Vətəndaş cəmiyyəti institutlarının Qarabağ həqiqətlərinin təbliğində rolu

 

 

Azərbaycan xalqının tarix boyu üzləşdiyi ən qanlı hadisələrin böyük bir qismi son 25 ildən artıq müddətdə davam edən hələ öz həllini tapmayan Qarabağ münaqişəsi dövründə baş verib. Mənbələrdə qeyd olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, milyonlarla insanın taleyinə təsir edib. 1988-ci ildə ermənilərin təcavüzkar hərəkətlərilə başlanmış bu münaqişə hələ formal atəşkəs şəraitində davam edir, ancaq yenə qanlar axır, itkilər verilir. Münaqişə regionda stabilliyə nail olunması yolunda ciddi əngələ çevrilib. Bu barədə mənbələrdə göstərilir ki, münaqişə indiyədək təcavüzkar tərəfindən qatı düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə sayır "ya hər şey, ya heç " prinsipi üzrə hərəkət edir: "Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş verib. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas alıb. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq ("miatsum") ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi". Məlum olduğu kimi, sonralar açıq müstəviyə keçən münaqişə nəticəsində erməni tərəfi öz havadarlarının köməyi Azərbaycanda gedən gərgin proseslərə görə ərazimizin bir qismini ələ keçirə bildi torpaqlarımızın işğal altında qalması hələ davam edir.

Bu gün Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində Azərbaycan dövləti ilə yanaşı, vətəndaş cəmiyyəti institutları olan qeyri-hökumət təşkilatları (QHT-lər) da xüsusi fəallıq göstərir. Müasir dünyada vətəndaş cəmiyyəti qurumlarının apardığı təbliğatın daha böyük əhəmiyyət kəsb etməsi, bu təşkilatların həyata keçirdiyi tədbirlərin ciddi diqqətlə qarşılanması Dağlıq Qarabağla bağlı Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində yerli QHT-lərin fəaliyyətinin önəmini daha da yüksəldir. QHT xətti ilə həyata keçirilən təbliğatın effekti heç rəsmi siyasətin tərkib hissi kimi gerçəkləşdirilən işlərdən geriyə qalmır, hətta bəzi məqamlarda xeyli təsirli alınır. Buna görə Qarabağ münaqişəsi kimi taleyüklü problemin həlli yönündə, bu münaqişənin əsl mahiyyəti barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması yolunda ölkə QHT-lərinin aktiv mövqe tutması çox vacibdir. Təqdirəlayiq haldır ki, artıq bu yöndə xeyli müsbət addımlar atılıb Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində faydalı nəticələr əldə edilib.

Qeyd edək ki,  son illərə kimi ölkə QHT-lərinin əsas donorları olan beynəlxalq təşkilatlar fondlar bu istiqamətdə olan layihələrə maraq göstərmir, onlara maliyyə vəsaiti ayırmaqdan yayınırdılar. Amma Azərbaycan dövlətinin maliyyə imkanlarının artması QHT-lərə xüsusi dəstəyin göstərilməsi Dağlıq Qarabağla bağlı layihələrin reallaşmasına səbəb oldu. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  Gənclər Fondu yaradıldıqdan sonra isə QHT-lər bu sahədə daha sistemli səmərəli işləməyə başladılar. Günümüzdə bu məqsədlə respublikamızda dünyanın müxtəlif ölkələrində Qarabağ həqiqətlərinin tanıdılması üçün müxtəlif silsilə tədbirlər, sosial aksiyalar, rəsm müsabiqələri keçirilir, filmlər nümayiş olunur,xarici ölkələrin nüfuzlu media orqanlarında Azərbaycan həqiqətləri çap olunur.

Qeyd edə bilərik ki, bu gün Azərbaycan dövlətinin QHT-lərə dəstək verəcəyi prioritet istiqamətləri də önündə Dağlıq Qarabağ məsələsi və Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılması durur. Bu günə qədər milli donorların maliyyə dəstəyi ilə QHT-lər tərəfindən Qarabağ məsələsinə həsr olunmuş yüzlərlə  layihə həyata keçirilibbu layihələr çərçivəsində xeyli sayda kitab, broşür, buklet çap olunub, bir neçə film çəkilib, onlarla sayt hazırlanıb. Bundan əlavə bir çox beynəlxalq tədbirlərdə, forumlarda QHT-lərin iştirakı təmin olunub və QHT-lər də öz növbəsində Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün bu forumlardan maksimum dərəcədə faydalanmağa çalışmışdır. Bu fəaliyyətlər  hazırda da davam etdirilirdaima milli donorlar tərəfindən  Dağlıq Qarabağ məsələsi yenə də prioritet mövzu olaraq saxlanılır. Məlumat üçün bildirək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqaməti üzrə  indiyədək onlarla layihə maliyyələşdirilmişdir.  Bu layihələr əsasən Almaniya, ABŞ, Belçika, Bolqarıstan, Rusiya və Türkiyədə həyata keçirilib. Maliyyələşən layihələr çərçivəsində müxtəlif kitab, buklet, broşurjurnal dərc edilib ki, bunlardan da bir çoxu xarici dillərdə buraxılıb. Qarabağ münaqişəsi və Qarabağ həqiqətlərini dünyaya çadırmaq istiqamətində internet portalları hazırlanıb, yenilənib və ya xarici dilə tərcümə edilib, həmçinin sənədli filmlər çəkilib. Materiallar əsasən  9 dildə Azərbaycan, rus, ingilis, turk, alman, fransız, yapon, bolqargürcü dillərində hazırlanıb.

Qeyd edək ki, QHT-lər tərəfindən sözügedən isitqamətlərdə bir sıra işlər görülsə də, artıq təbliğat vasitələrinə də yenidən baxmaq, daha çox kütləviliyə diqqət yetirmələri tövsiyə olunur. QHT-lərin nümayəndələri bilməlidirlər ki,  təbliğat materialları hansı asaneffektiv yollarla yayıla bilər. Bir çox ekspertlərin də fikrincə bu gün Qarabağ həqiqətlərini dünya birliyinə çatdırmağın ən effektiv yolu daha çox sənədli filmlərin hazırlanmasıdır. Çünki bu filmlər qısametrajlı olsalar da, Azərbaycan həqiqətlərini daha dolğun, yığcam və təsirli şəkildə təqdim etməyə imkan verir. Bu səbəbdən də QHT-lər gələcək  planlarında və layihələrində film yaradıcılığına  daha çox yer verməsi arzu edilir. Bununla yanaşı, digər təbliğat formaları, qarşılıqlı səfərlər, görüşlər, beynəlxalq tədbirlərdə iştirak, xüsusi nəşrlərin çapı və digər bu kimi mühüm məsələlər də daim QHT-lərin diqqətində olmalıdır. Bundan əlavə son dövrlər QHT-lərin Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığın indiki səviyyəsi qənaətbəxş sayıla bilməz. Çünki torpaqlarının bir hissəsi işğal edilən, Ermənistan kimi hiyləgər bir düşmənlə üz-üzə olan bir məmləkətin QHT-ləri beynəlxalq əməkdaşlıq sarıdan daha çox işlər görməlidirlər.  QHT-lərə tövsiyə olunur ki, məhz beynəlxalq təşkilatların üzvü olmağa, onların tribunasından istifadə etməyə daha çox cəhd göstərsinlər, ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasına üstünlük versinlər. Bu, ölkəmizi beynəlxalq arenada lazımi səviyyədə təmsil və təbliğ etmək üçün önəmli bir fürsət olardı. Azərbaycan həqiqətləri ilə bağlı xarici dillərdə keyfiyyətli internet resurslarının sayı daha da çoxaldılmalıdır. Eləcə də yerləşdirilən materialların məzmunca keyfiyyətinə və həcminə diqqət yetirmək lazımdır. Digər bir problem isə QHT nümayəndələri tərəfindən səslənir ki, özəl qurumlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı layihələrdə, Azərbaycanın haqq işinin dünyaya çatdırılması istiqamətində olan fəaliyyətlərdə maliyyə dəstəyinin verilməsi kimi məsələlərdə laqeydlik göstərirlər. Fikrimizcə, QHT-lər də belə ümummilli məsələlərə etinasız yanaşan özəl qurumların adlarını ictimaiyyətə açıqlamalı, onları ictimai qınaq hədəfinə çevirməlidirlər.

 

Elməddin HACILI

525-ci qəzet.- 2014.- 5 iyun.- S.6.