Dövlət quruculuğunda
və idarəetmədə gəncliyin mövqeyi
Demokratik
hüquqi dövlət
quruculuğu cəmiyyət
və dövlət işlərinin idarə olunmasına, qərarların
hazırlanması, müzakirəsi,
qəbulu, icrası və qiymətləndirilməsi
prosesinə gənclərin
daha geniş hissəsinin cəlb olunmasını, vətəndaş
fəallığının və təşəbbüskarlığının
artırılmasını zəruri
edir.
Bu gün Azərbaycanda
gənclər siyasəti
dövlət siyasətinin
mühüm tərkib
hissəsidir. Dövlət gənclər siyasəti
- gənclərin öz
bilik və bacarıqlarını, təbii
potensialının effektli
reallaşdırılmasını, cəmiyyətdə layiqli
yer tutmasını təmin edən şəraitin yaradılması
məqsədilə dövlət
tərəfindən müəyyən
edilmiş prioritetlər
və həyata keçirilən tədbirlər
sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz
əksini taparaq hökumət qurumları tərəfindən həyata
keçirilir.
Tarixi nöqteyi-nəzərdən gənclər
həmişə dövlətin
və cəmiyyətin
idarə olunmasında
əsas hərəkətverici
qüvvə olaraq qərarların
qəbul olunmasına mühüm təsir göstərmişlər. Müasir
dövrdə dünyada
bu istiqamətdə gedən proseslər
Azərbaycanın da ictimai-siyasi həyatına
öz təsirini göstərir.
Bütün bunların
məntiqi nəticəsi
olaraq, ölkəmizdə
də gənclər dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafında
ölkənin vacib qüvvələrindən biridir.
Bu gün Azərbaycanda
idarəetmə bacarığı
ilə seçilən
intellektual, dünyagörüşlü
yeni nəsil yetişməkdədir. Ekspetlərin fikrincə belə şəraitdə
dövlət idarəçiliyinə
gənclərin
cəlb olunması və gənclər təşkilatları
ilə sıx əməkdaşlıq vətəndaş
cəmiyyətinin inkişafı,
demokratiyanın dərinləşməsi,
qanunvericiliyin beynəlxalq
standartlara uyğunlaşdırılması
və milli maraqların qorunması üçün böyük
əhəmiyyət kəsb
edir.
Araşdırma və tədqiqatlara
əsasən, ölkəmizdə gənclərin qərar qəbuletmə prosesində iştirakının
başlıca yönlərindən
biri gənclərin qərar qəbul edən dövlət orqanlarında
bilavasitə rəsmən
təmsil olunmasıdır.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə,
bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə
təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Son zamanlar dövlət
başçısının verdiyi qərarlara əsasən gənclər
təşkilatlarının bir neçə nümayəndəsinin dövlət
qurumlarına mühüm
vəzifələrə təyin
olunması gənclərin
idarəetmə prosesinə
fəal cəlb olunmasının bir nümunəsidir.
Digər
istiqamət isə gənclərin müxtəlif
normativ-hüquqi aktların,
qərarların, dövlət
proqramlarının, konsepsiyaların,
Milli fəaliyyət strategiyalarının və
s. bu kimi sənədlərin hazırlanması
və müzakirəsi
prosesinə cəlb olunmasıdır.
Müşahidələrə əsasən Azərbaycan Respublikasının Milli Məclisində bir sıra qanun layihələrinin hazırlanmasında
gənc millət vəkilləri fəal iştitak edirlər. Bununla yanaşı gənclər
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında İnsan
Alverinə qarşı
Mübarizə üzrə
Milli Fəaliyyət Planı (2009-2013-cü illər)",
"Yoxsulluğun Azaldılması
və İqtisadi inkişaf üzrə Dövlət Proqramı
(2003-2005-ci illər)", "Xüsusi istedada malik olan uşaqların
(gənclərin) yaradıcılıq
potensialının inkişafı
üzrə Dövlət
Proqramı" (2006-2010-cu illər)
və "Azərbaycan
Respublikasında texniki-peşə
təhsilinin inkişafı
üzrə Dövlət
Proqramı" nın
hazırlanmasında iştirak
etmişlər.
Cəmiyyətin müxtəlif sahələri
ilə bağlı bu sənədlərin hazırlanması, icrası
və qiymətləndirilməsində
gənclərin də
iştirakı aydın
şəkildə hiss olunmaqdadır. Nümunə üçün deyək ki, "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)",
"Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının
hazırlanması və
müzakirəsində gənclər
və onların təmsil etdikləri QHT-lər yaxından iştirak etmişlər.
Bu proqramların qəbul olunması ilə dövlətin qayğısı sayəsində
gənclər təşkilatlarının
dövlət gənclər
siyasətində iştirakını
təmin edən hüquqları genişləndirilmiş,
onların layihə və proqramlarına mütəmadi dəstək
verilmişdir. Bu proses
hal-hazırda da davam etməkdədir. Eyni zamanda 2011-ci ildə
qəbul olunmuş dövlət gənclər
proqramında
gənclərin idarəetmədə
və vətəndaş
cəmiyyətinin inkişafında
iştirakının artırılması
barədə xüsusi
bənd mövcuddur. Qeyd edək ki, "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının
Əlaqələndirmə Şurasının
mühüm bir qismini gənclər təşkil edir.
Gənclərin təklifləri və təşəbbüslərinin müvafiq dövlət orqanları tərəfindən
nəzərə alınması
da vacib məsələdir.
"Azərbaycan Gəncliyi
Dövlət Proqramı
(2005-2009-cu illər)" və "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının
müzakirəsində gənclər
və onların təmsil etdikləri QHT-lər yaxından iştirak edərək, bir sıra təkilf
və təşəbbüslə
çıxşlar etmişlər. Statistikaya
görə ötən ildə
qəbul olunan "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının
geniş ictimai müzakirəsi və hazırlanması üçün
gənclər və onların təmsil etdikləri QHT-lər tərəfindən 2000 - dən
artıq əhəmiyyətli
təkliflər verilmişdir.
Həmin təkliflərin
əksəriyyəti proqramın
işçi qrupu tərəfindən bəyənilmiş
və proqramın qəbulunda öz əksini tapmışdır.
Başqa bir sahə isə
icra hakimiyyəti orqanlarında gənclərin
daxil olduğu müxtəlif ictimai qurumların yaradılmasıdır.
Azərbaycan Respublikası ədliyyə
nazirinin 25 aprel
2006-cı il tarixli əmri ilə təsdiq edilmiş "Məhkumların islah edilməsində ictimaiyyətin
iştirakı və cəzanı icra edən müəssisələrin
fəaliyyətinə ictimai
nəzarətin həyata
keçirilməsi Qaydaları"na
uyğun olaraq yaradılmış İctimai
Komitənin tərkibində
gənclərin QHT-lərindən də nümayəndələr təmsil
olunur. İctimai Komitə penitensiar müəssisələrdə
saxlanma şəraiti,
maddi-məişət, tibbi-sanitariya
təminatı, məhkumların
əməyə cəlb
olunması, onlarla həyata keçirilən
tərbiyə işi,
ümumi təhsil, peşə təhsili və peşə hazırlığı işinin
təşkili ilə tanış olmaq və sair
bu kimi məsələlərlə
məşğul olur.
Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın tərkibinə də gənclərin bir neçə nümayəndəsi
daxildir. İctimai
Şurada təmsil olunan gənclər digər vətəndaş
cəmiyyəti institutları
ilə birgə sosial qanunvericiliyin təkmilləşdirilməsi, yeni
qanun layihələrinin
işlənib hazırlanması
və digər istiqamətlərdə mühüm
işlər həyata
keçirirlər. Eyni zamanda
gənclər təşkilatlarının
nümayəndələri Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyinin yanında İctimai Şuranın üzvü olaraq dövlət gənclər
siyasətinin icrasında
mühüm fəallıq
göstərirlər.
Dövlət və vətəndaş cəmiyyəti, beynəlxalq
təşkilatlar gənclərin
qərar qəbul etmə prosesində iştirakının artırılması
məqsədi ilə bir sıra proqram
və layihələr
həyata keçirməkdədirlər. Hazırda
Birləşmiş Millətlər
Təşkilatının İnkişaf
Proqramı (BMTİP) və
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi tərəfindən birgə
həyata keçirilən
"Qərarların qəbulu
və dövlət gənclər siyasətinin
icrasında gənclərin
iştirakı" adlı
layihəni buna misal göstərmək olar. Layihənin məqsədi dövlət
gənclər siyasətinin
planlaşdırılması və nəticələrinin
əldə olunmasına
öz töhfələrini
verməklə Azərbaycan
gənclərinin qərarların
qəbulu prosesində
daha fəal iştirakını təmin
etmək və onların gələcək
liderlər və dövlət qulluqçuları
kimi bacarıqlarını
artırmaqdır. Artıq
icrasına başlanılan
layihənin əsas cəhətlərindən biri
də gənclərin
liderlik potensialını
inkişaf etdirməklə
onların idarəetmə
sahəsində daha fəal iştirakını
dəstəkləməkdir. Layihədə 2 il müddətində iştirak
etmək üçün
50 nəfər
gəncin seçilməsi
və onların layihənin fəaliyyətlərinə
fəal şəkildə
cəlb olunması nəzərdə tutulmuşdur.
Seçilmiş şəxslər şəxsi və peşə bacarıqlarının
artırılması istiqamətində
müxtəlif təlim
kurslarında iştirak
edəcək, dövlət
orqanlarında təcrübə
keçmək imkanı
əldə edəcək
və bu onların gələcəkdə
dövlət qulluğunda
çalışmalarına müsbət təsir göstərəcəkdir. Həmçinin layihə iştirakçıları Azərbaycanın
dövlət nümayəndələri,
ictimai-siyasi xadimlər,
millət vəkilləri,
beynəlxalq təşkilatlar
və diplomatik nümayəndəliklərin rəhbərləri,
elm və təhsil sahəsinin təmsilçiləri,
QHT və KİV
rəhbərləri və
digər tanınmış
ictimai-siyasi şəxslərilə
görüşmək və
birbaşa fikir mübadiləsi aparmaq şansı əldə edəcəklər. Bununla
yanaşı layihədə
fəal iştirak edən gənclərin beynəlxalq tədbirlərdə
və müxtəlif beynəlxalq təcrübə
proqramlarında iştirak
etmə müraciətlərinə
layihə təşkilatçıları
tərəfindən dəstək
veriləcək. Layihə "Azərbaycan Gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının
irəli sürdüyü
prioritetləri dəstəkləyir
və gənclərin
idarəetmədə və
vətəndaş cəmiyyətinin
inkişafında iştirakının
artırılması məqsədinə
xidmət edir.
Hacılı Elməddin
525-ci qəzet.-
2014.- 4 iyun.- S.6.