"Bakı: qeyri-adi foto" sərgilənir
Mədəniyyətin digər sahələri ilə yanaşı, fotoqrafiyanın da inkişafını qarşıya
məqsəd qoymuş
Bakı şəhər
Mədəniyyət və
Turizm İdarəsi gənc fotoqraflara daim öz dəstəyini
nümayiş etdirmək
və onların potensialını üzə
çıxartmaq üçün
davamlı layihələr
həyata keçirir.
İdarədən 525.az-a verilən məlumata
görə, bu sahədə növbəti
layihə öz milli koloritinə və təkrarolunmaz gözəlliyinə görə
dünyanın tanınmış
şəhərləri içərisində
layiqli yer tutmuş Bakının qədim və zəngin tarixinin qeyri-adi rakursdan təqdim edilməsi, həmçinin mədəni
irsinin qorunması və təbliğ olunması məqsədilə
keçirilmiş "Bakı:
qeyri-adi foto" adlı fotomüsabiqədir.
Müsabiqə Bakı şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı
ilə cari ilin mart-may aylarında keçirilib. Müsabiqənin məqsədi fotoqrafiya
vasitəsilə doğma
şəhərimizin müasirliyi
ilə tarixilik baxımından yeniləndiyinin
göstərilməsi, fotoqrafiya
sənətinin incəsənətin
yaradıcı növü
kimi təbliğ olunması, eyni zamanda, yeni istedadların
cəmiyyətə təqdim
edilməsidir.
Müsabiqənin qaliblərini beş nəfərdən
ibarət münsiflər
heyəti müəyyənləşdirib.
Müsabiqədə, ümumilikdə, 41 nəfər iştirakçının
fotolarına baxılıb.
Münsiflər heyəti bütün
texniki şərtlərə,
lazımi parametrlərə
və mövzuya uyğun olan 20 nəfər iştirakçının
50 fotosunu seçib.
Bunların içərisindən 3 nəfər qalibə fəxri fərman və pul mükafatları,
5 nəfərə isə
həvəsləndirici mükafatlar
veriləcək.
Müsabiqənin yekun nəticələri iyunun 13-də Müasir İncəsənət Mərkəzində
keçiriləcək təqdimat
mərasimində açıqlanacaq.
Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət kataloq hazırlanacaq və ilin sonunadək
Bakı şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
şəbəkəsinə daxil olan müəssisələrdə
qaliblərin işlərindən
ibarət səyyar fotosərgilər təşkil
ediləcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 12 iyun.- S.7.