rübailər
Dinləsən tarixin hekayəsini,
Mal-dövlət bu
qədər aldatmaz səni.
İsgəndər əliboş getdi
dünyadan,
Əcəl bircə anda kəsdi səsini.
Tanrının üzünə ağ olma heç vaxt
Yoxsa yük əyilər, vaxtsız yatar baxt.
Çevrilər bir anda çərxi dünyanın,
Qan içində
üzər əyləşdiyin
taxt.
Süfrəndən azalsa azuqə, nemət,
Malın- pulun yoxsa eyləmə
heyrət.
Gözün kor olması fəlakət deyil,
Qəlbin kor olmağı ən böyük dəhşət.
İsmət, abır-həya gözləməyənlər,
Yaxşı-yaman düymaz, bilməz xeyir-şər.
İnsan
qorumazsa ləyaqətini,
Bunun ağrısını
çəkəcək bəşər.
Əməlin sözünə verməsə
dəstək,
Gül əksən
yurdunda tikan bitəcək.
Dini təbliğ edən dindən uzaqsa,
Əxlaq korlanacaq, iman itəcək.
Gücün var, dar gündə gücünə
güvən,
Onu gücsüzlərə
çox göstərmə
sən.
Ədalət yolunda gücünü
sına,
Adına, zatına desinlər əhsən.
Ev yıxmaq, qan tökmək, yalan danışmaq,
Nadanın, alçağın işidir
ancaq.
İnsanlıq adına xor baxanların,
Bir yerdə heç zaman olmaz üzü
ağ.
Ayağın pis yola gedirsə, öyrən,
Ayağına deyil başına döy sən.
Başı olanların ayağı
heç vaxt,
Bil kənara
çıxmaz öz sərhədindən.
Gəncliyindən düşün qocalığını,
Hər kəs görə bilmir o gözəl anı.
Şərəflə yaşasan gəncliyini sən,
Görərsən ömrünün ucalığını.
Sadəlik insana Ulu Tanrıdan
Ən əziz
töhfədir düşünsək
bir an.
Lovğa,
təkəbbürlü, cod olanların
Adını həmişə alçaldıb
zaman.
Allaha şəkk edən insanı görsən
Sual et, de nədən yaranmısan sən?
Əgər sualını anlasa
o kəs
Qorxub çəkiləcək
bəd əməlindən.
Varınla öyünmə, çılpaq
gəlmisən,
Çılpaq gedəcəksən bu dünyadan sən.
Haram malın, pulun qan-yaşa dönüb
Gələr o dünyada bəbəklərindən.
Tamah dişlərini çəkməsən
əgər
O səni qul edib
carmıxa çəkər.
Tamahkar pul yığar, tamahsız isə
Özünə elmdən bünövrə
tökər.
Elə ucal, enən zaman zirvədən
Qula dönüb
ixtiyarsız olma sən.
Zirvələri fəth eləmək
asandır
Ordan asan düşə bilməz hər yetən.
Bu dünyada yaşamağı
bilməyən,
O dünyanı arzulayır
de, nədən
Canlı
ikən düşünmədi,
duymadı,
Nə duyacaq ölü ürək, baş, bədən?
Kiçilə, kiçilə böyüyənlərdən
Heç
zaman ədalət,
insaf umma sən.
Gündə milyon dəfə
ölüb dirilər
Böyüklük görməyib "böyüyəm"
deyən.
Dərdini, sirrini qanana söylə,
Halına ürəkdən yanana söylə.
Savadsız alimin adını
tutma,
Sözünü ağıllı çobana
söylə.
Namərd
süfrəsində oturma
heç vaxt,
Çünki yediyini başa qaxacaq.
Dünyada aqildən hörmət,
etiram,
Namərddən namərdlik görərsən ancaq.
Hər vaxt haqqı ara, ədaləti gəz,
Yaxşını yamanla eyləmə əvəz.
Dünya dağılsa da şir qürurundan,
Tülkü bicliyindən əl çəkə bilməz.
Zirvəyə ucalmaz hər qanad açan,
Hörmət qazanmaq da deyildir
asan.
Çalış kamalına, gücünə
güvən
Yerini bilməsən,
yersiz qalarsan.
Götür gözlərindən zülm pərdəsini
Ey insan, unutma haqqın səsini.
Yaxşını yamanla qarışdırma
gəl
Yada sal axirət faciəsini.
Məni
duymaq üçün
qəlbimi oxu,
Əlini hisimə, duyğuma toxu.
Mən qələm tutanam, müdrik sözləri
Yazdıran Tanrımdır, mən
kiməm axı.
Tahir RZA
525-ci qəzet.-
2014.- 6 iyun.- S.7.