdı,
Hələ bunlar harasıdı,
Ağlamağa gücüm çatmır.
Başı qarlı o dağlarım,
Naz-nemətli tər bağlarım,
O kor olmuş yağıları,
Susdurmağa gücüm çatmır.
Ha çalışdım alınmadı,
Od püskürdüm
qalanmadı,
Torpağımı alammadım,
Bir olmağa
köçüm çatmır.
DÜNYAYLA
BARIŞMIRAM
İnamı itirmişəm,
Dünya da faniləşib.
Mənə əvəzsiz olan,
Nə varsa adiləşib.
Nə söz var, nə
də söhbət,
Ağsaqqal sözü keçmir.
Halallıq yox, bir tikə
Boğazımızdan keçmir.
Dilim qısa, nə deyim,
Zamanla barışmıram.
Bu qovğalı dünyaya,
Allahım qarışmıram.
QOYUN
GEDİM
Kövrəkliyim pəjmürdə.
Əsəblərim gərili.
Ömür başamı çatıb,
Niyəsini bilmirəm.
Səbrim
göydən asılı,
Çaşıb qalan özüməm.
Üzüm sənə sarıdı.
Daha məni
gözləmə.
Güvənc yerim də yoxdu,
Kimə üz tutub gedim.
Tək-tənha qalan canım.
Yol verin, qoyun gedim.
GƏL
AYRILAQ
Sənə inanmağım gəlmir,
Nagumanam əzizim.
Gah yerdəsən, gah göydəsən,
Harda arayım,
gəzim.
Baxışların donub, nədir,
Məni görmür gözlərin.
Öz-özümü itirmişəm,
Tükənibdi sözlərim.
Qarşımızda sədd çəkilib.
Günahımız nədirki?
Gəl ayrılaq.
Artıq yetər.
əlimdən nə gəlir ki.
BİR
ADDIMLIQDA
Ölüm bir addımlıqda,
Ömür sonsuz, yol uzun.
Tapmacası tapılmaz,
Necə axtarım, yozum.
Ölüm mənlə yanaşı.
Ömrüm başımı qatıb,
Payız,
qış, yaz da gəlir,
Yaşım lap başa çatıb.
Məni
nə gözləyir ki,
İllərin arasında.
Yaman çaşıb qalmışam,
Sabahın qovğasında.
SEVİRƏM
Gözlərim gözlərində,
Sənin heç xəbərin yox.
Mənim
varım, yeganəm,
Sevirəm səni, çox-çox.
Ruhumun qanadısan,
Nə yaxşı
ki, varsan, var.
Nəfəsim səninlədi,
Nə qədər canda can var.
Göydən enən mələyim,
Könlümün səsin dinlə.
Neyə
dönüb inlərəm,
Qəlbim vurur səninlə.
YAZ
GƏLDİ
Yaz gəldi.
Qəlbim çiçəkləndi,
Könlüm açıldı.
Yaz gəldi.
Arzularım qanadlandı,
Günəş kimi saçıldı.
Yaz gəldı.
Ürəklər
dilləndi,
Sevənlər ürəkləndi.
Yaz gəldi,
Nura boyandı
hər yan.
Yer üzü
Gözəlləndi.
NƏ
DEYİM
Nə deyim, söz də tapmıram,
Bu yola haram qatmısan.
Gözlərini tutan nədi?
Yerə-göyə xor baxmısan.
Kimləri saldın tələyə,
Insanlığın sonu bumu.
Allahın yazıq bəndəsi,
Qazdığın dərin quyumu?
Atdığın daş qayıdacaq,
Nə vaxtsa sənə dəyəcək.
Uca tanrım sabahını,
Cəhənnəmə döndərəcək.
SƏBRİMİ
BOL ELƏ
Allah! səbrimi bol
elə,
Göz görəsi
mən sınmayım.
Nadanların arasında,
Öz adımla
sınanmayım.
Ruhumla qalım baş-başa,
Dolanım yerin üzünə.
Haqdan yaradım dünyamı,
Qayıdım özüm-özümə.
Çiçəyə gülə döndərim,
Gəzdiyim cənnət mülkümü.
Təmiz
nəfsimlə qoruyum,
Möhtəşəm, qədim kökümü.
QAR DA
YAĞDI
Qışın şaxtalı günüdü,
Qəribsəyib qalan mənəm.
Hər yan qara bələnibdi,
Xəyallara dalan mənəm.
Göydən yerə qar ələnir,
Qu quşuna bənzəri var,
Ürəyimi soyuq kəsir,
Deyilməmiş sözlərim var.
Bu ömrümə qar da yağdı,
Təzələndi arzularım.
Çovğuna düşüb açıldı,
Neçə-neçə gumanlarım.
QOPARIR
NƏDİ
Payız
havasıdı məni
aldadan,
Qəmin çiskininə düşüb
qalmışam.
Ötən günlərimin izinə
düşüb,
O kövrək anlara yaman dalmışam.
Qəlbimin səsidi düşüb
başıma,
Eh.., nələr dolanır duman içində.
Bir qərib kimiyəm ocaq başında,
Nəğmələr dillənir kövrək biçimdə.
Yolumun karvanı qeylü-qaldadı,
Gah sağa,
gah sola aparır məni.
Tufana düşmüşəm, işə
bax Allah!
Özümü-özümdən qoparır nədi?
DÖNƏCƏM
Yenə
könlüm üzün
tutub tanrıya,
Aman
Allah! bu gözəllik nədəndi.
Ruhum mənim qanadlanıb uçacaq,
Yerdə qalan göz-görəsi bədəndi.
İlahilər həzin-həzin dillənir,
Öz dünyamın
avaz dolu əsəri.
Yol gedirəm, yollar mənə əl verir,
Gözəllikdi, gözəllikdi səbəbi.
Pərvazlanıb,mələklənib eləcə,
Könüllərə nurdan çələng hörəcəm.
Dostlarımın arasında səssizcə,
Pərvanə tək gecə-gündüz
dönəcəm.
EŞQİN
QOVĞASIDI GƏLƏN
Ürəyimə xoş səs düşdü,
Bir alovlu nəfəs düşdü,
Könlüm könlünlə görüşdü,
Eşqin sədasıdı gələn.
Tanrıdandı bu gözəllik,
İllər boyu biz gözlədik,
Sevgimizlə əzizləndik,
Eşqin ədasıdı gələn.
İllər ötdü, qoşalaşdıq,
Bahar kimi yaşıllaşdıq,
Sevə-sevə ahıllaşdıq,
Eşqin qovğasıdı gələn.
GÜLLƏR
SƏPDİM YOLUNA
Qucaq-qucaq
güllər səpdim
yoluna,
əvəzində qanqal gördüm, tikanlı.
Sevgi gəzdim, ürəyinə
baş vurub,
Yaman susdu eşqin coşqun sükanı.
O gözəllik itdi duman içində,
Yol ayrıcı,
mən də qərib kimiyəm.
Yerdən-göydən üzülübdü əllərim,
Heç bilmirəm varam,yoxam, nəçiyəm.
Bu minvalla yolum yaman qısalıb,
Dərdim-sərim bu günümün havası.
Nəğmə dolu könlüm
mənə tuşlanıb,
Nə yamandı Allah! onun
qovğası.
GÖRÜRƏM
Mən çənə-dumana dönmək
istərəm,
Bir payız
havası könlümə
düşüb.
Tək-tənha qalmışam, əlim uzalı.
O keçən günlərlə
yenə görüşüb.
Ömrün hər anında gözəllik, hikmət.
Dolanıb gəzirəm xəyallarımla.
Nə qədər
sevinc var, nə qədər kədər.
Nağıllı-dastanlı söz yollarımda.
Ötən günlərimin əsiri,
qulu,
Mən də bu minvalla ömür
sürürəm.
Nəğməli dünyamın sahillərində,
Min bir əlvanlığı
duyub görürəm.
Fəridə HACIYEVA
525-ci qəzet.-2014.-12 iyul.-S.30.