YUNESKO-nun Baş Direktoru İrina Bokovanın İlyas Əfəndiyevin anadan olmasının yüz illik yubileyinin qeyd edilməsi münasibəti ilə söylədiyi nitq

 

YUNESKO-nun Baş Direktoru İrina Bokovanın İlyas Əfəndiyevin anadan olmasının yüz illik yubileyinin qeyd edilməsi münasibəti ilə söylədiyi nitq 

Bu il mayın 19-da YUNESKO-nun Baş qərargahında XX əsr Azərbaycan ədəbiyyatı klassiki, böyük nasir dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi təntənəli surətdə qeyd edildi. Ədibin həyat yaradıcılığını əks etdirən sərginin açılışı oldu, Xalq yazıçısı haqqında film nümayiş etdirildi, rəsmi hissədən sonra incəsənət xadimlərimiz böyük konsert proqramı ilə çıxış etdilər. Görkəmli  ədəbiyyat   mədəniyyat xadimlərinin, diplomatik korpusun, eləcə həmvətənlərimizin iştirakı ilə keçirilən tədbirdə YUNESKO-nun Baş direktoru xanım İrina Bokova çıxış etdi. Həmin çıxışın ədəbiyyatımız  üçün əhəmiyyətini nəzərə alaraq, oxuculara təqdim edirik.

Cənab Elçin Əfəndiyev, Azərbaycan Baş nazirinin müavini!

Cənab Anar Kərimov, Azərbaycan Daimi Nümayəndəliyinin müavini!

Hörmətli qonaqlar!

Xanımlar cənablar!

YUNESKO-da İlyas Əfəndiyevin anadan olmasının yüz illik yubileyinin qeyd edilməsi münasibəti ilə sizləri salamlamaqdan şərəf duyuram. Azərbaycanın Baş nazirinin müavini, cənab Elçin Əfəndiyevə bizi burada öz iştirakı ilə məmnun etdiyinə görə minnətdarlığımı bildirirəm. İlyas Əfəndiyev görkəmli dramaturq yazıçı olub,  bundan da vacibi  isə onun böyük ziyalı humanist bir insan olmasıdır. Onun yaradıcılığı Azərbaycan cəmiyyəti  üçün  ilham mənbəyi bu gün hamımızı ruhlandıran sənət nümunəsidir.

İlyas Əfəndiyevin həyatı ədəbi irsi onun müasir cəmiyyətdə ideyalar yaradıcılıq baxımından paylaşdığımız dəyərlərin inkişafında oynadığı vacib rolu göstərir. Cəmiyyətlərdə böyük dəyişikliklərin baş verdiyi müasir dövr  bu rolun əhəmiyyətini daha da vurğulayır. Bu, YUNESKO-nun da təşviq etdiyi, dəstəklədiyi inkişaf etdirdiyi yoldur.

İlyas Əfəndiyev bütün həyatını yaradıcılığa həsr etmiş, pyeslər, romanlar, hekayələr yazmışdır. O, dövrün qadağalarına baxmayaraq heç bir mövzudan çəkinməmiş yenilikçi sənəti forması, bədii-psixoloji xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında  dərin iz qoymuşdur.

Onun əsərlərinin  gücü qadirliyə, onu ruhlandıran mənəvi  dəyərlərə, azadlıq, tolerantlıq insan hüquqlarının bərqərar olmasına əsaslanır. Özünün dediyi kimi:“ Yazıçının böyük ürəyi, yüksək insani keyfiyyətləri olmalıdır. Ancaq bu halda yazıçı insanları  duyğulandıra, onlarda məhəbbət   mərhəmət hissləri oyada bilər”.  

İlyas Əfəndiyev  böyük ürək sahibi olub. Bu sözlər bu gün öz qüvvəsini saxlamaqdadır. Belə ürək sahibləri inkişaf, dialoq, sosial birlik naminə ədalətli azad cəmiyyətlərin qurulmasında iştirak edən insanların gücünü daha da artırır. Bu ideyalar YUNESKO-nun fəaliyyətinin məğzini ifadə edir.

Cənab Elçin Əfəndiyev, bilirəm ki, sizin bir yazıçı kimi yaradıcılığınızda  atanızın irsi çox əhəmiyyətli olub.

Siz özünüz Azərbaycan ədəbiyyatının yaşayan klassikisiniz, dünyada tanınmısınız.  Siz 16 yaşınızdan  yaradıcılıqla məşğulsuz 100-dən çox kitab yazmısınız, bunlar 20-dən çox dilə tərcümə edilib bildiyimə görə bu yaxınlarda LondondaMənim sevimli dəlimtamaşanız təqdim olunub. Sizin bu gün bizimlə birlikdə olmağınız Azərbaycanda sənətə verilən qiymətin təzahürüdür. Azərbaycanda sənətvətəndaşlığı, insaniyyətliyi, həmrəyliyi möhkəmləndirən, insanları, cəmiyyətləri yeniləndirən vasitələrdən biridir.

Bu axşam qeyd etdiyimiz yubiley elə bunun ifadəsidir.

Xanımlar cənablar!

İlyas Əfəndiyev  sənəti bütün Mərkəzi Asiyada ədəbiyyat, mədəniyyət elm mərkəzi kimi tanınan Azərbaycanın bu sahədəki zəngin tarixi ənənələrini davam etdirərək, Azərbaycan ədəbiyyatına teatrina yeni bədii nəfəs gətirib.

Azərbaycanın tarixi qədim İpək Yolunun tarixidir. Bu tarix sənət, innovasiya, mədəniyyətlərin dialoqu kimi möhtəşəm mədəni rəngarəngliyin tarixidir. Ötən il Bakıda  mədəniyyətlərarası dialoq mövzusunda  keçirilən beynəlxalq Forumda iştirak etdiyim zaman mən özüm bunun canlı şahidi olmuşam.

Xüsusi qeyd etmək istərdim ki, bu işdə Azərbaycanın birinci xanımı, bizim  xoşməramlı səfirimiz Mehriban xanım Əliyevanın  böyük xidmətləri var.

Ötən ilin dekabrında Bakıda qeyri-maddi sərvətlərin mühafizəsi üzrə Hökümətlərarası Komitənin təşkil olunması Azərbaycanın  ümumbəşəri sərvətlərin  mühafizəsi naminə götürdüyü öhdəliklərin dərinliyini əks etdirir.

Mən Daimi nümayəndəliyə mədəni tədbirlərin təşkilində göstərdiyi fəallıq, o cümlədən bu axşamkı zəngin mədəniyyət hadisəsi üçün öz təşəkkürümü bildirirəm. İnstrumental musiqi, xalq mahnıları, rəqs fotoşəkillər hamısı, İlyas Əfəndiyevin şərəfinə  nümayiş etdirilir bu, bizim birlikdə fərəhlə seyr etdiyimiz mədəni müxtəlifliyin bariz nümunəsidir.

Təşəkkür edirəm!

YUNESKO, Paris,

19 may 2014-cü il

 

525-ci qəzet.- 2014.- 7 iyun.- S.16.