Fransada azərbaycanlı pianoçunun adına beynəlxalq müsabiqə keçirilib

 

 

Fransada yaşayan həmyerlimiz Adilə Əliyevanın adına pianoçuların 9-cu beynəlxalq müsabiqəsi təşkil edilib.

 Hər iki ildən bir Fransanın Qayar şəhərində keçirilən müsabiqə Fransa hökuməti müxtəlif sponsorların dəstəyi ilə baş tutub.

Müsabiqədə ABŞ, Avropa ölkələri, Braziliya, Yaponiya, Cənubi Koreya, Çin digər ölkələrin musiqiçiləri təmsil olunub. Adilə Əliyevanın rəhbərliyi ilə tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti 255 səs yazısı arasından 36 nəfəri seçərək, yarımfinal finalda iştirak etmək üçün Qayara dəvət edib.

 Adilə Əliyeva adına pianoçuların 9-cu beynəlxalq müsabiqəsinin qalibləri bir çox tanınmış müsabiqələrin laureatlarıdır. Müsabiqənin laureat diplomantları Fransa, Almaniya, Rusiya, İngiltərə, həmçinin Azərbaycanın istedadlı pianoçuları olub.

 Yekun konsertdə şəhərin meri, Fransa parlamentinin deputatları, Azərbaycan səfirliyinin diasporunun nümayəndələri iştirak edib. Müsabiqə Fransa, İsveçrə, Rusiya mətbuatında geniş işıqlandırılıb. 

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti, istedadlı pianoçu Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində dünyaya gəlib, sonradan Moskvaya köçərək orada Çaykovski adına Moskva Konservatoriyasını bitirib.

 

525-ci qəzet.- 2014.- 10 iyun.- S.7.