Rübailər
Qüdrətim olsaydı qoymazdım
bir an,
Qan töküb,
zülm edə insana insan.
Açardım açılmaz qapıları
mən
Sevinərdi cahan, gülərdi dövran.
Çalışıb yığsan da min xəzinəni,
Əcəlin əlindən qurtarmaz səni.
Şöhrətin, sərvətin əsiri
olma,
Havayı gülləyə vermə
sinəni.
Ey könül, ah çəkib,
aman eyləmə,
Sən yaxşı
adını yaman eyləmə.
Əgər cənnət varsa
bu dünyadadır
Sən başqa
aləmi güman eyləmə.
Bədbəxt o kəsdir ki, qəbahətini
Bilmir, pula satır
ləyaqətini.
Qiymətin, hörmətin olmaz,
ey insan
Hər yetən
alarsa, satarsa səni.
Fitnəyə, yalana uymasa dili,
Tamaha güc gələr əyilməz
beli.
İstəyi pak olsa günəşə çatar,
Daşdan ləl yaradar insanın əli.
Dünyanı Xəyyam tək
anlamaq üçün
Demirəm məst olun, siz şərab için.
Deyirəm Xəyyam tək
eşqi, ülfəti,
Həqiqət, insanlıq yolunu seçin.
Bilmədiyin işdən yapışsan
əgər,
Başın illər boyu zəlalət çəkər.
Əlindən gələnin sahibi
ol ki,
Yediyin, içdiyin
olmasın zəhər.
Tısbağa qınından çıxar
kefi çağ
Qınını bəyənməz bir azdan ancaq.
Mayasında haram, şübhə
olanlar
Nə nəslin
bəyənər, nə
də od-ocaq.
Səni
var-dövlətə çatdıran
fələk,
Qudursan mülkünə
əl gəzdirəcək.
Varına
güvənib evlər
dağıtma
Pislikdən, ədadan, şəhvətdən
əl çək.
Ağlından şikayət eyləyən
görsən,
Baş əy qarşısında, denən
min əhsən.
Dəli
də özünü
ağıllı sanır
Ağlına az deyən görməmişəm
mən.
Layiq deyilsənsə göz yaşına sən,
Yazdırma adını başdaşına
sən.
Həm soyuq məzara töhmət olarsan,
Həm də ki dostuna, sirdaşına
sən.
Zora çox bənd olma düşün bir qəqər,
Ev yıxmaq,
baş kəsmək sayılmır hünər.
Bağlı qapıları ağlın
ilə aç,
Ağlı az olanlar zora güvənər.
Elmi əxlaqınla qoşa bil hər an,
Ən böyük
alimdir əxlaqı olan.
Əxlaqsız alimin elmi, dəyəri
Bir saman çöpündən ucuzdur,
inan.
Özgə kölgəsində şirə
dönənlər,
Zalımlıq etməyi sanmasın hünər.
Kölgə yoxa çıxsa
dəyişər aləm,
Olmaz hünərləri
bir pişik qədər.
Dedin: -
Bu dünyada var-dövlət
əziz
Dedim: -Var-dövlətdən həqiqət
əziz.
Bir qoca güc verdi sözümə,
dedi:-
Hər şeydən
ləyaqət, məhəbbət
əziz.
Başın uca olar ömrün boyunca,
Güc gəlsən
tamaha, əl tutsan aca.
Yaxşılıq eyləsən xoşbəxt
olarsan
Həyatdan kam alar ruhun
doyunca.
Günahkar cəzasın almasa
əgər,
Qızışıb daha da çox
qanlar tökər.
Haqlı
öz haqqına çatmasa, inan,
İnsanlığın başı zəlalət çəkər.
Ömür ötüb keçər
bir röya kimi,
Pak olsa parlayar nur, ziya kimi.
Hər anı, hər günü elə yaşa ki,
O əbədi olsun bu dünya kimi.
Tahir RZA
525-ci qəzet.-
2014.- 4 iyun.- S.7.