Gənc ifaçıların III respublika müsabiqəsi qaliblərinin yekun konserti olub
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının
III respublika müsabiqəsi
qaliblərinin yekun konserti olub.
Konsertdən əvvəl mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva,
müsabiqənin münsiflər
heyətinin sədri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ramiz Quliyev
tədbirin əhəmiyyətindən
danışıblar. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev bütün sahələrlə
yanaşı, mədəniyyətimizin
və incəsənətimizin
inkişafına da daim böyük diqqət və qayğı göstərib.
Bu gün həmin
siyasət Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Həmçinin Azərbaycanın birinci xanımı,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin, incəsənətimizin
inkişafı və dünyada təbliği istiqamətlərində irimiqyaslı
layihələr həyata
keçirilir. Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın böyük zəhməti
sayəsində muğam,
aşıq və tar ifaçılıq sənətlərimiz
UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına
daxil edilib: " Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə cari ilin aprel-may aylarında keçirilmiş
müsabiqənin əsas
məqsədi Azərbaycanda
musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği,
gənc istedadların
üzə çıxarılması,
onların peşəkarlıq
səviyyəsinin yüksəldilməsi
olub. Müsabiqə 2 turdan ibarət olmaqla tar, kamança, qanun, qarmon, saz, balaban ixtisaslarında
təhsil alan uşaqlar və gənclər arasında 3
yaş qrupu (birinci qrup 10-12 yaş, ikinci qrup 13-15 yaş, üçüncü qrup
16-18 yaş) üzrə
keçirilib. Bu musiqi yarışmasında
iştirak etmək üçün 600-dən çox
şagird sənəd
verib".
Müsabiqənin birinci turu aprelin
14-dən mayın 6-dək zonalar
üzrə olmaqla Mingəçevir, Goranboy,
Şəki, Xaçmaz,
Ağcabədi, Şirvan,
Ceyranbatan və Bakıda keçirilib.
Müsabiqədə Bakıda fəaliyyət göstərən
uşaq musiqi və incəsənət məktəblərinin, Azərbaycan
Milli Konservatoriyasının,
onun tərkibindəki
Respublika İncəsənət
Gimnaziyasının, eləcə
də musiqi kollecinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin, musiqi kolleclərinin, Qafqaz Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan şagird və tələbələri iştirak
ediblər.
İfaçılar müsabiqənin əsasnaməsinə
uyğun olaraq, birinci turda etüd,
Azərbaycan və dünya bəstəkarlarının
pyeslərini, həmçinin
saz və aşıq havalarını,
ikinci turda isə irihəcmli əsər, muğam, ənənəvi saz və aşıq havalarını ifa ediblər. Müsabiqə çərçivəsində
müvafiq ixtisaslar üzrə ustad dərsləri də keçirilib.
Münsiflər heyətinin tərkibində
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
dosenti, əməkdar artist
Vamiq Məmmədəliyev,
Azərbaycan Milli Konservatoriyasının müəllimi,
əməkdar artist Elşad
Cabbarov, dosenti Mübariz Əliyev, baş müəllimi Məlahət Əliyeva təmsil olunublar. Birinci turda müvəffəqiyyətlə
iştirak etmiş 150
şagird və tələbə ikinci tura buraxılıb. Müsabiqənin ikinci turu matın 14-dən 16-dək
Bakı şəhərindəki
Ə.Bədəlbəyli adına 23 nömrəli
11 illik musiqi məktəbində keçirilib.
Mərasimdə müsabiqənin ikinci turunda uğur qazanmış şagirdlərə və tələbələrə Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif mükafatları təqdim edilib. Tədbir qaliblərin ifasında konsertlə davam edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 12 iyun.- S.7.