"Müasir dəbdə
Azərbaycan cazibəsi"nin təqdimatı olub
Heydər Əliyev Mərkəzində
"Müasir dəbdə
Azərbaycan cazibəsi"
layihəsinin təqdimatı
keçirilib. Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
tədbirdə iştirak
edib.
Təqdimatdan əvvəl layihənin
əhəmiyyətindən söz açılıb:
"Geyim mənsub olduğu xalqın əsrlər boyu yaranmış bədii zövqünü, onun mədəniyyətini əks
etdirir. Azərbaycan ərazisində aparılmış
arxeoloji qazıntılar
zamanı tapılmış
bir sıra parça nümunələri
göstərir ki, hələ eramızdan əvvəl burada yüksək geyim mədəniyyəti mövcud
olub. Zəngin mədəniyyətimizin çoxəsrlik inkişafı
prosesində yaranmış
milli geyimlərin hazırlanmasında istifadə
olunan parçalar daim keyfiyyəti və zərifliyi ilə seçilib. Heydər Əliyev Fondunun "Müasir dəbdə Azərbaycan cazibəsi"
layihəsi xalqımızın
milli ənənə və dəyərlərini
yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına
təkan vermək, eyni zamanda, Şərq
və Qərb mədəniyyətləri arasında
vəhdət yaratmaq məqsədini daşıyır.
Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya milli mədəniyyətimizin
inkişaf etdirilməsinə
və təbliğinə
göstərdiyi diqqət
və qayğıya görə minnətdarlıq
ifadə olunub. Milli muzeylərimizin kolleksiyalarında təqdim
olunan zəngin geyim nümunələri, bəzək əşyaları
və xalçaçılıq
məmulatı məşhur
italyan modelyeri Renato Balestranı naxışlarının incəliyi
və dekor elementlərinin orijinallığı
ilə seçilən
Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan müasir dövrədək
inkişafını təcəssüm
etdirən kolleksiya yaratmağa sövq edib".
Sonra italyan modelyeri Renato Balestranın kolleksiyasının
fəlsəfəsini əks
etdirən film nümayiş
olunub.
Daha sonra Heydər Əliyev Fondunun "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsi
çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın
milli ornamentləri əsasında hazırladığı
yeni kolleksiyası nümayiş etdirilib.
Renato Balestranın
iştirakı ilə
keçirilən nümayişdə
40-dan çox geyim nümunəsi təqdim olunub. Moda nümayişinin ən maraqlı məqamlarından biri də tanınmış
model İrina Şeykin
də səhnədə
görünməsi olub.
Moda nümayişindən sonra
ürək sözlərini
bölüşən məşhur
italyan modelyeri Renato Balestra Bakıda olmağından qürur duyduğunu deyib və Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını
bildirib. O, layihə
çərçivəsində Azərbaycanın milli ornamentlərinin tarixini və xüsusiyyətlərini
araşdırdığını, Şərq koloritindən ilham alaraq Azərbaycan
milli elementlərini müasir Avropa dəbində tətbiq etdiyini, Azərbaycan cəmiyyətində qadının
çox vacib rol oynadığını
, bu gözəl ölkəyə bir daha qayıdacağına ümid etdiyini söyləyib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 3 iyun.- S.7.