Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin IV Beynəlxalq sərgisi açılıb

 

 

Macarıstanın Sentendre şəhərində yerləşən Skanzen Açıq Hava Muzeyində UNESCO-nun himayədarlığı təşkilatçılığı ilə bu nüfuzlu beynəlxalq təşkilatın Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin sayca IV Beynəlxalq sərgisi keçirilib. Ümumilikdə 60 hektar sahəyə malik ərazisində 6 kənd, 2 şəhərcik salınmış Skanzen Açıq Hava Muzeyində Macarıstanın müxtəlif bölgələrinin kənd təsərrüfatı nümunələri, tikililəri, insanların yaşayış tərzi əyani şəkildə nümayiş etdirilir.

Bu ilki sərgi muzey tərəfindən fermer təsərrüfatına kənd həyatına həsr edilib. Bu səbəbdən sərgidə həmin sahələrlə bağlı qeyri-maddi mədəni irs nümunələrinin nümayişi həyata keçirilib.

Azərbaycan, İtaliya, Slovakiya Monqolustanın Macarıstandakı səfirlikləri tədbirə xüsusi qonaq qismində dəvət olunub.

Sərgidə Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş xalçaçılıq sənəti nümunələri, ölkəmizin tarixinə, mədəniyyətinə dair kitablar, xalça toxuma sənətini özündə ehtiva edən qısa filmlər nümayiş etdirilib.

Sərgi salonunun əsas hissəsində quraşdırılmış Azərbaycan guşəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Təxminən 5 min nəfərin iştirak etdiyi tədbirdə ziyarətçilərə Azərbaycan xalçalarının tarixi, toxuma üsulları, müxtəlifliyi barəsində dolğun məlumat verilmiş, xalçaçılıqla bağlı kitablar hədiyyə edilib.

Tədbirin sonunda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ilə görüşən Skanzen Açıq Hava Muzeyinin direktoru Mikloş Çeri səfirliyin çoxlu sayda eksponatla tədbirə qatılmasından məmnunluğunu bildirib, Azərbaycan mədəniyyətinə olan heyranlığını dilə gətirərək minnətdarlığını ifadə edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 12 iyun.- S.7.