Elxan Yurdoğludan "20+13"

 

Bu yaxınlarda şair Elxan Yurdoğlunun "20+13" kitabı nəşr edilib.

Kitaba şair Aysel Əlizadə "Misralarda təmizlənmək" adlı önsöz yazıb: "Əzizlərinə yazdığı şeirdə Elxan şair kimi birdən-birə çox yuxarılara qalxdı gözümdə. Çoxunun ailəyə məişət mənbəyi kimi baxdığı bir zamanda Elxan dostlarına, övladlarına, xanımına olan sevgisini, duyğusunu, sözünü elə gözəl poetikayla ifadə edir ki...

Sevgi Elxanın şair dilində ehtiyatla ifadə olunur. Sanki xətrinə dəyəcək, sanki zədələyəcək... bir "amanat" yanaşımı var. Dumduru şeiriyyat təqdim olunub bu kitabda. Süzgəc kimidi burdakı şeirlər, çay kimidi. Təmizlənmək olur misralarında".

Kitabdakı şeirlər "Özünü evdə qoyar səfərə çıxar şair", "Bəzən sevmədiyi üçün də darıxmalı adam" başlıqlarında təqdim olunub. Nəşrdəki "Darıxmaq üşüməkdir" bölümündə isə müəllifin poetik qeydləri öz əksini tapıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.-2014.-16 iyul.-S.4.