Qobustan Milli Qoruğu Azərbaycan və dünya mədəni irsinin şah nümunələrindən biri kimi

 

Qobustan qədim insan təfəkküründən yaranan ən unikal sənət əsərlərindən biridir. Bu baxımdan, çox şanslıyıq ki, Qobustan kimi möhtəşəm əsər məhz bizim yurdumuzda yaranıb. Neçə minillikləri yola salan qayaüstü abidələr bu günümüzə kimi sağ-salamat gəlib çatıbsa, demək, gələcəkdə ona heç bir zaval yoxdur. Niyə olsun?! 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil olunan Qobustana elə həmin ildə Milli Qoruq statusu verilib ki, buna görə mühafizəsi gücləndirilib. Eləcə ötən il UNESCO Qobustan qoruğuna gücləndirilmiş mühafizə statusu verib. Beləcə, Qobustan Milli Tarix-Bədii Qoruğu status etibarilə xeyli yüksəlib.

2007-ci ildə Prezident İlham Əliyevin Qobustanla bağlı imzaladığı sənədə əsasən, qoruqda yeni muzey binası tikilib bura nəinki turistlərin, eləcə ölkəmizə gələn rəsmi qonaqların sevimli, arzulanan məkanına çevrilib. 3D rəqəmsal texnologiyalardan istifadə olunmaqla hazırlanan muzey ötən il Avropa Şurası tərəfindən dəstəklənən Avropa Muzeylər Forumunun təşkil etdiyi "Avromuzey"- İlin Muzeyi müsabiqəsinin mükafatını alıb.

Qobustan haqqında istər internet səhifələrində, istərsə kitablarda statistik rəqəmlərə rast gələndə düşünürsən ki, qayalıqlarda aşkar olunmayan heç qalmayıb. Ekskursiya marşrutunda aparılan abadlıq işləri zamanı üzərində qayıq təsviri olan daş tapılıb. Bundan başqa, son araşdırmalar zamanı məlum olub ki, Qobustandakı bəzi petroqliflərin - daş üzərində təsvirlərin yaşı əvvəllər güman edildiyindən daha qədimdir. Belə ki, radiokarbon analizlərin nəticələri əvvəllər e.ə. 8-10-cu minilliklərə aid edilən petroqlifləri e.ə. 12-14-cü minilliklərə aid etməyə imkan verir. Son araşdırmalar  təsdiqləyib ki, Qobustanda paleolit mədəniyyəti olub. Həmçinin əvvəllər tədqiqatlar zamanı gözdən qaçan bir neçə petroqlif aşkar edilib.

Qobustana daha çox hansı ölkədən təşrif buyurduğuna gəldikdə, statistikaya əsasən, Almaniya, ABŞ, Rusiya Yaponiyadan gələn turistlər üstünlük təşkil edirlər. Turistləri muzeyə cəlb etmək üçün sözsüz ki, mütəmadi şəkildə, özü müasir formada təbliğat işlərinin aparılması vacibdir. Muzeyin əməkdaşları Qobustanın təbliği üçün bütün təbliğat vasitələrindən, xüsusilə sosial mediadan istifadə etməyə çalışırlar. Qoruğun Facebook bloq səhifəsi, həmçinin rəsmi saytı fəaliyyət göstərir.

Hazırda Mədəniyyət Turizm Nazirliyinin layihəsi əsasında "Gobustan" oyunu hazırlanır. İstifadəçilər yaxın günlərdə tamamlanacaq oyunu internetdən yükləyə biləcəklər. Oyunun qaydaları haqqında hələ heç bir məlumat verilməsə , bircə onu deyə bilərik ki, "Gobustan"ın həm sosial şəbəkələr, həm stolüstü kompüterlər, həm smartfonlar üçün variantları olacaq. Ümid edirik ki, bu virtual oyun da qayaüstü abidənin dünyada təbliğində, xüsusən bu tipli təbliğata meyilli olan gənc nəsil arasında tanıdılmasında  özünəməxsus rol oynayacaq.

Qobustan haqqında mühüm faktlar sırasında bunlar öndə gəlir: Qobustan abidələri ilk dəfə 1939-cu ildə görkəmli alim İshaq Cəfərzadənin araşdırmaları sayəsində elm aləminə tanıdılıb; 1966-cı ildə Qobustan qoruğu yaradılıb; Qobustanda 1000 qaya üzərində 6300 petroqlif var; Qoruğun fondlarında 105000-dən çox artefakt qorunur; Ərazidə 40 kurqan, 20 yaşayış məskəni aşkar olunub; 2007-ci ildə Qobustana Milli Qoruq statusu verilib; 2007-ci ildə Qobustan UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

Qobustanla bağlı beynəlxalq tədbirlərdən təkcə bunları misal göstərməklə də muzeyin önəmini diqqətə çatdırmaq mümkündür:

7-12 oktyabr 2002-ci ildə Strasburqda, Avropa Şurasının qərargahında "Qobustan" adlı foto-sərgi açılıb. 8-11 noyabr 2004-də Azərbaycan Mədəniyyət NazirliyininUNESCO-nun dəstəyi ilə "Bəşəriyyət üfüqündə dialoq" adlı I beynəlxalq seminar olub. 3-7 oktyabr 2005-ci ildə Moskva şəhərində "Qayaüstü incəsənət dünyası" adlı Beynəlxalq konfrans keçirilib. 26-31 mart 2007-də isə Mədəniyyət və Turizm NazirliyiNorveç Krallığının dəstəyi ilə "Mərkəzi Avropa və Asiyanın petroqlifləri. Qobustan mədəni landşaftı" adlı III Beynəlxalq seminar keçirilib. 26-28 sentyabr 2008-də Qobustan Milli Tarix-Bədii Qoruğunda Mədəni irs günləri, 7 oktyabr 2008-ci ildə isə Qoruğun yaradılması gününə həsr olunmuş "Mədəni irsimizi qoruyaq" adlı tədbir gerçəkləşib. 13 fevral-10 aprel, 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyada, Roma Sivilizasiyası Muzeyində "Odlar Yurdu İpək yolunda" biennalisində Qobustanın nadir abidələri və eksponatlarının sərgisi olub. 14 noyabr-5 dekabr 2012-də isə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Vatikanda "Azərbaycanın zəngin incilərinə tarixi baxış" adlı sərgisində Qobustanın nadir abidələri və eksponatlarının nümayişi baş tutub. 2012-2013-cü illərdə ABŞ-ın dəstəyi, Azərbaycan, Smitson İnstitutuPueblo İndiana Cəmiyyətlərinin birgə əməkdaşlığı ilə "Qayalarda yazılan" layihəsi, 31 may-2 iyul 2013-də isə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Qobustanda, açıq səma altında Fərəc Qarayevin "Qobustan kölgələri" baletinin nümayişi həyata keçirilib.

İnanırıq ki, Qobustan Milli Qoruğu hələ bundan sonra da uzun zaman ərzində dünyanı heyrətləndirməkdə davam edəcək, Azərbaycana və bəşəriyyətə məxsus misilsiz dəyər kimi öz mövqeyini qoruyacaq.

 

ÜLVİYYƏ

525-ci qəzet.-2014.-18 iyul.-S.4.