Moskvada Fərhad Bədəlbəylinin rəhbərliyi ilə konsert keçirilib

 

 

Rusiya paytaxtında Azərbaycanın məşhur pianoçusu bəstəkarı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli tanınmış dirijor Dmitri Yablonskinin rəhbərliyi altında "Moskva virtuozları" orkestrinin konserti keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konserti izləyənlər arasında Azərbaycanın Rusiyadakı fövqəladə səlahiyyətli səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycan Konqresi Rusiya Azərbaycanlı Gənclər təşkilatının nümayəndələri, habelə paytaxt sakinləri olub.

Paytaxt sakinlərinin böyük maraqla izlədiyi konsertdə Vaqif Mustafazadənin orkestr ilə fortepiano üçün konserti Fərhad Bədəlbəylinin ifasında səsləndirilib.

"Moskva virtuozları"nın "Şərq-Qərb" layihəsi çərçivəsində Şərq Qərb bəstəkarlarının əsərləri səslənib. Azərbaycan musiqisinin iki məşhur nümunəsi proqramın "Şərq" hissəsinin mərkəzində yer alıb. Milli klassikamızın şah əsərlərindən olan Fikrət Əmirovun Azərbaycan musiqi tarixində simli orkestr üçün ilk simfoniya olan "Nizami" əsəri Fərhad Bədəlbəylinin ifasında böyük marağa səbəb olub.

Proqramın "Qərb" hissəsini Y.Haydnın 76 nömrəli simfoniyası Astor Piassolanın "Buenos-Ayresdə ilin fəsilləri" dörd məşhur tanqosu səsləndirilib.

Qeyd edək ki, "Moskva virtuozları" orkestrı məşhur dirijor violonçel ustası Dmitri Yablonskinin rəhbərliyi altında çıxış edib. Bir çox Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edən maestro Qəbələdə Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biridir.

 

525-ci qəzet.- 2014.- 11 iyun.- S.7.