"Konstitusiyanın qəbulu Azərbaycanda
hüquqi dövlət quruculuğu
yönündə müstəsna addım oldu"
(Əvvəli ötən sayımızda)
Memarı
ulu öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyası
1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsində qəbul
edilib, 1995-ci il noyabrın 27-dən Milli Məclis tərəfindən
təsdiqlənərək qüvvəyə
minib. Xatırladaq ki, bu, müstəqil
Azərbaycanın ilk Konstitusiyasıdır.
1918-1920-ci illərdə 23
ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin
Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun
tarixi əsasən
SSRİ-nin tərkibində
olduğu dövrə
düşür. Azərbaycanın birinci Konstitusiyası
1921-ci ilin mayın
19-da I Ümumazərbaycan Sovetlər
qurultayında qəbul
edilib. Azərbaycan
SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına
uyğunlaşdırılıb, yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər
qurultayında qəbul
olunub. Azərbaycan SSR-in 1978-ci ilin aprelin
21-də qəbul edilmiş
son Konstitusiyası da əvvəlki Konstitusiyalar
kimi SSRİ Konstitusiyasına
uyğunlaşdırılmış şəkildə idi.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın
hazırlanması zərurəti
yarandı. Bunun üçün
Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə
verildi. 1995-ci il noyabrın 12-də
ümumxalq referendumu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası
Azərbaycan Respublikasının
dövlət quruculuğunun
əsasını qoydu.
Qeyd edək
ki, Azərbaycan Konstitusiyası həm də insan hüquq
və azadlıqlarına
geniş yer verilməsi ilə diqqəti çəkir. A.Mirzəzadə
hesab edir ki, Azərbaycan müstəqillik qazananda özünün keçdiyi
yolun demokratiya və insan azadlıqları
yolu olacağını
bəyan etməsini cəmiyyət birmənalı
şəkildə qəbul
etdi: "Ancaq faktiki olaraq bu fəaliyyətə Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə başlanıldı.
İlk növbədə
elan edilən hüquq və azadlıqlarının reallıqda
təmin edilməsinə
böyük şərait
yaradıldı. Azərbaycanda
vətəndaşların təhlükəsizliyinin,
hüquq və azadlıqlarının təmin
edilməsinə dövlət
zəmanət verdi. Azərbaycan dövlətinin timsalında
özünün hüquqlarının
bir qoruyucusunu, müdafiəçisini gördü.
Aydın
məsələdir ki,
müstəqilliyə yeni
qədəm qoyan Azərbaycanın digər
dövlətlərin təcrübəsinə
böyük ehtiyacı
var idi. Bu baxımdan tək 1995- ci il ərəfəsində mövcud
olan hüquq və azadlıqların deyil, ondan xeyli
sonra da dəyişməz qalacaq prinsiplərin qəbuluna böyük bir ehtiyac var idi.
Heç
də təsadüf deyil ki, Azərbaycanın
Konstitusiyasının ilk maddələrindən
birində hakimiyyətin
mənbəyinin xalq olduğu vurğulanır.
Və bundan irəli gələrək Azərbaycan
vətəndaşının geniş spektrdə hüquq və azadlıqları var idi. Bu təhsil,
mənzil, istirahət,
sağlamlığın, təhlükəsizliyin
qorunması, ailəyə
sahib olması, xaricdə
Azərbaycan dövləti
tərəfindən hüquqlarının
qorunması və onlarla digər hüquq və azadlıqlardır".
Azərbaycan Konstitusiyasının özəlliyi
bundan ibarətdir ki, ölkədə hüquq və azadlıqlar sadəcə olaraq elan edilmir,
sözün əsl mənasında qorunur. Bunun nəticəsidir
ki, Azərbaycan Konstitusiyasında hüquq
və azadlıqlarla bağlı maddələr
dəyişilməz qalır
və daha çox gücləndirilir.
Konstitusiya dəyişikliyi zamanı Azərbaycanda İnsan Hüquqları İnstitutunun yaradılması,
Konstitusiya Məhkəməsinə
vətəndaşların müraciətlərinin
mümkünlüyü, vətəndaşların
şəxsi həyatının
toxunulmazlığı müddəaları
öz əksini tapdı. Ümumən götürdükdə bu gün dünyada
hüquq və azadlıqlara dair olan bütün anlayışlar Azərbaycan
Konstitusiyasında öz
əksini tapıb.
Millət vəkili deyib ki, dünya ölkələrinin konstitusiyaları arasında Azərbaycanın Əsas Qanunu xüsusi yer tutur. Azərbaycan Konstitusiyası öz mövqeyi ilə fərqlənir: "Birincisi, Konstitusiyamız baza prinsiplərinin dəyişilməzliyi ilə diqqəti cəlb edir. Yəni Azərbaycan Konstitusiyası 100 illərə hesablanıb. Bizim Konstitusiyamız Amerika, Avropa ölkələri Konstitusiyaları kimi özünün demokratik xarakterinin dəyişilməz olduğunu ortaya qoyub. Eyni zamanda cəmiyyətin inkişafından irəli gələn dəyişikliklər lazım gələndə referendum yolu ilə sənəddə öz əksini tapa bilər. Azərbaycan Konstitusiyasının üstünlüyü ondan ibarətdir ki, dövlət hakimiyyəti qollarının müstəqilliyi təmin edilir. Yəni bu gün hakimiyyətin qanunverici, icraedici və məhkəmə qolları hər biri müstəqildirlər və bu müstəqillik qanunda qorunur. Təsadüfi deyil ki, Azərbaycan Konstitusiyasında hakimiyyət qollarına münasibət məsələsi digər ölkələr tərəfindən maraqla qarşılanır və bir çox hallarda bu daha da öyrənilir. Azərbaycan Konstitusiyası eyni zamanda ölkədə konstitusiya hüququ məktəbinin formalaşmasına səbəb oldu. Bu gün konstitusiya hüququ üzrə mütəxəsislər hüquq elminə, onun genişlənməsinə töhfələr verir. Azərbaycan Konstitusiyasının əsasının möhkəm qoyulması, onun dövrün və cəmiyyətin tələblərinə cavab verməsi bundan sonra da həmişə fəaliyyətdə olacağı, cəmiyyətin qarşısında duran problemlərin həllinə hüquqi yardım olacağı və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edəcəyi birmənalıdır".
A.Mirzəzadə Azərbaycan Konstitusiyasının qəbulunun dövlət quruculuğunun sonrakı mərhələlərində roluna da toxunub: "İstənilən yeni müstəqillik qazanan dövlətin qarşısında duran ən böyük vəzifələrdən biri Konstitusiyanın qəbuludur.Bəzi dövlətlər onu həmin an həyata keçirərək, sonradan artıq təcrübədən gələn məsələlər Konstitusiyada əksini tapır. Yaxud da cəmiyyətdə həll olunası məsələlər ilk növbədə hüquqi şüarlar elan edilir. Azərbaycan Konstitusiyasının dövlət quruculuğunda ən böyük rolu ondan ibarətdir ki, ölkədə hüquqi dövlətin qurulması ilə həmin hüququn özünün yaradılması paralel getdi. Yəni praktikada olan Azərbaycan vətəndaşının qəbul etdiyi prinsiplər Konstitusiyada öz əksini tapdı. Bu gün Konstitusiya Azərbaycan dövlətinin fəaliyyət göstərməsinin əsas qarantıdır.Atılan bütün addımlar məhz Konstitusiyaya söykənərək həyata keçirilir. Azərbaycanın bu günü və sabahı məhz Əsas Qanunun tələblərindən, onun ifadə etdiyi hüquq və azadlıqların kompleksindən irəli gələrək həyata keçirilir. Birmənalı şəkildə demək olar ki, Konstitusiyanın qəbulu Azərbaycan dövlətçiliyinin möhkəmliyini, müstəqilliyinin əbədiliyini təmin etdi. Heydər Əliyevin vaxtilə Azərbaycan Konstitusiyasına verdiyi töhfələr onun Azərbaycanın inkişafına dair baxışlarının reallığa söykəndiyi və maraqlara cavab verdiyini sübut edir".
Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan 1993-cü ildə milli lider Heydər Əliyevin müəyyən etdiyi yol ilə inamla addımlayır: "Tarix sübut etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət ölkəmizin inkişafına, xalqımızın mənafeyinə tam şəkildə cavab verir. Xalqımız bu siyasəti birmənalı dəstəkləyir və onun alternativini görmür".
PƏRVANƏ
525-ci qəzet.- 2014.- 11 iyun.- S.6.