Azərbaycan musiqisinin əcnəbi ifaçıları və yaxud Şəki “İpək yolu” Festivalının ötəri məqamları

 

Deyirlər ki, əslində ötəri heç bir şey yoxdur. Baş verən hər kiçicik olayın belə bir mənası var. Hətta təsadüfün zərurətdən doğması barədə bütöv nəzəriyyələr mövcuddur. Bu məntiqə əsaslanaraq, artıq beşinci dəfə Şəkidə böyük təntənə ilə keçirilən dünyanın müxtəlif ölkələrindən bir çox sanballı musiqi kollektivlərini ifaçılarını öz ətrafına toplayanİpək yoluBeynəlxalq Musiqi Festivalı çərçivəsində bədahətən baş tutmuş bir görüşkonsert haqqında ayrıca danışmaq istərdim. Çünki zənnimcə bu olay həm son illər ən yüksək səviyyədə uğurla həyata keçirilən mədəni siyasətimizin parlaq bir təzahürüdür.

 

Haqqında söhbət açdığımız görüşün təşəbbüskarı isə uzun illərdir Kanadada yaşayıb-yaradan həmyerlimizbəstəkar, dirijor, əslən Şəkidən olan qüdrətli bəstəkarımız Cövdət Hacıyevin oğlu, Amerika qitəsində milli musiqimizin yorulmaz təbliğatçısı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi İsmayıl Hacıyev oldu.

İsmayıl Hacıyev xaricdə yaşayıb bir an da olsun doğma Vətənini unutmayan dəyərli ziyalılarımızdandır. Onun dirijor bəstəkar kimi milli musiqimizin təbliğindəki xidmətləri aramsız fəaliyyəti isə zənnimcə ayrıca bir araşdırma mövzusudur. Lakin biz bu kiçik yazımızda bəstəkarın elə bilavasitə irimiqyaslı layihələrindən doğmuş bir xidmətini diqqətə çatdırmaq istərdik.

Məhz İsmayıl Hacıyevin təşəbbüsü ilə V Şəki Beynəlxalq Musiqi Festivalı çərçıvəsində bu möhtəşəm incəsənət bayramına təşrif buyurmuş bir sıra qonaqlarla festivalın son günüiyulun 5-də Şəki Musiqi Kollecində görüş keçirildi. Görüşdə qonaqlarİsmayıl Hacıyev, Polina Desyatniçenko, Elena Göyçayeva, habelə Şəki musiqi kollecinin müəllimləri Tale Yusubov, Aslan Mustafazadə tələbələri Nuranə Bəkirova, Aynur Tağıyeva, Allahverdi Abdurahmanovun ifasında Cövdət Hacıyev, Tofiq Quliyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Aqşin Əlizadə, Emin Sabitoğlunun ölməz əsərləri böyük şövqlə səsləndirildi.

Bədahətən düzənlənmiş bu unudulmaz musiqi məclisinin ən maraqlı məqamı isə Kanadada boya-başa çatmış hazırda Toronto Universitetində təhsil alan gənc etnomusiqişünas-alim, İsmayıl Hacıyevin tələbəsi Polina Desyatniçenkonun biri-birindən gözəl təsirli çıxışları oldu.

Polina Azərbaycan musiqisini, muğamlarımızı ilk dəfə Kanadada – Toronto Niaqara şəhərlərində İsmayıl Hacıyevin təşkil etdiyi konsertlərdə eşidib. İlk dəfədən, özünün dediyi kimi, bu sirli ecazkar sənətin təsirinə düşərək onu dərindən öyrənib araşdırmaq qərarına gəlmişdir. İsmayıl müəllimin tövsiyəsi ilə o, Azərbaycan muğamını öz doktorluq dissertasiyasının mövzusu seçmişdir. Bu məqsədlə Bakıya gələrək 11 ay ərzində ilk öncə ana dilimizi tədricən ustad sənətkarlardan, o cümlədən Ramiz Quliyevdən tar çalmağı öyrənmişdir.

Şəki Kollecində Polinanın tarda ifasında həm muğamlar, həm bəstəkar əsərləri səsləndi. Doğrusu, İsmayıl müəllimin bu gənc qızın qısa zamanda muğamlarımızı mənimsəyib gözəl ifa etməsi ilə bağlı rəyinə ilk öncə ehtiyatla yanaşdım. Tamamilə başqa, yad musiqi mühitində tərbiyə almış bir insanın çox az bir müddətdə muğam kimi fərqli mürəkkəb musiqi dilinə yiyələnməsinə bir qədər şübhə etdim. Lakin Polinanın ifası şübhələrimi alt-üst etdi. Onun böyük hissiyyatla, duyğu ən əsası səliqə-sahmanla çaldığı Səid RüstəmovunOxu, tar” mahnısı onun daxilinə salınmışBayatı-Şirazmuğamı, habeləŞurmuğamından bir hissə sözün əsl mənasında hamımızı heyran etdi. Eyni zamanda, yaxşı vokal səsə malik olan Polina İsmayıl Hacıyevin pianoda Elena Göyçayevanın skripkada ilhamlı müşayiəti altında Tofiq Quliyevin məşhurBəxtiyarkinofilmindənQızıl üzük”, “Sevgilimmahnılarını, habelə Əli Səliminin nisgilli duyğularla aşılanmışAyrılığınıelə hərarətlə oxudu ki, hətta zaldakıları kövrəltməyə müvəffəq oldu. Onun təmiz diksiyası milli musiqi intonasiyasına ürəkdən bağlılığı heyrət doğurmaya bilməzdi.

Şəkidə olduğu qısa bir zamanda ona vurulmuş hətta bu füsunkar diyarı tərk etməkdən duyğulanmış qonaqlar dinləyicilərə bir musiqi sürprizi bəxş etdilər. Görüşün sonunda İsmayıl Hacıyev Polina Desyatniçenkonun ifasında Tofiq Quliyevin məşhurBakı haqqında mahnı”sının Şəkiyə həsr olunmuş yeni sözlərlə təqdimatı bu təsirli görüşün hərarətini bir qədər artırdı onun unudulmaz anlarının bizim, şəkililərin xatirəsindən hələ uzun zaman silinməyəcəyinə gözəl bir sübut oldu.

 

Lalə HÜSEYNOVA,

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas

525- qəzet.-2014.-12 iyul.-S.16