Vilnüsdən
Bakıya minnətdarlıq
məktubu
Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anara
Hörmətli Anar müəllim!
Siz başda
olmaqla Azərbaycan Yazıçılar Birliyinin
(AYB) rəhbərliyinə AYB-nin XII Qurultayına və AYB-nin yaradılmasının 80 illik
yubiley tədbirinə
dəvət edildiyim üçün, eləcə
də Azərbaycanda şəxsimə göstərilmiş
səmimi münasibətə
və yüksək diqqətə görə
AYB-nin bütün dəyərli əməkdaşlarına
dərin minnətdarlığımı
bildirirəm. Həmçinin
Litva Yazıçılar İttifaqı
adından Qurultayda təbrik çıxışı
etmək üçün
mənə yaradılmış
imkana görə Sizlərə təşəkkürlərimi
izhar etməkdən məmnuniyyət duyuram.
Sevindirici haldır
ki, Qurultayın işində
bir sıra diaspora yazarları da iştirak etdilər. Diasporun yaradıcı nümayəndələrinin
Qurultaya dəvət edilməsini biz ilk növbədə
Azərbaycan Dövləti
tərəfindən Diaspora göstərilən diqqət
və qayğının
təzahürü olaraq
qəbul edir, Dövlət Diaspora siyasətinin
mühüm tərkib
hissəsi kimi dəyərləndiririk.
Qeyd etmək
istərdim ki, Qurultaydan
aldığımız ən
xoş təəssüratlar,
daima çiçəklənməkdə
olan gözəl Bakıdan apardığımız
konstruktiv təkliflər
və yeni yaradıcı
ideyalar Avropa Birliyi ölkələrində
ədəbi nailiyyətlərimizin
daha fəal təbliğ edilməsi və milli-mənəvi dəyərlərimizin müasir
üsullarla geniş yayımlanması istiqamətində
tədbirlərin genişləndirilməsi,
o cümlədən yeni məzmunlu
müstəqil Litva-Azərbaycan
ədəbi-mədəni əlaqələrinin
inkişaf etdirilməsi
ilə yanaşı,
Dünya azərbaycanlı ziyalılarının
Azərbaycançılıq ideyası ətrafında kulturoloji zəmində səfərbər edilməsi
və diaspora yazarlarının
tarixi Vətənimizlə
əlaqələrinin möhkəmləndirilməsi
işinə nəzərəçarpan
təkan verir, Azərbaycan milli mənafelərinin
xarici dövlətlərdə
həm də Diaspora təşkilatları xətti
ilə uğurla təmsil olunması və xalqımızın
bütöv Azərbaycan
iradəsinin bütün
Dünyada dönməz
şəkildə təsdiq
edilməsi məqsədinə
çatmaq üçün
daha geniş milli-ideoloji imkanlar yaradır.
Hörmətli Anar müəllim,
Siz həm məşhur Xalq yazıçısı və
görkəmli ictimai-mədəni
xadim, həm də Azərbaycan Yazıçılar Birliyinin
təcrübəli sədri
olaraq Azərbaycan
diaspora ədəbiyyatı təmsilçilərinin fəaliyyətini
həmişə diqqət
mərkəzində saxladığınız
üçün, onlara
əsl vətənpərvər
ziyalı və ustad sənətkar münasibəti
göstərərək böyük
həssaslıqla yanaşdığınıza
görə Sizə minnətdarlığımızı bildiririk.
Ümidvarıq ki, Sizinlə
gələcəkdə AYB-nin
analoji Forumlarında iştirak edib görüşəcək, Azərbaycan
ədəbiyyatının xarici
əlaqələrini irəlilətmək
yolunda dərin məzmunlu ünsiyyət və münasibətlərimizi
davam etdirəcəyik.
Sayqılar və Sizə uğur arzularıyla.
Vilnüs – Bakı,
10 iyul 2014-cü il
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Litva Respublikası Hökuməti yanında Milli
İcmalar
Şurasının üzvü
525-ci qəzet.- 2014.- 17 iyul.