Niyazinin mənzil-muzeyində Lütfiyar İmanov
anılıb
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində
SSRİ Xalq artisti Lütfiyar İmanovun 85 illik yubileyi münasibətilə tədbir
keçirilib. Mərasimdə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov
və Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək
görkəmli opera müğənnisinin
zəngin yaradıcılıq
yolundan söz açıb: “1957-ci ildə
Asəf Zeynallı adına Bakı
musiqi məktəbini bitirən L.İmanov dövlət estrada orkestrində, sonralar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
1958-ci ildə gənc
müğənni SSRİ Xalq
artisti, bəstəkar
Niyazinin diqqətini cəlb edib, ona Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Koroğlu rolunu oynamaq təklif olunub”.
L.İmanov 1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında Koroğlu rolunu oynayıb. Qeyd edilib ki, sənətkarın xarici ölkələrə qastrol
səfərləri 1960-cı ildə Hindistandan başlayıb. L.İmanov həmin
ildə hind mahnılarını
Azərbaycan dilinə
çevirərək, Hindistanda
hər iki dildə ifa edib. Görkəmli müğənni Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə və digər ölkələrdə
də konsertlər verib.
Tədbirdə L.İmanovun iştirak etdiyi “Koroğlu”, “Vaqif”, “Otello” operalarından görüntülər
nümayiş etdirilib. Mərasim konsert
proqramı ilə davam etdirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 7 iyun.- S.17.