Rəşid Behbudovun
xatirəsi anılıb
Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid
Behbudovun xatirəsi adını daşıyan
Mahnı Teatrında yad
edilib.
Gecədə dünya şöhrətli
müğənninin adını
daşıyan 2 nömrəli
onbirillik musiqi məktəbinin şagirdləri
öz çıxışları
ilə unudulmaz sənətkarı bir daha anıblar. Mərasimi məktəbin
xalq çalğı
alətləri orkestrinin
şagirdləri açaraq
rəngarəng musiqi nümunələri ilə
çıxış ediblər.
Proqrama Üzeyir Hacıbəylinin,
Tofiq Quliyevin, Vasif Adıgözəlovun,
Emin Sabitoğlunun, Həsən Rzayevin əsərləri ilə yanaşı, bir sıra Avropa və rus bəstəkarlarının
yaradıcılıq nümunələri
də daxil olunub.
Konsertdə məktəbin şagirdləri,
Prezident təqaüdçüləri,
respublika müsabiqələri
laureatları və diplomantları, həmçinin
skripkaçalanlar ansamblı
iştirak ediblər. Eyni zamanda,
uşaqlar arasında
"Junior Eurovision-2013" beynəlxalq mahnı müsabiqəsində
7-ci yeri tutmuş Rüstəm Kərimovun vokal və instrumental ifası təqdim olunub.
Konsertin sonunda məktəbin məzunu Sadıq Məlikovun ifasında ölməz sənətkarın
repertuarından təqdim
olunan musiqi nömrələri tamaşaçılar
tərəfindən böyük
maraqla dinlənilib.
Daha sonra məktəbin direktoru, Əməkdar Mədəniyyət İşçisi
Qəmər Quliyeva çıxış edərək
dahi sənətkar Rəşid Behbudovun yaradıcısı olduğu
Azərbaycan Dövlət
Mahnı Teatrının
rəhbərliyinə məktəbin
kollektivi adından təşəkkür edib:
"Hər il iyunun 9-da - görkəmli müğənninin xatirə
günündə onun
adını daşıyan
musiqi məktəbinin
şagirdlərinə rəhbərlik
tərəfindən geniş
imkan yaradılır".
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 13 iyun.- S.7.