Afaq Şıxlının şeirləri
TƏƏSSÜF
İnsanları
sınamağı sevmirəm,
Amma hərdən
qınağıma düşürlər...
Göz
üstündə saxladığım dostlarım
Bəbəyimdən
yanağıma düşürlər...
Yandırırlar
yanağımı od kimi,
Hər
damlada bir iniltim, bir acım...
Ümidlərə
tapındıqca əlacsız,
İtgin
düşür “dost” sözünə inancım...
Çəkilirəm
öz qınıma yenidən,
Köksüm
altda bir dost yeri boşalır.
Düşüncəmdə
sovrulduqca küləklər,
Ürəyimdə
təəssüflər baş alır...
MƏN SƏNİ GÖRƏNDƏ
GÖZƏLLƏŞİRƏM...
Sən –
mənə odunu paylayan ocaq,
Sən –
qərib ruhuma açılan qucaq.
Məni sənin
kimi kim anlayacaq?
Mən səni
görəndə gözəlləşirəm!..
Göylərdən
söz alıb şeir deyəndə,
Salırsan
sehrinlə qəlbləri bəndə.
Ayrı
vaxt adi bir adamam mən də,
Mən səni
görəndə gözəlləşirəm?..
Alsa da
dünyamı dünya boyda qəm,
İtir gözlərimdən,
itir dərd-ələm;
Günəşi
görüncə süslənir aləm,
Mən –
səni görəndə gözəlləşirəm...
O Vətən,
bu da mən... həsrət
arada!
Bəxtimi
görmürəm, Haqqım yarada!
Sən
torpaq, mən isə qərib bir ada...
Mən səni
görəndə gözəlləşirəm!
Mən səni
görəndə gözəlləşirəm!
ÜRƏYİMDƏN
SƏNƏ NƏ VAR...
Ürəyimdən
sənə nə var?
Gözünə
ki, görünmürəm.
Soruşma
ki, yeni nə var? –
Mən
yüz dona bürünmürəm...
Ürəyimdən
sənə nə var? –
Sevgim
sağdı, yoxsa ölüb?..
Ayrı
sevda ara-axtar,
Qəlbini
yüz yerə bölüb.
Unutdummu
sözlərimi
Vədlərimi,
– düşünmə heç.
Ağlatdığın
gözlərimi
Yada
salıb üşünmə heç.
Sənsiz
çoxmu qayğılarım,
Şəklinləmi
danışıram,
Buza
dönüb duyğularım,
Yoxsa
yanıb alışıram...
Həsrətindən
yoruldummu,
Dərdimimi
gizləyirəm,
Başqasına
vuruldummu,
Yoxsa səni
gözləyirəm...
Qoy
bunları tək mən bilim,
Mənimkidir
yaşananlar!
İtirdinsə
məni, gülüm,
Ürəyimdən
sənə nə var?!
SEVGİMİZ
Gah ovudub,
gah da yorub bizləri
Bir az
müdrik, bir az dəli sevgimiz.
Gözləməkdən
tutulsa da gözləri,
Verməyibdi
əldən əli sevgimiz.
Bir anatək
bizi özü doğurub,
Qəlbimizi
od-alovdan yoğurub.
Yer
üşüdüb, göy isladıb, gün vurub
Qar
üstünə ələnəli sevgimiz.
Çox
olubdu dağı-daşı aşmağı,
Saflığından
yanılmağı, çaşmağı
Unudulmaz təranələr
qoşmağı...
Susub indi
təranəli sevgimiz.
MƏNƏ
SÖZ VER...
Mənə
söz ver...
Mənə
söz ver,
o
dünyada gəlib məni tapacaqsan!
Mənə
söz ver,
o
dünyada yalnız mənim olacaqsan!
İstəyirəm,
aramızda
nə çay olsun,
nə bir
ağac...
İki mənzil
arasında özümüzə
bir
qapı aç.
Yorulmuşam
sərhədlərdən! –
O üzdə
sən, bu üzdə mən...
Gəl
yanaşı olaq, gülüm,
Başımı
qoy qolun üstə.
Bu
dünyanın savabına
O
dünyada məni istə...
Mənə
söz ver,
Mənə
söz ver,
o
dünyada gəlib məni tapacaqsan!
Qoy
inanım!
Mənə
söz ver,
sevgilini
od-alovun
dillərindən
alacaqsan,
Bu
dünyada yandıranım!
GECƏLƏRİM...
Gecələrim
– yatan baxtım...
Gecələrim
– yazı vaxtım...
Gecələrim
– dərd yoldaşım,
Gecələrim
– səbir daşım.
Gecələrim
– sirrim, sözüm,
Gecələrim
– oyaq gözüm.
Gecələrim
– ilham çağım,
Gecələrim
– fikir dağım.
Gecələrim
– ərşi-yuxum,
Gecələrim
– şair ruhum!
AXI
BİZƏ NƏ DÜŞÜB Kİ?
Bu nə
si
rrdi?
İnsanları tanımıram!..
Adamdımı,
yoxsa kimdi yanımızda yaşayanlar?
Fikir versək
– çoxlarının iki üzü,
çoxlarının
min dili var.
Təpəgöz
də şükürlüdür,
Çoxunun
heç gözü yoxdu.
Çuval
boyda ağız varkən,
danışmağa
sözü yoxdu.
Ayaqları
fil ayağı –
həqiqətin
üstdən keçib tapdalayır.
Qarınları
harınlıqdan partlayarkən,
neçə
insan səfalətdə çabalayır.
İnsafları
deşik-deşik,
vicdanları
döyənəkdi!
Əl
yerinə – iki qarmaq,
baş
yerinə – boş sənəkdi...
Nə dəhşətdi!
İstəyirlər
adamların
arasında çoxalsınlar...
İstəyirlər
adam kimi adamlardan çox olsunlar...
Kim
açacaq bunca mənfur varlıqların paxırını?
Belə
getsə,
belələri
gətirəcək
bu
dünyanın axırını!
Dələduzlar
“İnsan” adı
arxasında
gizlənərkən,
niyə gərək
bu utancdan biz əriyək?
Bir
düşünün,
axı
bizə nə düşüb ki, onlara da
adam deyək?
525-ci qəzet.-2014.-26 iyul.-S.30.