Mərdliyin profilləri - Con F. Kennedi
İngiliscədən Telman Orucov tərcümə
edib
(Əvvəli
ötən şənbə sayımızda)
İyirminci əsrdə bu təkcə siyasi mərdlik əhvalatları
deyildi, yəqin ki, hətta ən görkəmli və ya
mühüm əhəmiyyətə malik olmaq da deyildi. Həm də
Senatın təbiətinin dəyişməsi, onun işi və
üzvləri elə görünürdü ki, təkrar olunma
azalır, bu isə millətə böyük, lakin populyar
olmayan prinsiplərin müdafiəsi uğrunda dayanmağa ilham
verir. Güman ki, biz hələ də o
vaxta çox yaxınıq ki, onlar tarixi perspektivdən daha
çox ayrılan hərəkətlərin arasında
hansısa bir gün siyasi mərdlik salnaməsində məlumatın
ləyaqəti kimi öz möhürünü vuracaqdır.
Güman ki, iyirminci əsrin Senatoru Edmund Ross və
Tomas Hart Benton üslubunda hərəkət etməklə bir təməl
məsələyə görə öz bütöv gələcəyini
risk altında qoymayacaqdır. Güman ki, bizim siyasi mərdliyə
aid müasir hərəkətlərimiz Sem
Hyustonun və Con Kvinsi Adamsın karyerasını
dağıdan üslubda qalxmayacaqdır. İndiyədək,
nə vaxt ki, biz qət edirik ki, Senatoru məhkum edən qəzet
bu gün minlərlə dəfə çoxlu seçicilərə
çatacaqdır. Necə ki, Deniel Uebsterin
bütün məşhur və aydın yalvarışları
bir yerə qoyulurdu, iyirminci əsrin siyasi mərdliyinin bu əhvalatları
drama xarakteri alacaqdır, həyəcanın və ilhamın
isə hamısı onların özününkü
olacaqdır.
VIII
Corc Norris
“Mən vətənə
gəlmişəm ki, sizə həqiqəti deyim”
1910-cu ilin
erkən vaxtlarında, düz qış günortasının
saat 1-ində Pennsilvaniyadan olan nümayəndə Con Dalzell
Spiker kürsüsünü tərk edib Kapitoli restoranında
gündəlik bir fincan kofesini içmək və bir
parça piroqunu yemək üçün Nümayəndələr
Palatasının zalından çıxdı. Onun
gedişi adi qaydada olan kimi deyildi – çünki Spiker postundan
palatanı idarə etməkdə birinci köməkçi
olmaqla zalı daim dəqiq olan bir saatda tərk edirdi və demək
olar ki, yerini Ayovadan olan nümayəndə Uolter Smitə
verirdi. Lakin həmin xüsusi yanvar
günortasında nümayəndə Dalzellin cərgələr
arası ilə pırpız başla, qara saya kostyumda və
kiçik ayaqqabı bağı kimi qalstukdakı gedişi
nümayəndələr tərəfindən məmnunluqla
müşahidə olunurdu. Və Spiker
köməkçisi palatanın qapısına çatanda, bu
vaxt Nebraskadan olan Respublikaçı Nümayəndə Corc
U.Norris Nümayəndə Smitin yanına gəlib xahiş etdi
ki, əgər mümkünsə iki dəqiqə onu dinləsin.
Aparıcı Respublikaçı, Kannon-Dalzell qrupunun
üzvü olan Smit həm də Norrisin dostu olduğundan,
razılaşdı.
Onun təəccübünə
bu səbəb oldu ki, nümayəndə Norris o vaxt müzakirədə
olan qətnamənin düzəldilməsini istəyirdi, – qətnamə
Ballincer-Pinçot danışığı disputunu təhqiq
etmək üçün birgə komitə tərəfindən
tələb olunmuşdu – bütöv Nümayəndələr
Palatası təhqiqat komitəsini təyin etməyi vacib
sayırdı, buna qədər isə adətən belə seçim aparmaq səlahiyyətləri
Spikerə verirdi.
Paj oğlanlar Kannon və Dalzelli tapmaq üçün
ora-bura qaçırdılar. Dərəcəsinə görə
bu, üsyan idi – ilk cəhd idi ki, “çar” Kannonun əvvəlcədən
qeyri-məhdud hakimiyyətini məhdudlaşdırsın! Lakin Norris israr edirdi ki, onun bütünlüklə
arzuladığı yalnız düzgün təhqiqatın
aparılmasıdır, heç də administrasiyanın
düzəltdiyi bir şeyin qəbul edilməməsidir.
Pinçot tərəfdarları Respublikaçıların
üsyançı yoldaşlarına və xüsusilə
bütün Demokratlara qoşularaq o, düzəlişin 146 səsə
qarşı azacıq səs çoxluğu və ya 149 səslə
qəbul olunmasına nail olmuşdular.
Bu qüdrətli Spikerin heç vaxt
ağrısını çəkmədiyi, ilk dəfə
olaraq yerinə oturdulması idi və o, and içdi ki, bunu
heç vaxt unutmayacaqdır. Lakin Corc Norris
üçün təhqiqat qətnaməsi üzrə qələbə
yalnız ilkin addım idi. Çünki köhnəlmiş
qara pencəyinin döş cibində illərlə əvvəl
layihəsi hazırlanmış bükülü qətnamə
var idi – qətnaməyə görə Nümayəndələr
Palatası Spikerdən daha çox Qaydalar Komitəsinin
özünün üzvlərini təyin etməli idi, bu komitə
isə bütünlüklə palataya proqramı diqtə
edirdi və həm də ona bütövlüklə Spiker tərəfindən
ağalıq edilirdi.
1910-cu ilin Müqəddəs Patrik günündə (Bu
bayram martın 17-də qeyd edilir. İrlandiya apostolu,
orada missioner fəaliyyəti göstərmiş Müqəddəs
Patrikin (385-461-ci illər) xatirəsinə həsr olunur – tərcüməçi)
Norris “çara” müraciətini etmək üçün
qalxdı. Yalnız bir neçə dəqiqə əvvəl,
Kannon əhalinin siyahıya alınması barədə qanun
layihəsini öz kohortası (kohorta – qədim Romada legionun
bir dəstəsi idi, sonralar imperatorların devrilməsində
və yenilərinin hakimiyyətə gətirilməsində
mühüm rol oynamışdılar – tərcüməçi)
tərəfindən irəli sürülməsini idarə
etmişdi, bu, Konstitusiyaya görə üstünlük əldə
etmək idi və qaydadan kənar kimi qiymətləndirilə
bilərdi, buna görə də sənəd əhalinin
siyahıya alınmasını onların öz əllərinə
keçirməsinə imkan verirdi. Norris dedi: “Mister Spiker, mən
Konstitusiyanın üstünlük verdiyi qətnaməni təqdim
edirəm”. “Centlmen onu təqdim edəcəkdir” – deyə Kannon
özündən razı qaydada cavab verdi,
o, başlanan hücumdan hali deyildi. Və Corc
Norris öz pencəyinin cibindən bükülmüş
kağızı çıxardı və məmurdan xahiş
etdi ki, onu uca səslə oxusun.
Respublikaçıların liderliyini panika
bürüdü. Qarderobdakı danışıqlar əvvəlcədən
Norrisin təklif etdiyi qətnamənin təbiətini göstərirdi
– lakin bu, adi sadə Respublikaçılar arasında nifrətamiz
əyləncə subyekti idi, onlar bilirdilər ki, Qaydalar Komitəsinin
özündə hakimiyyət həmişəlik dəfn ediləcəkdir.
Bu vaxt Kannonun özünün idarə etdiyi və
dostlarının dəstəklədiyi əhalinin siyahıya
alınmasına dair qərar layihəsi Norrisə verilmişdi
və onun qətnaməsi aydın surətdə Nümayəndələr
Palatasının idarə etməsinə dair Konstitusiyanın
verdiyi səlahiyyətə əsaslanırdı – özü də
Norrisə açıq qaydada Nebraska Konqresmeninin bütün
üsyançıları və Demokratik qüvvələri
vasitəsilə verilmişdi. Kannon və onun
köməkçiləri parlament manevrlərinin əsl
ustaları idilər və onlar tezliklə güzəştə
getməyə hazır deyildilər. Onlar təxirə
salmağa, fasilə verməyə, kvorumu mümkünsüz
etməyə cəhd edirdilər. Onlar qətnamənin
imtiyazlı olub-olmamasının müzakirəsini davam
etdirirdilər, bu vaxt partiya Müqəddəs Patrik
günü paradından ehtiramlı qaydada geri
qayıdırdı. Onlar Nümayəndələr
Palatasını daimi sessiyada saxlayırdılar, yaxşı təşkil
olunmamış inqilabçıları dağıtmağa
ümid edirdilər. Bütün gecə
uzunu üsyançılar öz yerlərində
oturmuşdular, onlar zalda mürgüləmək də istəmirdilər,
çünki qorxurdular ki, onlar olmayanda Kannon qəflətən
palatanı özü bildiyi kimi idarə edəcəkdir.
Nəticədə, bütün qorxuzma və kompromiss cəhdləri
uğursuzluğa uğradı. Spiker Kannon gözlənildiyi kimi, qətnaməni
müzakirədən çıxarmaq göstərişini verdi; və Norris o saat qətnaməni irəli
sürdü. 160 səsə qarşı 182 səslə
Demokratlar və üsyançı Respublikaçılar Spikerə
üstün gəldilər və çox səs verilməklə
Norris qətnaməsi – artıq Demokratik dəstəyi
çıxarmaq üçün olan düzəlişə məruz
qalmışdı – qəbul edildi. Nümayəndələr
Palatasının tarixində ən rəhmsiz və kübar
Spiker öz istefasına razı oldu; lakin Corc Norris həmin vəzifədə
diktator hakimiyyətinə qarşı axıradək
mübarizəni təkid etsə də, nəinki fərdi cəzaya
tərəfdar deyildi, hətta istefanın qəbul edilməsi əleyhinə
səs verdi. İllərlə sonra Kannon
ona belə deməli oldu:
“Norris, bizim ziddiyyətimiz boyunca mən sənin
düzgün olmayan məsələlərin barədə sadə
bir misalını azı yada salmaq istəmirəm. Mən sənin
tərəfdarlarından çoxu haqqında bunu deyə bilmərəm;
və mən sənə demək istəyirəm ki, indi əgər
sənin lənətlənmiş bandanın hansısa bir
üzvü Senata seçilsə, mən onların hər
birindən daha çox sənə üstünlük verərdim”.
Kannonizmin devrilməsi konservativ Respublikaçı liderlərin
hökumət və millət üzərində həyata
keçirdiyi nəfəsi boğma əməliyyatını
aradan qaldırdı; və bu, həmçinin Nebraskadan olan
nümayəndələrin onun əlindən əvvəlcədən
aldığı himayəçiliyə də son qoydu. Nümayəndələr
Palatasının Spikeri vəzifəsi – “Çar” belə
hakimiyyətə malik idi, bəzi hallarda özünü
Prezidentin hakimiyyətinə və bütövlükdə Birləşmiş
Ştatlar Senatının hakimiyyətinə bərabər
olmağa çox yaxın kimi göstərirdi. Bu hakimiyyət partiyanı bütün gözləmələrdən
yuxarıda qoyurdu, partiyanın loyallığını, himayəçiliyini
və siyasi təşkilatlarını
qidalandırırdı. Bu elə bir hakimiyyət idi ki,
ölkənin Şərqdən kənarda olan bütün hissələrində
artan bir etibardan düşmənin əksinə, bir neçə
il ərzində diqqət verilməyən
olaraq qalırdı. Lakin “mövqesiz bir adam”,
naşirin izah etdiyi kimi: “Vaşinqtonun heç vaxt
tanımadığı ən qüdrətli siyasi
maşına birləşmiş 200-ə qarşı,
onların öz oyununda iki dəfə məğlub oldu. Mister
Corc Norris tanınmağa və müşahidə edilməyə
layiq adam idi”.
Corc U.Norris ləyaqətli müşahidəçi idi, çünki Senatdakı onun sonrakı karyerası, oraya o, Kannon üzərindəki zəfərindən az sonra seçilmişdi, ona Amerikan siyasi həyatının şəxsiyyətlərindən biri reputasiyasını qazandırmışdı. Kannonizmin devrilməsi Nebraskada hamı tərəfindən, lakin az sayda möhkəm partiya üzvləri tərəfindən bəyənilmişdi. Buna baxmayaraq, gənc Konqressmendən nəhəng igidlik və öz partiyasının möhkəmlənmiş liderlərinə hücum üçün müəyyən liderlik xüsusiyyəti və öz rahatlığını və partiyada loyallığın gətirdiyi müttəfiqləri qurban verməyə hazır olmağı tələb edirdi. Senatda o, dəfələrlə öz partiyası ilə, həm də seçiciləri ilə əlaqəsini kəsmişdi. O, nəhayət elan etdi:
“Mən Konqressin provokatoru, qulu, nökəri və ya kiminsə vassalı kimi döyüş arabasında gəlməkdənsə, qoy o, lap öz sahibkar və qanunvericiliyin idarə olunmasında menecer və ya böyük millətin hökmdarı olsun, təmiz vicdanla öz siyasi qəbrimə düşərdim... Mən dostlarım və düşmənlərim tərəfindən bir öz məsləkimə sədaqətli qalan kimi, öz borcum kimi bildiyimdə heç vaxt büdrəməyən kimi xatırlanmaqla, sakit qəbirdə uzanmaq istərdim, nəinki o qədər yaşayım ki, hər iki fraksiyanın etimadından məhrum olan köhnə və yaşlı adam olum”.
Bu, idealist, müstəqil insanın, döyüşçünün sözləri idi – dərin əqidənin, qorxmaz igidliyin, səmimi vicdanlı adamın – Nebraskadan olan Corc U.Norrisin sözləri idi. Biz özümüzü belə göstərməyəcəyik ki, guya o, səhvi olmayan ləyaqət timsalı idi; əksinə, o, bir təsadüfdən daha çox öz düşüncələrində emosional, öz məhkum etmələrində söyüşcül, məsələnin layiq olduğu nöqtəsinə atəşi təmərküzləşdirmək əvəzinə, sərt və şişirdilmiş şəxsi hücumu qurmağa daha çox meyl edirdi. Lakin heç kəs onu düz olmaq düşüncəsindən, bütün adamlara kömək etmək qətiyyətindən, onları yoxsulluğun və müharibənin ekiz faciələrindən xilas etmək ümidindən uzaqlaşdıra bilməzdi.
Corc Norris öz yeniyetməliyindən yoxsulluğun faciəsinə yaxşı bələd idi. Corcun yalnız dörd yaşı olanda atası ölmüşdü, onun yeniyetməliyi anası və on bacısı üçün Ohayodakı kötüklərlə dolu ferma torpaqlarında külünglə ruzi qazanmağa məhkum olmuşdu. O, həmçinin çətinliklə xatırladığı qardaşının vaxtsız ölümündən müharibənin dəhşətlərini bilirdi, lakin onun ilhamlı məktubu – öz ölümündən əvvəl yaralı əsgərin yazdığı məktub gənc Corc tərəfindən illərlə yüksək qiymətləndirilirdi. 1917-ci ildə millət Avropa münaqişəsi həddində titrəyəndə, Corc Norris öz anasının dərdini unutmadı, anası isə müharibəyə nifrət edirdi.
Kənd müəllimi, kiçik şəhərin vəkili, yerli ittihamçı prokuror və hakim kimi Corc Norris Nebraskanın və Qərbin əhalisini tanımalı oldu, bu vaxt o, fermalardan istifadə hüququnun ləğv edilməsinin artan nümunələrini, evlərini itirənlərin və ferma işçilərinin şəhərə üz tutmalarını və işsiz qalmalarını görmüşdü.
(Ardı var)
525-ci qəzet.-
2014.- 7 iyun.- S.22.