Şuşa Teatrında "Varlı
qadın"a daxili baxış keçirilib
Şuşa Musiqili Dram Teatrında tanınmış dramaturq
Əli Əmirlinin məşhur "Varlı
qadın" komediyasına
daxili baxış keçirilib.
Dramaturq
Əli Əmirlinin"525"ə verdiyi məlumata görə, Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan əsərə Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət
Musiqili Dram Teatrının
baş rejissoru Firudin Məhərrəmov
quruluş verib.
Tamaşada əsas rolları Püstəxanım Zeynalova,
Teymur Məmmədov, Rasəf Mehdiyev və Nazir Rüstəmov
ifa ediblər. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, teatrşünas
Vəfa Novruzova tamaşanı yüksək
qiymətləndirərək teatrın yaradıcı kollektivini maraqlı quruluş və yaxşı aktyor oyunu münasibətilə
təbrik edib. Şuşalı aktyorlar cari
teatr mövsümünü
"Varlı qadın"ın
premyerası ilə yekunlaşdıracaq. Qeyd edək
ki, tanınmış
dramaturqun bu komediyası respublikamızın
və bir sıra xarici ölkələrin iyirmiyə
yaxın teatrında müxtəlif dillərində
tamaşaya qoyulmuş,
dörd beynəlxalq teatr mükafatına layiq görülüb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 13 iyun.- S.7.