Rübailər
Nahaqqa yol açıb, haqqı dananlar,
Bədbəxt gələcəyə verirlər
qərar.
Doğru
danışmaqdan çəkinmə
heç vaxt
Həqiqətdə sevinc, yalanda dərd var.
Allah qəlblərdəki haqqın
səsidir,
İnsan bu dünyanın möcüzəsidir.
Kəfən var-dövlətin vəfasızlığı,
Başdaşı bir ömrün nişanəsidir.
Tahir, geriyə dön, keçmişinə bax,
Çevir tarixləri gəl varaq-varaq.
Dünyaya sığmayan xanlar-xaqanlar,
Acı xatirədir,
bir ovuc torpaq.
Aqillə
nadanın yoldaşlığından
Həmişə gen qaçar ağıllı
insan.
Çünki ağıllı kəs
dərhal bilər ki,
Ya aqil dəlidir, ya da ki nadan.
Didir bağ-bəhrəsiz bağlar
könlümü,
Əsir el-obalar dağlar könlümü.
Dünyanın şöhrəti, varı-dövləti
Bir an sevindirməz ağlar könlümü.
Dünya
şərab dolu bir qızıl camdı,
Zövqün duyan aqil, duymayan
xamdı.
Öləndə rəhmətlik qazanmayana,
Dünyanın dövləti-varı haramdı.
Dövrün dediyiylə durub-otursan,
Heç vaxt uduzmazsan, daim udarsan.
Ən müdrik müəllim ağıl, cəsarət,
Ən böyük
filosof həqiqət, zaman.
Boş-boş dolanmağın min bəlası
var,
İnsan qiymətini zəhmətdə
tapar.
Özgəyə güvənən tez
düşər atdan,
Harınlayan köpək sahibin qapar.
Gözəldir söz qoşub,
xəyala dalmaq,
Ruhları oxşayıb, qəlbləri
almaq.
Mənasız min ildən billah
yaxşıdır
Bir şirin
sevdanın əsiri olmaq.
Qara bəxtim beli bükük qarıdı,
Dərd sirdaşı, həsrət, kədər yarıdı.
Kimi vardan, kimi yardan, qohumdan
Tahir isə öz dərdindən yarıdı.
Uyub vara, şan-şöhrətə, ada mən,
Verməmişəm ömrü-günü bada məm.
Yaşayaram əməlimlə,sözümlə
Əgər düşsəm bircə dəfə yada mən.
Çox ömür eyləmək xoşbəxtlik deyil,
Xoşbəxtlik mənalı yaşamaqdır, bil.
Min mənasız ildən daha yaxşıdır
Sevgiylə yaşanan mənalı bir il.
Bir qoca kişidən soruşdu cavan:
Dünyanı dərk etmək çətin, ya asan?
Kişi
gülüb dedi: Görürəm hələ
Qəflət yuxusundan ayılmamısan.
Hər anın qədrini bilsən, yaşarsan,
Vaxtında ağlayıb, gülsən,
yaşarsan.
Torpağın, Vətənin, Xalqın
yolunda
Şərəflə yaşayıb-ölsən, yaşarsan.
Hər anın öz adı, öz mənası var,
Bəzən şənliyi var, bəzən yası var.
Xoşbəxtdir yaradan, yaşadan,
quran
Sevən insanların öz dünyası var.
Tahir RZA
525-ci qəzet.-
2014.- 5 iyun.- S.7.