QHT sektorunun fəaliyyətinin
əsas xətləri və başlıca inkişaf
meylləri
XX əsrin sonlarından başlayaraq dövlət müstəqilliyinin ilk, kövrək
addımlarını atan
əksər ölkələrdə,
o cümlədən Azərbaycanda
da, bu tanınma
bilavasitə ali
dövlət struktur və qurumlarının
QHT-lərə münasibətdə
pozitivə doğru dəyişmiş mövqeyi
sayəsində formalaşa
bilib. Bu proses təsadüfən baş
verməyib: burada ölkənin gələcək
inkişafını ictimai
sektorsuz təsəvvür
edə bilməyən
ilkin QHT-çilər
dəstəsinin təşəbbüskarlığı
və inadı ilə bərabər Azərbaycanda fəaliyyət
göstərən bir
sıra beynəlxalq təşkilatların, eləcə
də ölkədə
siyasi sabitliyin bərqərar edilməsinə
çətinliklə nail olmuş
Azərbaycan hakimiyyətinin
konstruktiv modelçi düşüncəsini qeyd
etmək yerinə düşərdi.
QHT fəaliyyətinin özünəməxsus unikallığı
onun çox funksionallığındadır. Doğrudan da,
cəmiyyətin o sahəsi
yoxdur ki, ona aid QHT fəaliyyətini
nəzərdə tutmaq
mümkün olmasın.
Azərbaycan QHT-lərinin fəaliyyət yönümü ölkənin
ümumi siyasi-iqtisadi,
sosial-mənəvi durumu
ilə diktə olunur.
QHT-lər fəaliyyət
göstərdikləri müddətdə
tədricən təkmilləşib
və müxtəlif sahələrdə ixtisaslaşmaqla
yanaşı birləşməyə,
fəaliyyətlərini əlaqələndirməyə,
müxtəlif koalisiya
və ittifaqlar yaratmağa başlayıb. Ölkəmizdə QHT-lərin sayı artdıqca, onların fəaliyyəti cəmiyyətin
müxtəlif sahələrini
əhatə etdiyinə
görə qanunvericilik
bazası da bu inkişafa uyğun olaraq təkmilləşib. 1998-ci
ildə “Qrant haqqında”, 2000-ci ildə
isə “Qeyri-hökumət
təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” qanunlar qəbul edilib. Bu qanunların
qəbulu vətəndaş
cəmiyyəti sektorunun
dövlət nəzarəti
altında tənzimlənməsinə,
onların daha yaxşı və qanunlara əsaslanan fəaliyyət göstərmələrinə
şərait yaradıb.
Qeyd etdiyimiz kimi gənclər sahəsində
fəaliyyət göstərən
QHT-lərin Milli Şura ətrafında birləşməsi digər
sahələrdə fəaliyyət
göstərən QHT-lərin
də oxşar strukturlarda birləşməsinə
belə demək mümkündürsə, stimul
olub.
Diqqətəlayiq haldır ki, ölkə QHT-lərinin böyük bir hissəsi, az
qala dördə biri, bilavasitə Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
yaratdığı nəticə
və fəsadların
aradan qaldırılmasına
yardım etmək üçün çalışır.
Yeri gəlmişkən,
cənab Prezident İlham Əliyevin 27 iyul 2007-ci il
tarixli sərəncamı
ilə təsdiq edilmiş QHT-lərə dövlət dəstəyi
Konsepsiyasında dövlətin
ilk növbədə maliyyə
dəstəyi göstərəcəyi
on beş əsas fəaliyyət istiqamətindən
ilk üçü məhz
münaqişədən zərər
çəkmiş insanlara
bu və ya digər hüquqi,
maddi və mənəvi yardımın
göstərilməsini nəzərdə
tutur.
Bununla yanaşı, Azərbaycan
formalaşmaqda olan gənc bir dövlət
kimi, ölkənin dünya birliyinə inteqrasiya olunmasına, cəmiyyətdə siyasi-hüquqi
və vətəndaş
mədəniyyətinin formalaşdırılmasına,
insan, hüquq və azadlıqlarının
təmin edilməsinə,
söz, fikir və iradə azadlığının genişlənməsinə,
habelə regionların
sosial-iqtisadi inkişafının
təmin edilməsinə,
təhsil, elm texnika, mədəniyyətin və
incəsənətin inkişaf
etdirilməsinə, əhalinin
sağlamlığının və ətraf mühitin qorunmasına, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafına ciddi diqqət yetirməyə bilməz.
Azərbaycan dünyanın siyasi-geostrateji
baxımdan çox həssas nöqtəsində
yerləşdiyi və
şərqlə qərbin
ciddi maraqlarının
qarşılaşdığı nöqtədə olduğu
üçün burada
bütün növ fəaliyyət istiqamətləri
üzrə çalışmaq
istəyən QHT-lərin
ortaya çıxması
təəccüblü görünmür. Hakimiyyət orqanlarını
və QHT birlikləri
cəmiyyətə sağlam
təşkilatlanma üçün
verilən azadlıqlardan
sui-istifadə hallarına
qarşı çıxmağa
həmişə özündə
təpər tapmalıdırlar.
Ancaq bütövlükdə götürəndə,
ölkənin QHT sektoru
istər-istəməz cəmiyyətin
sağlam meyllərinə
tərəfdar çıxmağa
və bu sahədə hüququn alilik prinsipini əsas tutan quruluş yaratmağa istiqamətlidir. Belə fəaliyyət
QHT-ni vətəndaşla
dövlət arasında
mühüm və əvəzedilməz bir vəsiləyə çevirməklə
yanaşı, yeri gəldikdə, ona vətəndaşı və
ayrı-ayrı toplumları
inzibati aqressiyadan qoruya bilən bufer mütəhərrikliyi
verir. Mütəxəssislərin fikrincə, Azərbaycanda
güclü hüquq müdafiəsi sisteminin yaranması bu gün reallığın
diktə etdiyi zərurətdən doğur.
Təkcə Ombudsman aparatının
formalaşdırılması QHT fəaliyyətində insan
haqları və azadlıqlarının müdafiə
edən neçə-neçə
yeni təşkilatın
yaranmasına səbəb
oldu: belə ki, cəmiyyət dövlət inzibatçılığının
bəzən özünü
doğrultmayan sərtliklərinə
və amansızlıqlarına
qarşı mübarizədə
bir növ, dövlətin özünün
də maraqlı olmasını hiss etdilər
və ümumi mübarizə həmrəyliyindən
ruhlanaraq, yeni-yeni təşkilatlarda birləşməyə
başladılar. Heç
kim bu
gün həmin prosesin sona çatmaqda
olduğunu təsdiq edə bilməz, yəni proses davam etməkdədir.
Azərbaycanda QHT fəaliyyətinin vacib sahələrindən biri də media, söz və fikir azadlıqlarını
əhatə edir. Mətbuatımız ad və çeşid baxımından çox rəngarəng görünsə
də, burada mütəmadilik və obyektivlik qanunlarına dəqiq riayət edən ciddi informasiya vasitələri çox deyil. Media sahəsində QHT-lərin həyata keçirdiyi həm jurnalist hüquqlarının
qorunması sahəsində,
həm də bütövlükdə media fəaliyyətinin
mütəmadi olaraq qiymətləndirilməsində bəzi QHT-lər fəallıq göstərir.
Qeyd etmək lazımdır ki, ölkədə
KİV qeydiyyatının son dərəcə sadələşdirilməsində,
faktiki olaraq arzu edən hər kəsin informasiya vasitəsi təsis etmək hüququnun reallaşdırılmasında
QHT-lərin rolu böyük olub. Azad informasiya yayımına
malik olan ölkədə heç bir avtoritarizm və tarixin səhnəsindən silinmiş
digər növ antidemokratik meylli idarəçilik formaları
tətbiq oluna bilməz.
QHT fəaliyyətinin önəmli sahələrindən
biri kimi uşaq, gənclər və qadın təşkilatlarının yerinə
yetirdiyi missiya qeyd edilməlidir. Müvafiq dövlət
strukturları və beynəlxalq təşkilatlarla
sıx əlaqədə
çalışan bu
yönlü QHT-lərin
mövcudluğu öz-özlüyündə
vətəndaş cəmiyyətinin
möhkəmləndirilməsinə xidmət edir. Ayrı-ayrı vətəndaşlarla və lokal toplumlarla
işləyən bu
QHT-lər dövlət
orqanlarından fərqli
olaraq, cəmiyyətdə
məhz vətəndaş
həmrəyliyini və
vətəndaş fəallığını
artırır, insanların
qayğı və problemlərinin başqaları
ilə bölüşməsinə
şərait yaradır.
QHT-lərin bir institut olaraq Azərbaycan Respublikasının
qanunvericiliyində təsbit
olunmasını analiz
edərkən bəlli
olur ki, onların ölkənin ictimai-siyasi həyatında
hər-tərəfli iştirakı
üçün kifayət
qədər hüquqi
baza mövcuddur. Belə ki, yuxarıda
qeyd olunan qanunlarla yanaşı,
qeyri-hökumət təşkilatları
seçki qanunvericiliyinə
uyğun olaraq, Azərbaycan Respublikasında
keçirilən prezident, Milli Məclis və bələdiyyə seçkilərini
müşahidə edə
bilərlər.
Bundan başqa
qeyri-hökumət təşkilatları
prezident və bələdiyyə seçkiləri
haqqında qanunlara uyğun olaraq seçki komissiyalarının
formalaşmasında da
iştirak edə, həmçinin müvafiq
qanuna əsasən, yığıncaqlar, toplantılar
keçirə bilərlər.
“Kütləvi informasiya
vasitələri haqqında”
qanuna əsasən qeyri-hökumət təşkilatları
kütləvi informasiya
vasitələri təsis
etmək hüququna malikdirlər. Elə Azərbaycanın bugünkü gerçəkliyi
də QHT-lərin qanunun bu müddəasından
fəal istifadə etmələrini sübuta yetirir.
“Əlilliyin qarşısının
alınması, əlillərin
reabilitasiyası və
sosial müdafiəsi haqqında” qanuna əsasən dövlət
orqanları və təsərrüfat təşkilatları
qanunvericilikdə nəzərdə
tutulan hallarda əlillərin ictimai təşkilatlarının mənafeyinə
toxunan məsələləri
əlillərin müvafiq
ictimai təşkilatlarının
iştirak və ya razılığı ilə həll edirlər.
“Ətraf mühitin mühafizəsi haqqında” qanuna görə qeyri-hökumət təşkilatları ətraf mühitin mühafizəsi ilə əlaqədar olaraq, özlərinin ekoloji proqramlarını işləyə və təbliğ edə, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə edə, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirə, ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak edə, inzibati və məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsinin, o cümlədən ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərən təsərrüfat fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti və daimi dayandırılmasını tələb edə, müvafiq orqanlar və məhkəmələr qarşısında iddia qaldıra bilərlər və s.
Azərbaycan dünyanın siyasi-geostrateji baxımdan çox həssas nöqtəsində yerləşdiyi və şərqlə qərbin ciddi maraqlarının qarşılaşdığı nöqtədə olduğu üçün burada bütün növ fəaliyyət istiqamətləri üzrə çalışmaq istəyən QHT-lərin ortaya çıxması təəccüblü görünmür. Hakimiyyət orqanlarını və QHT birlikləri cəmiyyətə sağlam təşkilatlanma üçün verilən azadlıqlardan sui-istifadə hallarına qarşı çıxmağa həmişə özündə təpər tapmalıdırlar. Ancaq bütövlükdə götürəndə, ölkənin QHT sektoru istər-istəməz cəmiyyətin sağlam meyllərinə tərəfdar çıxmağa və bu sahədə hüququn alilik prinsipini əsas tutan quruluş yaratmağa istiqamətlidir.
Bütün qeyd olunanları yekunlaşdıraraq demək olar ki, qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün bütün qanuni prosedurlar nəzərdə tutulub. Qanunlara edilən əlavə və dəyişikliklərlə zaman-zaman mövcud boşluqlar, qüsurlar da öz müsbət həllini tapır. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə yeni tələblər ortaya çıxır və bu da öz növbəsində ölkəmizdə qeyri-hökumət təşkilatlarının qanunvericilik bazasının təkmilləşdirilmsini zəruri edir. Şübhəsiz ki, Azərbaycan dövləti cəmiyyətin rifahı üçün müəyyənləşdirdiyi vəzifələri yerinə yetirdikcə QHT-lərin də fəaliyyətini nəzərə alacaq və qarşılıqlı anlaşma səviyyəsində qurulan belə əməkdaşlıq getdikcə daha böyük sahələri əhatə edəcək.
AQİL
525-ci qəzet.- 2014.- 7 iyun.- S.30.