Dövlət Film Fondunda Məlik Dadaşovun 90  illiyi qeyd olunub

 

  Dövlət Film Fondunda Azərbaycanın xalq artisti Məlik Dadaşovun 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Kinematoqrafçılar İttifaqının katibi, rejissor Cəmil Quliyev, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas Aydın Kazımzadə, xalq artisti, aktyorun qardaşı qızı Brilliant Dadaşova, operator Kənan Məmmədov və başqaları çıxış edərək, M.Dadaşovun sənəti, həyat və yaradıcılığı haqqında xatirələrini danışıblar.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilib.

Xatirə tədbirində Məlik Dadaşova həsr edilmiş fotosərgi nümayiş etdirilib, çəkildiyi filmlərdən kadrlar təqdim edilib. 

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 4 iyun.- S.7.