Qan qruplarının insan həyatına təsiri haqqında
maraqlı nəşr
"Görəsən, yaponlar nə üçün qan qrupuna bu qədər
əhəmiyyət verirlər? - sualı
bir zamanlar məni çox düşündürmüşdü..." Bu cümlə "Mirzə Ələkbər
Sabir" Fondunun prezidenti, BDU-nun dosenti Sevda Tahirlinin "Qanımızın səsi"
kitabının girişindəndir.
Biologiya elmləri namizədi olan müəllif adıçəkilən kitabı
yazmaqla bir vaxtlar onu çox
düşündürmüş bu suala həm
mütəxəssis, həm
də publisist kimi cavab tapmağa
çalışıb.
Nəşrdə qan qrupunun insanın xarakterinə, karyerasına, uğurlarına,
ana olma imkanlarına, sağlamlığına
və xəstəliklərinə,
qarşı cinsə münasibətinə, ailə
bağlarına və
sairə təsiri haqqında maraqlı məlumatlar öz əksini tapıb:
"1901-ci ildə əslən
avstriyalı olan Karl Landştayner 3 fərqli qan qrupunun 0 (I), A( II), B (III) mövcud olduğunu kəşf edir...AB(IV) Rh+ qan qrupundan olanlar
isə universal resipientdirlər-onlara
bütün qan qruplarından qan köçürtmək olar...
Qan qrupu insanın həyatı boyunca dəyişməz qalır... Hər il 14 iyun-
Ümumdünya Donor Günü
kimi qeyd olunur. Bu tarix
qan qruplarının fərqli olduğunu kəşf edən avstriyalı alim Karl Landştaynerin doğum gününün şərəfinə
seçilib".
S.Tahirli
müxtəlif mənbələrə
istinad edərək apardığı araşdırmalardan
sonra bu qənaətə gəlir
ki, qan qrupuna
görə insanın
hər cəhətdən
kim olduğunu
söyləmək mümkündür.
Həm də nəzərə alsaq ki, bu zaman
müəllif Yaponiya kimi inkişafın zirvəsinə
çatmış bir
ölkənin vətəndaşlarına,
yapon xalqının düşüncə tərzinə,
inancına istinad edir,- bu, məsələnin
həm də ciddi anlayış kimi qəbul edilməsinə şərait
yaradır: " Yaponlar
bizlərdən fərqli
olaraq, inanırlar ki, insanın həyatına hansısa ulduz deyil, məhz onun malik olduğu
öz qanı daha çox təsir göstərir: Gündoğan ölkəsinin
sakinləri əmindirlər
ki, 0 (I) qruplular ünsiyyətcil, emosional və enerji ilə dolu insanlardır.
A (II) qruplular stressə davamlı, səbirlilik nümayiş
etdirən, harmoniyanı
və ümumiyyətlə,
hər bir şeydə qayda-qanunu güdən olmaqları ilə bərabər, bir qədər də inadcıldırlar.
B (III) qruplular çox tələbkar, hökmlü və yaradıcı insanlar kimi seçilirlər.
AB (IV) qrup mənsubları
isə həyatda, başlıca olaraq öz hissləri ilə davranan olub bir qədər
qərarsızdırlar. Əgər nə vaxtsa yolunuz 13 milyonluq əhalisi olan Toikoya düşərsə,
supermarketlərdə sərinləşdirici
içkilərin üzərində
hansı meyvə əlavəsinin hansı qan qrupuna uyğun
olması haqqında tövsiyələrə rast
gəldiyinizdə təəccüb
etməyin. Bundan
əlavə supermarketlərdə
hər qan qrupuna uyğun saqqızlar, çipsilər,
qələmlər, təqvimlər,
açarlıq, səyahətdən
geri dönərkən
dost -tanışlarınız üçün suvenirlərlə
yanaşı özünüzün
də şəxsi istifadəniz üçün
nəzərdə tutulmuş
bəzi vasitələri
tapıb ala bilərsiniz..."
Kitabda hər qan qrupuna aid insanların hansı xarakterə malik olması, mənfi yönləri, hansı peşəni seçmələri
və həmin qrupunun məşhurları
haqqında məlumatlar
yer alıb. Müəllifin araşdırmalarına əsasən,
"köçərilər" adlanan 0 (I) qan qrupundan olanlar enerjili, tez özündən
çıxan, iradəli,
şöhrətpərəst, natiq, uğura can atan olurlar, mənfi
yönləri bir qədər paxıl olmaları, əsəbiləşdikdə
kontrolu itirmələri
və özündən
razı olmalarıdır.
Bu qrupdan olanlar
bankir, siyasətçi,
nazir, biznesmen, yazıçı, hərbçi
kimi peşələrdə
və eləcə də cəldlik, aqressivlik tələb edən idman növlərində özlərini
təsdiq edə bilərlər. Qrupun məşhurları
sırasında Ronald Reyqan,
Vladimir Putin, Dmitri Medvedyev, Elvis Presli, Mixail Qorbaçov yer alıb.
"Əkinçilər" adlandırılan
A(II) qan qrupunun təmsilçiləri
vicdanlı, səbirli,
xeyirxah, utancaq, inadcıl, əsəbiləşərkən
gec toparlanan, sakit, həssas və vəfalı dostlardır. Onlardan yaxşı iqtisadçı,
proqramist, hüquqşünas,
tərbiyəçi, müəllim,
polis, detektiv, kosmetoloq
yetişir. Bu qrupun məşhurlarından
ata Corc Buş, Britni Spirs, Ceyms Karter,
Hitler, Valeri Sütkinin
adını çəkmək
olar.
B( III) qan qrupuna aid olanlara "köçərilər" də deyirlər. Onlar çox duyğusal, həm özlərinə, həm ətrafa tələbkar, individualist, həm hökmlü, həm də yaradıcı, kimdənsə asılı olmağı sevməyən, haqsızlığı qəbul etməyən ideya generatorlarıdır. Onlar heç gözlənilməyən hərəkətlər etməyə də qabildirlər. Ən zəif yerləri müstəqil olmaq istəyidir. B (III) qan qrupunun nümayəndələri rəssam, fotoqraf, psixoloq, jurnalist, kulinar, teleaparıcı, kardiocərrah, zərgər, müfəttiş peşələrində uğur qazanırlar. Bu qan qrupunun məşhurlarından Akira Kurasava, Lenorad Di Kaprio, Qreta Qarbo, Ayzek Əzimov, Luçano Pavarottinin adını qeyd etmək olar.
AB (IV) qan qruplular-
"sirli olanlar"-
davranışlarında rasionallığa, münasibətlərində
diplomatikliyə üstünlük verən
bu insanlar zəngin təxəyyülə
sahibdirlər: "Onlar sakit,
ədalətli, idarəolunan, gözəl təşkilatçı,
xaraktercə sərt olurlar. Onların
sırasından yaxşı ticarətçi, həkim, müəllim,
ruhani, aktyor, menecer, barmen, natiq çıxır. Məşhurlardan Ceki Can,
Merilin Monro, Con Kennedi, Tomas Edison, Bill Klinton
"sirli olanlar"a aiddir.
Sokratın "Hər bir halda
evlənin-yoldaşınız yaxşı olarsa, siz xoşbəxt olacaqsınız, pis olarsa -filosof" ifadəsinin epiqraf seçildiyi başlıqda
qan qruplarının eşq və nikah münasibətlərinə,
eləcə də valideyn olma imkanlarına
təsiri də araşdırılıb.
Həyatımızın müxtəlif sferalarına qan qrupunun təsiri ilə bağlı məlumatlar kitabda "Gözəllik ondur, doqquzu... kosmetika?", "Kim sevərsə
idmanı", "Qan
qrupu və stress",
"Hər dərdə
dəva bitkilər",
"Hər kim yüz il yaşamasa..",
"Nə yediyini mənə söylə.."
başlıqlarında oxuculara
təqdim olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 3 iyun.- S.7.