Tələbə rəssam Orxan Əhmədovun fərdi sərgisi açılıb

 

“Art Villa” qalereyasındaBirliyə Doğruİctimai Birliyinin (İB) təşkilatçılığı ilə 1 iyunUşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbəsi Orxan Əhmədovun fərdi sərgisi açılıb.

İB-dən verilən məlumata görə, sərgidə Orxan Əhmədovun son bir ildə yaratdığı işlər nümayiş olunub.

Qeyd edilib ki, sərginin 1 iyunUşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunması təsadüfü deyil. Məqsəd cəmiyyətdə internat məktəbini bitirən uşaqlar haqqında stereotiplərin aradan qaldırılması, istedadlı gəncimizi cəmiyyətə tanıtmaq bununla hər kəsin uğurlu yolu ola biləcəyini vurğulamaqdır.

 

S. ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 7 iyun.- S.21.