Yarpaq tökümü və yaxud
Düşüncələrim...
Çox
qəribədir, nəyisə gizlətsəm - tez faş olar,
kimdən qaçsam - tez qarşıma çıxar... Əcəba,
bu mənim taleyim, alın yazımmı?..
l l
Vəzifə
kürsüsü yaxşı şeydir, intəhası, kiminin
altında olur, kiminin
üstündə.
l l
Böyük
insanların səhvi-böyük ağacların yıxılması
kimidir-aşıb ətrafındakıları da əzəcək...
l l
İnsanlar
nə öz millətini, nə də qohumlarını
seçir... Bu taledir, seçən də Böyük Yaradan!
l l
Boyunu
uzadan da, gödəldən də Günəşdir; baxır
....hardan çıxıb, hardan batacaq.
l l
Yanğının
ən böyük namərdliyi
- qurunun oduna yaşı da yandırmasıdır.
l l
Arının
müqəddəs yaradıcılıq qabiliyyəti - hətta
acı tütün çiçəyindən də
şirin Bal çəkməyi bacarmasındadır...
l l
Gözəllik
şərtidir, qadının əsil yaraşığı və
gözəlliyi nəfsində və nəfəsindədir!
l l
Hamı
dünyanın faniliyindən danışır, amma heç
kim dəyişmir... Dəyişən ömürdən gedən
günlərdir...
l l
Əlini
dalına cütləyincə, qabağa uzat, səni
çaşmağa və yıxılmağa qoymasın!
l l
Otların
rəngi yüz cür, insanların rəngi isə min
cür...
l l
Niyə
çaşıb mat qalmısan?! Alan da göz önündədir,
satan da...
l l
Dərd sənin
üstünə gələndə əcəba sən nə
edəsən, kimin üstünə gedəsən?..
l l
Görəsən,
Böyük Yaradan İnsanlar və Talelər arasında fərqi
nəyə əsasən müəyyənləşdirir!?
l l
Kiminsə
ünvanına həqarət danışırsansa - öz
işindir, amma el-oba, yer, torpaq, tayfa barədə cəm halda
danışma, yoxsa ziyan çəkərsən.
l l
Hər
hansı bir mübarizədə gözünü qırpmadan
düşmən üzərinə gedə biləcək
İnsan sonda qalib gələcək
Qəhrəmandır!
l l
Bu
dünyada pul, onun gücü və
hökmü var: həyatda da,
ailədə də, cəmiyyətdə də...
l l
Evinə,
ailənə daşıya bilmədiyin Dostluq buz üstə
sürüşən naşı adamın hər an
yıxılmaq qorxusu yaşaması
kimi bir şeydir...
l l
Ehtiyacın
öz dili var: sən istəsən də, istəməsən
də, o, danışacaq və danışdıracaq, bəzən
isə susdurub qızardacaq.
l l
Gözəl
qadının yanında gözü qırpıq dovşan tək
gəzən kişiyə çox yazığım gəlir,
qismətinə acıyıram.
l l
Unutma:
cibindəki pulun qəlbindəki qürurun qədər
qüvvətli və əbədi deyil!
l l
Ölümqabağı-Etiraflar
sənin böyüklüyün deyil, böyük səhvlərinin
siyahısıdır.
l l
İlanın
dil çıxarmağı-Allah bəndəsi
qarşısında Ağ Bayraq qaldırmasıdır.
l l
Əl
qaldırmaq - əlini qaldırmaq: fərqli şeylərdir.
l l
Ehtiyatlı
davran, ehtiyatlı yanaş, ehtiyatlı danış -ziyan
görməzsən.
l l
Hərənin
bir yaxşı cəhəti var: o asılıdır sən
necə yanaşırsan və necə baxırsan.
l l
İçin
çölü, çölün içi - biri bağlı, biri açıq.
Kaş ki, için də çölün kimi görünə
biləydi...
l l
Yer
üzündə nə qədər rəngarəng, həşərat,
canlı, bitki, ot-ələf varsa, -
bir o qədər də
müxtəlif fərqli insan var... Bu, dünyanın yaşam tərzidir;
biri digərinə qidadır, biri olmayanda o birisi də
yaşaya bilməz...
l l
Bibim deyərdi
ki, bunlar mərdimazar nəsildilər, babalarından bəri
üzlərində qarğış damğası var.
l l
Ağlı,
mərifəti, savadı, qabiliyyəti,
danışığı, davranışı,
oturuşu-duruşu - hamısı, hamısı tam halda düzgün olan İnsan
varmı dünyada?..
l l
Sən
hikmətə bir bax: alnım açıq, üzüm ağ
- niyə alnım, niyə üzüm? Gözüm səndən
su içmir - niyə məhz
gözüm? Qəlbim səndən sındı, - niyə qəlbim?!
Bu hikməti yazan dünyanın ən böyük filosofu
deyilmi?!..
l l
Hamı
görür - ancaq hamı müşahidə edə bilmir,
hamı fikirləşir, lakin hamı düşünmür...
l l
Döyüşkən
və mübariz OĞLUN
özü boyda da ürəyi olur və tək elə bu
ürəklə də yaşaya və vuruşa bilər.
l l
Sevincin və
kədərin həddi, qədəri insanın gözlərindən
oxunur.
l l
Oturmağı
bacarmayan dözümlü ola bilməz.
l l
Sözə
- söhbətə, qeybətə-höcətə rəvac
verən və inanan rəhbər zəif, aciz və hərdəmxəyal
olar.
l l
Zəif
saplağından sallanan Meyvə,
ölümünü dəhə-düş gözləyən
İnsan - eyni anları yaşayır...
l l
Hərə
bir cür ölür: bəladan, qəzadan, təsadüfdən
- bu, sənlik deyil - Yazıdandır .
l l
İnsanın
ölüm ayağında can verməsi - ən
ağıllı və ən ağrılı
anlarıdır... Səd heyif ki, gecdir...
l l
Özünə
kənardan baxa bilməyən adam həmişə
başqasına həsəd aparacaq, gözü
başqasında olacaq.
l l
Pis insan,
pis həyat və pis iş yoxdur, - ancaq pis münasibət və
pis baxış var.
l l
Kimsədə
gördüyün nöqsanı Allah sənə də verə
bilər, nöqsan tutub "alver" etməyin yeri yoxdur.
l l
Hər
bildiyin və hər gördüyün həqiqəti dilə
gətirib üzə söyləmək, heç də həmişə
qəbul olunub hörmət gətirmir
və heç də sənin həqiqəti sevdiyinə dəlalət
etmir.
l l
Ağrı
gələndə ağıl da gəlir... Gec gələn
ağıl güc gələ bilməz.
l l
Danışanda
da, dinləyəndə də, hər hansı qərar qəbul
edəndə də - özünə qulaq asmağı
bacarmalısan...
l l
Rənglərin
çalarlarını ayırd edə bilməyən günlərin də fərqini bilməz..
l l
Şöhrət-həm
də düşməndir: ondan
qorunmağı da bacarmalısan.
l l
Dayaz və
kasad adam mənsəb və şöhrət yiyəsi olan kimi
çaşıb harınlaşır.
l l
Günəş
sübh çağı ağır-ağır və əzabla
doğulur, qüruba gedəndə isə çox tələsik...
Bəlkə dünyanın faniliyinə işarədi bu?!
l l
Yasında
kimin ağlamağı, toyunda kimin oynamağı səni
qaldırar da, yandırar da..
l l
Külək,
güllə, hədəf, paxıllıq və həsəd -
öndə gedənləri yaxalar.
l l
Göz
yaşları - kədər bulağının
damcılarıdır...
l l
Dar
macalda, əsəbi vaxtlarda səbrli və dözümlü
olsan, qeybət və səhv eləməsən -udan tərəf
sƏn olacaqsan - Vaxt və Zaman var.
l l
Səni
yola verən zəngləri,
süni təbəssümləri başının
altındakı daş yastıq kimi
bil - özünü
aldatma...
l l
Özünü
şahmat fiquru kimi
"peşka" yerinə qoyan bilməlidir ki,
"peşkanın" geriyə yolu, qayıdışı
yoxdur və potensial qurban olaraq getməlidir.
l l
Çəkilən
siqaretin əriyən külü kimi ömrün var - əlindəcə
qəfildən qırıla bilər...
l l
İstedadlı
və dahi insanları dünyaya gətirən
MüqƏddƏs Ana - həm də böyük
Əzabkeşdir - təkcə onu 9 ay bətnində saxlaya
bildiyinə görə...
l l
Yenicə
dil açıb həyatı anlayan və ata-ana, baba-nənə nəvazişi görən körpə yazda
tumurcuqlayıb çiçək açan ağaclar tək
sevincək olur.
l l
Ətrafındakıların
təsirinə düşmək - narkotik aludəçiliyi
kimi xəstəlikdir, ondan qurtulmaq çətindir...
l l
Borcun
öhdəliyi olmur, amma tarixi olur...
l l
Gəlin
- münasibətdir, necə yanaşsan, eyni cür baxacaq... Və
hər şey də pərdəli olacaq...
l l
Sənin
hərəkətlərində nöqsan axtaran düşmənin
olmasa da, dostun da deyil!
l l
Qorxudan
deyilən yalan da qorxuludur!
l l
Sən
doğulanda Şeytan və Xəstəlik
sənlə bərabər dünyaya gəlir... Məqamı
düşəndə, vaxt yetişəndə boynuna minəcəklər.
l l
Ananın
biri dilənir, biri dolanır... Bu, Ananın günahı deyil,
Tale Yazısıdır.
l l
Oturub-durub,
yeriyə bilirsənmi? Eşidib-görə bilirsənmi?
Ağlayıb gülə bilirsənmi? Daha bundan başqa nə
xoşbəxtlik axtarırsan, ay Allah bəndəsi?..
l l
Yer
üzündə nə qədər insan varsa, bir o qədər tale var.
Görəsən, bir-birinə oxşar iki tale varmı bu
dünyada?..
l l
Bir var səhv,
bir var xəyanət: səhvi bağışla, xəyanəti
isə cəzalandır.
l l
Gözü
dolusu və yaxud gözü doymadan meyvə gətirən
Ağac - elə bil dünyanın gərdişinə
qarşıdır, bəlkə
çətin günlərinin tədarükünü
görür və ya bəlkə afatın, xəstəliyin,
küləyin hayına qalır?
l l
Bir
yarpağın düşməsi bir insanın
ölümü; bir ağacın aşması isə nəslin
qırılmasıdır...
l l
Xoruzun
banlaması, itin hürməsi, atın kişnəməsi - həm
də zamanın ritmləridir...
l l
Görəsən,
doğulan Uşaqla ölən Qoca arasında qalan
dünyanın yaşı neçədir?..
l l
Səni
yaşadacaq Ölüm - ən
son qazancındır!
l l
Vəzifə
sabiq ola bilər, təki əqidən sadiq olsun!..
l l
Vəzifə
və maddi imkan-insanı cavan, şux və hökmlü
göstərər.
l l
Özün
qazanmadığın pulun nə bərəkəti olar, nə
də suyumu və urvatı.
l l
Vaxtından
əvvəl gülmək - yarınmaq kimi çıxar,
düşük, şit görünər...
l l
Məclisdə
səni yoran adam nəfəsdən gələn qoxu kimidir, dərhal
çevrilib uzaqlaşmaq istəyirsən.
l l
Səni
bilmirəm, mən özüm üçün yaşamaq istəmirəm...
l l
Kefiniz
kök olanda da, qanınız qara olanda da - məni axtarın,
məni, mənim əziz dostlarım!
İmamverdi İsmayılov
525-ci qəzet.-
2014.- 3 iyun.- S.6.