Mənəvi və maddi
dəyərlərin nisgilli ünvanı -
Ağdam
Salman Alıoğlu
(əvvəli ötən sayımızda)
Ermənistanın hərbi təcavüzü
Ağdam rayonunun iqtisadiyyatına, mədəni
həyatına, adət-ənənələrinə,
flora və faunasına,
ən əsası isə insanların taleyinə çox ağır zərbələr
vurub. Erməni vandalizmi qədim
bir şəhəri yer üzündən silib, onun xarabalıqları
haqdan və ədalətdən danışmağı
sevən dünyanın
gözü qarşısında
yüz minlərlə
insanın acı taleyindən xəbər verir. Ağdam canlı muzeyi
xatırladırdı, bu
qədim diyarın hər daşının altında bir tarix yatırdı, burada zəngin yataqlar var idi.
Qarabağın toy otağı hesab
olunan Ağdam məkrli niyyətlərin,
xain və yalançı vədlərin,
təxribatın, xəyanətin
meydanına çevrilmişdi.
Yerli özünü müdafiə
dəstələri arasına
ədavət və düşmənçilik toxumu
səpilmişdi. Bir çox
xarici ölkənin kəşfiyyat xidməti onsuzda ağır olan vəziyyəti daha da ağırlaşdırmışdı.
1993-cü ilin iyul ayında Ağdamda vəziyyət belə bir məcrada
idi. Öz havadarlarının köməyinə arxalanan
Ermənistan silahlı
qüvvələri işğal,
talan-qarət və etnik təmizləmə apararaq Qarabağın mərkəzini ələ
keçirdilər.
1991-ci ildən başlayaraq
Ağdam od-alov içərisində, ağır
döyüş maşınlarının
tırtılları altında
boğulur, öz tarixinin ən ağır və məşəqqətli günlərini
yaşayırdı. Təkzibolunmaz
faktlara nəzər salırıq: "1992-ci il.
Fevral və mart aylarında Azərbaycanın bu qədim və gözəl şəhəri,
bütün ətraf kəndləri ermənilər
tərəfindən müntəzəm
olaraq atəşə
tutulur. Raket və toplardan
çox güclü və intensiv şəkildə bombardmana
məruz qalır.
Şəhərdə çoxlu dağıntı
vardır. Onlarla
yaşayış evi və digər binalar yerlə-yeksan edilmiş, son bir neçə gün ərzində 25 nəfərdən
artıq adam
həlak olmuşdur. Bütün məktəblər bağlanıb.
İdarə və müəssisələrin
işi iflic olub. Dinc insanlar öz
həyatlarının xilası
üçün çarə
axtarırlar".
"Martın 18-dən 19-na kimi ermənilər Naxçivanik, Xanabad, Kətik və Əsgəran tərəfdən
Ağdam şəhərinə
200-dən artıq raket
atıblar. Ən şiddətli bombardman
martın 12-də saat
4:30 dəqiqədə olmuşdur.
Fasiləsiz raket zərbələri
saat yarım davam etmişdir. Nəticə
çox ağır olmuşdur. Əlli nəfərə yaxın insan həlak olmuş, onlarla adam isə
ağır yaralanmış,
yüzlərlə ev dağılmışdır".
"Ağdam döyüşür,
Ağdam yaşayır. Çox təəssüf
ki, əhalinin təhlükəsizliyi üçün
Azərbaycan hökuməti
konkret heç bir tədbir görə bilmir. Şaiyələr baş alıb
gedir. Adamlar vahimə içərisində
qalıblar. Yerli özünümüdafiə
batalyonları isə torpaqlarımızın müdafiəsi
üçün qızğın
döyüşlərə atılır, erməni hərbi qüvvələrinə
ağır və sarsıdıcı zərbələr
vururdular. Ağdam camaatının
hünəri qarşısında
ermənilər aciz qalmışdılar. Düşmən Qarabağın bu məğrur qalasına xəyanət və satqınlığın gücü
ilə yol tapdı. Ağdam döyüş meydanından
çox başqa-başqa
məkirli qüvvələrin
iddia və niyyətlərinin at oynatdığı
meydana çevrilmişdir.
Hünər və qeyrətin
yolunu hər vasitə ilə bağlamağa çalışırdılar".
1988-ci ildən başlayaraq
Ağdam rayonunun əhalisi erməni təcavüzü ilə üz-üzə qalsa da, Ermənistan hərbi qüvvələrinə
qarşı vuruşaraq
öz dədə-baba
yurdunu qoruyurdu. Bu qeyri-bərabər döyüşlərdə
5 min nəfərdən çox
şəhid oldu. Bacarıqsız rəhbərlərin buraxdığı kobud səhvlər torpaqlarımızın
itirilməsi ilə nəticələndi. Ağdamın işğal edilməsinin əsası da elə 1991-1992-ci illərdə
qoyulmuşdu. Bu haqda dəfələrlə
söhbət açılıb.
Ən doğru qiyməti xalqımızın
dahi oğlu, ümumilli liderimiz Heydər Əliyev vermişdir: "Təəssüflər
olsun ki, Ermənistan silahlı qüvvələrinin gücü
və eyni zamanda Ağdamın müdafiəsində buraxılan
səhvlər və bəzi səbəblər
nəticəsində rayonun
ərazisinin bir hissəsi işğal edilmişdir".
1992-ci il sentyabrın
4-də mühüm strateji
nöqtədə yerləşmiş
Abdal-Gülablı kəndləri
işğal edildi. Ümumiyyətlə, Ağdamın
işğalı ərəfəsində
rayonda 22 batalyon, o cümlədən 4200 nəfərdən
çox şəxsi heyət, kifayət qədər silah-sursat, hərbi texnika olub. Çox təəssüf
ki, xəyanət nəticəsində həmin
batalyonlar rayondan çıxarılmış və
onlardan 2-si axıra qədər erməni hərbi birləşmələrinə
müqavimət göstərmişdir.
Hakimiyyəti ələ keçirmək
uğrunda sözün
əsl mənasında
didişən qüvvələr
torpaqla alver edirdilər.
1993-cü
il iyun
ayının 15-də xalqın
tələbi ilə hakimiyyətə qayıdan
ümummilli liderimiz Heydər Əliyev ölkəni uçurumdan
və erməni işğalından xilas etmək üçün əsl fədakarlıq, vətənpərvərlik nümayiş
etdirdi. Həmin vaxt batalyonların
Ağdamı necə tərk etmələrini camaat çox yaxşı bilir. Bəzi qüvvələr, o cümlədən
onların xarici havadarları qəsdən
təxribat törətmişdilər
ki, bundan istifadə edərək yeni hakimiyyəti devirsinlər. Lakin başı
müsibət çəkmiş
ağdamlılar bu təxribata uymadılar, xalqın və ölkənin nicatını
yalnız ümummilli liderimiz Heydər Əliyevdə gördülər.
Yeri gəlmişkən,
1994-cü ilin aprelində
bəzi qüvvələr
rayonun 14 kəndini erməni təcavüzünə
qurban verməklə yenidən öz çirkin niyyətlərini
həyata keçirdilər. Həmin vaxt
bu barədə prezidentimizə məlumat çatdırmaq çox çətinliklə olsa da, baş tutdu.
Göründüyü kimi, bir tərəfdən erməni
hərbi birləşmələrinin
aramsız hücumları,
digər tərəfdən
isə, bəzi qara qüvvələrin təxribatı nəticəsində
Ağdam işğala
məruz qalmışdır.
Hazırda rayonun əlimizdə qalan hissəsində 70 mindən çox əhali məskunlaşıb. Əzəldən torpağa və zəhmətə bağlı
insanlar əkin-biçinlə,
heyvandarlıqla məşğul
olur, öz güzəranı, qayğıları
ilə yaşayırlar.
Həyat
günbəgün yaxşılığa
doğru dəyişir.
44 kənddə və yenə salınmış qəsəbələrdə
gələcək naminə
quruculuq işləri davam etdirilir.
Ölkəmizdə uğurlu neft strategiyasının əsasını
qoymuş ümumilli liderimiz Heydər Əliyevin sərəncamı
ilə Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həll edilməsinə yönəldildi. Hazırda bu yerlərdə
onlarla yeni və müasir qəsəbə salınıb.İmamqulubəyli
kəndi yaxınlığında
isə 800-dən çox
məcburi köçkün
ailəsi üçün
salınmış yeni
qəsəbə öz
sakinlərini qəbul
etməyə hazırlaşır.Burada
bütün infrastruktur
yaradılıb, sosial
xidmət sahələri
yaradılıb.
Yaxşı xatırlayırıq, 1998-ci ilin
payızında ümumilli
liderimiz Heydər Əliyev cəbhə bölgəsinə, birbaşa
Quzanlı kəndində
məcburi köçkünlər
üçün salınmış
qəsəbəyə gəldi. Ağdam camaatı
bu dahi insanı
sonsuz məhəbbət
və ehtiramla qarşıladı və bu tarixi görüş
hər birimizin qəlbində əbədi
iz buraxdı. Məcburi köçkünlərlə
səmimi görüşən
ulu öndər əhalinin sosial-məişət
şəraitinin yaxşılaşdırılması
üçün mühüm
tədbirlər həyata
keçirəcəyini bildirdi.
Bu unudulmaz görüşdən
sonra rayonun sosial-iqtisadi inkişafı,
məcburi köçkünlərə
qayğının artırılması
istiqamətində mühüm
tədbirlər həyata
keçirmişdir.
Atəşkəs rejiminin ermənilər tərəfindən hər
gün dəfələrlə
pozulmasına baxmayaraq,
rayon əhalisi öz doğma torpağına ürəkdən bağlı
olduğunu qətiyyətlə
nümayiş etdirir. Əgər
8-10 il əvvəl Ağdamın işğal
olunmuş ərazisində
15 min nəfərə yaxın
əhali yaşayırdısa,
hazırda 70 min nəfər
yaşayır və işləyir. Onlardan biri də Nataşa Aleksandrovna Bayramovadır. Moskva vilayətində
doğulub boya-başa
çatıb və sonra ailə həyatı quraraq Azərbaycana, daha doğrusu Ağdama gəlib. 1975-ci ildən
Ağdam rayonunda yaşayır.İki övladı
və altı nəvəsi var. Nataşa
Aleksandrovna deyir:
"1993-cü ildə ermənilər
hücum edərək
Ağdamı işğal
etdilər. Ailə üzvlərimlə birlikdə artıq 20 ildir ki, məcburi
köçkün həyatı
yaşayırıq. Rus olsam
da, həmişə böyük diqqət və doğma münasibət görmüşəm.
Ermənilər isə uzun illər boyu dişimiz-dırnağımızla yaratdığımız ev-eşiyi
xarabalığa çeviriblər.
Nəvələrim Ağdama qayıtmaq
istəyirlər. Dünya bu
erməni vəhşiliyinə
son qoymalıdır, təcavüzkar
cəzalandırılmalıdır.
(Ardı var)
525-ci qəzet.-2014.-24 iyul.-S.4.