"Heç bir qüvvə Azərbaycandakı mövcud sabitliyi pozmaq iqtidarında deyil"
Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat, BDU-nun professoru Kamilə Əliyevanın "525"ə müsahibəsi
- Kamilə xanım, qarşıdan növbəti
bələdiyyə seçkiləri
gəlir. Amma seçkilərlə bağlı
cəmiyyətdə fəallıq
hiss olunmur. Bu sizcə, nə ilə bağlıdır?
- Yay, istirahət mövsümü olduğu
üçün dediyiniz
kimi, cəmiyyətdə
siyasi fəallıq bir o qədər müşahidə olunmur, həm də ki, seçkilərə bir xeyli vaxt
var. İkincisi, seçkilərlə
bağlı yaxın aylarda-təxminən sentyabr-oktyabr
aylarında gözlənilən
siyasi canlanma, fəallıq müşahidə
olunacaq. Üçüncüsü isə hakim partiya
olan YAP hər zaman seçkilərə hazır vəziyyətdədir.
YAP bir an olsun belə, seçki hazırlıqlarına ara, fasilə vermir, qeyri-fəallıq nümayiş etdirmir. İstənilən bir seçki
prosesi bitdi, onun səhərisi günü hakim partiya tərəfindən dərhal
ən azı qeyri- rəsmi səviyyədə olsa belə, növbəti seçkilərlə bağlı
hazırlıqlara start verilir.
Eyni zamanda, özünüz də bildiyiniz kimi, Azərbaycanda 3 il
dalbadal seçkilər-prezident,
bələdiyyə və
parlament seçkiləri
keçirilir. Təxminən
bir il öncə
də ölkəmizdə
belə demək mümkünsə, daha əhəmiyyətli, daha ümumrespublika miqyaslı
seçkilər-növbəti prezident seçkiləri keçirildi və alternativ əsaslarla keçirilən bu seçki yarışmasında
da indiki dövlət başçısı
cənab İlham Əliyev yenidən Azərbaycan xalqının
mütləq əksəriyyətinin
səsini qazanaraq, dəstəyini əldə
edərək 3-cü dəfə
ölkə Prezidenti seçildi. Yəni, bizi son seçkilərdən
elə də böyük bir zaman məsafəsi ayırmır və qeyd etdiyim kimi,
növbəti bələdiyyə
seçkiləri dövrü
yaxınlaşdıqca, ölkədə
siyasi fəallığın
artacağına, siyasi
canlanmanın baş verəcəyinə özünüz
də şahid olacaqsınız. Bir
sözlə, seçkilər
necə lazımdırsa,
o cür də vaxtında, zamanında və ən əsası Azərbaycan seçicisinin iradəsinə
uyğun şəkildə
keçiriləcək...
- Sizcə, müxalifət bəs niyə bələdiyyə seçkilərinə
bu qədər etinasız, biganə yanaşır?
- Müxalifətin, xüsusilə,
onun radikal qanadının seçkilərə,
xüsusilə, bələdiyyə
seçkilərinə bu
qədər etinasız
yanaşmasının elə
də qəliz səbəbi yoxdur. Çünki müxalifət, daha
çox da onun radikal kəsimi
artıq yox dərəcəsindədir. Biz əslində hakim partiya və siyasi qüvvə olaraq ölkədə müxalifətin, ələlxüsus,
sağlam, konstruktiv müxalifətin olmasında
özümüz daha çox maraqlıyıq.
Amma biz gedib müxalifəti gücləndirəsi, onun
nüfuzunu, sosial bazasını artırası
deyilik ki? Bu, onların işidir,
vəzifəsidir. Müxalifətin
1993-cü ildən bu yana sosial bazasının
getdikcə daralmasının,onun
getdikcə nüfuzdan
düşməsinin başlıca
və birmənalı
səbəbkarı da
elə həmin müxalifətin özüdür,
onun 21 ildən bəri apardığı
yarıtmaz siyasətinin,
fəaliyyətinin nəticəsidir,
o cümlədən, radikalların,
onların başabəla
liderlərinin ağa qara deməsidir, xalqdan, reallıqdan uzaq düşməsidir. Artıq Azərbaycan cəmiyyəti, xüsusilə,
2003 və 2005-ci il seçkilərindən
sonra, radikal müxalifətə birmənalı
yox deyib, onu dəstəkdən məhrum edib. Azərbaycan cəmiyyəti radikalizmi, radikalları artıq qəbul edə bilmir. Azərbaycan xalqı artıq
ötən əsrin
80-ci illərinin sonları,
90-cı illərinin əvvəllərinin
xalqı deyil. Azərbaycan xalqı ötən 20-21 il
ərzində siyasi cəhətdən xeyli müdrikləşib, yetkinləşib,
o, daha quru vədlərə, gurultulu,
reallıqdan uzaq,
populist bəyanatlara, onları
dəfələrlə səsləndirməkdən
yorulmayanlara inanmır,
yaxşı ilə pisi ayırd edə bilir. Bilir ki, hansı qüvvə, hansı siyasi kurs onu
inamlı gələcəyə,
inkişafa, tərəqqiyə
doğru apara bilər və aracaq. Bu qüvvə
də təbii ki, 22 ildən bu yana siyasi
meydanda olan YAP, onun qurucusu, banisi mərhum dövlət başçısı
Heydər Əliyevin əsasını qoyduğu
siyasi kurs, siyasət və bu siyasəti, bu kursu 11 il
ərzində çox
layiqincə davam etdirən, Azərbaycanı
qələbələrdən qələbələrə doğru
aparan Prezident cənab İlham Əliyevdir. Yəni, müxalifət özü
də çox gözəl anlayır ki, seçkilərə qatılsa belə, onu yenə uğursuzluq,
növbəti fiasko gözləyir və gözləyəcək. Çünki onların heç bir yerdə, birlikdə bələdiyyə
üzvlüyünə namizəd
irəli sürəcək
sayda üzvləri yoxdur. Ona görə müxalifət,
xüsusən, radikallar
məhz bu və digər özlərinə bəll
olan səbəblərdən
seçkilərə bu
qədər etinasız
yanaşırlar. Bu da onların öz işidir və öz problemidir. Biz onların işinə, seçiminə, qərarlarına
qarışa, müdaxilə
edə bilmərik, özləri bilərlər.
Əslində bu, heç
bizləri maraqlandırmır
və narahat etmir. Niyə də maraqlandırsın
və narahat etsin ki? Amma bütün bunlara rəğmən builki bələdiyyə seçkiləri
də son 21 ildə keçirilən digər seçkilər kimi azad, ədalətli, demokratik və şəffaf şəkildə
baş tutacaq. Həmçinin, hakim partiya olan
YAP da bu seçkilərdə növbəti
dəfə qələbəsini,
zəfərini qazanacaq.
Buna heç kimin şübhəsi olmasın
və ola
bilməz də.
- Bələdiyyələrin səlahiyyətləri
bir millət vəkili olaraq sizi qane edirmi?
Qeyd edək ki, nəinki müxalif kəsimdən olanlar, həm də hakim partiyadan olan əksər deputatlar bələdiyyələrin
daha səmərəli
fəaliyyət göstərməsi
üçün onların
səlahiyyətlərinin artırılması
məsələsini tez-tez
gündəmə gətirir,
bu yöndə müxtəlif təkliflər
səsləndirirlər...
- Azərbaycanda bələdiyyə
institutunun tarixi o qədər də çox, qədim deyil. Azərbaycanda bələdiyyə sistemi cəmi 15 il
öncə, 1999-cu ildə
yaradılmağa başlanıb
və demək olar ki, yerli
özünüidarəetmə orqanları hələ də formalaşma, oturuşma dövrünü
yaşamaqdadırlar. Bu proses
hələ də tam başa çatmayıb. Eyni zamanda, ötən illər ərzində Azərbaycanda bələdiyyə
institutunun daha da formalaşması, oturuşması istiqamətində
böyük addımlar
atılıb və atılmaqda da davam edir. Bələdiyyələrin fəaliyyəti ilə
bağlı parlament tərəfindən bir sıra qanunlar qəbul olunub və ya mövcud
qanunlara dəfələrlə
əsaslı, köklü
dəyişikliklər edilib.
Bununla yanaşı, dövlət
tərəfindən dəfələrlə
bələdiyyələrin fəaliyyətinin gücləndirilmə
istiqamətində maliyyə
dəstəyi göstərilib
və göstərilməkdədir.
Düzdür, bütün
bu atılan addımların, görülən
işlərin fonunda bəzən bələdiyyələrin
fəaliyyətindən narazılıqlar
səsləndirilir, onlar
əsaslı-əsassız ittiham olunur, bunlarda da müəyyən
həqiqət payı
var, amma bununla belə, ədalət naminə deməliyik ki, bələdiyyə institutu
Azərbaycanda artıq
oturuşmaqda, bələdiyyələr
həmin bələdiyyə
ərazilərində yaşayan
insanların problemlərinin
həllində yaxından
iştirak etməkdədirlər.
Bütün bunlarla belə,
hesab edirəm ki, bələdiyyələrin
öz fəaliyyətlərini
dövrün tələblərinə
uyğun şəkildə
qurmaları üçün
yetərincə səlahiyyətləri
olsa da, onların qarşıdan gələn seçkilərə
kimi səlahiyyətlərinin
daha da genişləndirilməsi
istiqamətində növbəti
bəzi addımlar atılmalıdır və
ya atılsa, daha məqsədəmüvafiq
olar. Bələdiyyələrin
səlahiyyətlərinin artırılması
ilə yanaşı, bələdiyyələrin, bələdiyyə
üzvlərinin sayı
da azaldılmalı, həmçinin, bir çox ölkələrdə,
o cümlədən, qardaş
və dost Türkiyədə
olduğu kimi, bizdə də bələdiyyə sədrləri
seçkili olmalıdır,
onlar seçki yolu ilə seçilməlidirlər.
- Qarşıdan həm də - təxminən ilyarım sonra - 2015-ci il parlament
seçkiləri gəlir.
Bu seçkilər ərəfəsində ölkəmizdə
dünyada baş verən məlum və gərgin proseslər fonunda hansı ssenarilərə yenidən cəhdlər edilə bilər?
- Heç kimə sirr deyil ki, belə cəhdlər həmişə olub, bu gün də var və gələcəkdə də ola bilər. Ancaq burada əsas odur ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti birlikdə həmişə bu cür cəhdlərin qarşısını qətiyyətlə alıb, həmin cəhdləri anındaca dəf edib və əgər növbəti dəfə də bu yöndə cəhdlər olarsa, onların da qarşısını alacaq. Çünki indiki Azərbaycan dövəti, Azərbaycan xalqı yuxarıda da dediyim kimi, ötən əsrin 80-90-cı illərinin Azərbaycanı, dövləti və xalqı deyib. Azərbaycan dövləti ümummilil lider Heydər Əliyevin 1993-cü ildə ikincə dəfə hakimiyyətə gəlməsindən sonra özünün əsl tərəqqisinə, inkişafına nail ola bilib.
Məhz onun əsasını
qoyduğu kurs, strategiya, siyasi xətt
üzərində inamla irəliyə doğru irəliləyən Azərbaycan
dövləti son 11 il
ərzində ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi, fəaliyyəti
sayəsində daha
sıçrayışlı və dinamik
inkişafa qovuşub,
ölkəmizin artıq imzalar icində
öz layiqli imzası
və yeri var. Azərbaycan
bu gün nəinki regionun, Cənubi Qafqazın,
bütüvlükdə dünyanın lider
dövlətlərindən birinə çevrilib.
Bu gün Azərbaycan
dövləti və ölkə Prezidenti
ilə bütün dünya
dövlətləri və dövlət
başçıları hesablaşırlar. Dünyada
artıq Azərbaycanın sözü, rəyi,
mövqeyi, çəkisi ilə
hesablaşılmaqdadır. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu tədbirlərinə ev sahibliyi edir.
Elə son 2 - 3 ayı götürək.
Azərbaycanda ATƏT və Avropa
Şurası Parlament
Assambleyalarının illik yay
sessiyasının və iclasının keçirilməsi
ölkəmizin dünyada, Avropada
necə böyük önəm
daşıdığını əyani şəkildə sübut edir. Həmçinin,
cəmi bir ildən sonra
Azərbaycan Avropanın tarixində ilk dəfə
keçiriləcək Olimpiya Oyunlarına
ev sahibliyi edəcək.
Bunlar elə-belə məsələlər
deyil. Bunlar Azərbaycan
inkişafının, tərəqqisinin göstəricisidir. Ona görə
bundan sonra kimlərsə,
hansısa məkrli qüvvələrsə yenidən Azərbaycanda
vəziyyəti gərginləşdirməyə səylər
göstərəcəklərsə, əvvəllər olduğu kimi, növbəti
dəfə heç nəyə nail ola bilməyəcəklər,
növbəti dəfə məyus olacaqlar,
növbəti dəfə fiaskoya uğrayacaqlar. Sizi tam əmin edirəm ki, heç bir qüvvə Azərbaycandakı
mövcud sabitliyi, sakitliyi poza bilməz, poza bilməyəcək və heç
pozmaq iqtidarında, gücündə də
deyil!
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-2014.-24 iyul.-S.3.